Narınc Məlikova

Narınc Murad qızı Məlikova (1917, Abdal, Şuşa qəzası22 noyabr 1990, Ağdam) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1940).

Narınc Məlikova
Doğum tarixi
Doğum yeri Abdal, Şuşa qəzası
Vəfat tarixi
Vəfat yeri Ağdam, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti teatr aktrisası
Fəaliyyət illəri 1936–1989
Təhsili Bakı Teatr Məktəbi
Teatr Ağdam Dövlət Dram Teatrı,
Füzuli Dövlət Dram Teatrı,
İrəvan Dövlət Azərbaycan Dram Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940

Həyatı

Narınc Məlikova 1917-ci ildə Şuşa qəzasının Abdal kəndində (hazırkı Ağdam rayonu) anadan olub. O, səhnə yaradıcılığına həvəskar aktrisa kimi 1931-ci ildə başlayıb. 1932-ci ildə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə qəbul olub. Burada 3-cü kursda təhsil alarkən ailə vəziyyəti ilə bağlı olaraq İrəvan şəhərinə köçüb. Oradakı İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb.[1]

Aktrisa 1936-cı ildə Bakıya gəlib. O, 1936–1939-cu illərdə Səyyar Kolxoz və Sovxoz Teatrının mövsümi truppasında, 1939–1941-ci illərdə Şəmkir Kolxoz və Sovxoz Teatrında işləyib. 1941–1943-cü illərdə Ağdam Kolxoz və Sovxoz Teatrında, 1943–1949 və 1969–1989-cu illərdə Ağdam Dövlət Dram Teatrında fəaliyyət göstərib. 1949-cu ildə Ağdam teatrı bağlananda Narınc Məlikova Füzuli Dövlət Dram Teatrına dəvət alıb və 1952-ci ildə həmin teatr da fəaliyyətini dayandıranadək orada işləyib. Bundan sonra o, Ağdam dram dərnəyində və onun əsasında yaranmış xalq teatrında aktrisalıq edib. 1953-cü ildən 1969-cu ilədək Ağdam mədəniyyət evində bədii rəhbər işləyib.[1]

Narınc Məlikova 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olub. O, 1990-cı il ilin noyabrında Ağdamda vəfat edib.[2]

Təltif və mükafatları

İfa etdiyi əsas rollar

Ağdam teatrında
TamaşaMüəllifRol
SevilCəfər CabbarlıSevil və Dilbər
YaşarCəfər CabbarlıYaqut və Şərəbanu
AydınCəfər CabbarlıGültəkin
Oqtay EloğluCəfər CabbarlıFirəngiz
AlmazCəfər CabbarlıAlmaz
Solğun çiçəklərCəfər CabbarlıGülnisə
Müsyo Jordan və dərviş MəstəlişahMirzə Fətəli AxundovŞərəfnisə
Hacı QaraMirzə Fətəli AxundovTükəz
Xırs quldurbasanMirzə Fətəli AxundovZalxa
Pəri caduƏbdürrəhim bəy HaqverdiyevSəlimə
Ər və arvadÜzeyir HacıbəyovMinnət xanım
Əsli və KərəmÜzeyir HacıbəyovƏsli
Leyli və MəcnunÜzeyir HacıbəyovLeyli
Məşədi İbadÜzeyir HacıbəyovGülnaz
Arşın mal alanÜzeyir HacıbəyovGülçöhrə
Laçın yuvasıSüleyman Sani AxundovGövhər xanım və Pəricahan
Eşq və intiqamSüleyman Sani AxundovHəcər xanım
Fərhad və ŞirinSəməd VurğunŞirin
VaqifSəməd VurğunXuraman
XoşbəxtlərSabit RəhmanMaral
BaharMəmmədhüseyn TəhmasibBahar
NatəvanŞövkət MəmmədovaNatəvan
HəyatMirzə İbrahimovHəyat
Qaçaq NəbiSüleyman RüstəmHəcər
Qatır MəmmədZeynal XəlilGülcamal
VicdanBəxtiyar VahabzadəBahar müəllimə
QaynanaMəcid ŞamxalovAfət
DurnaSüleyman RüstəmSəid RüstəmovDurna
Arvadımın əriGeorgi XuqayevMehri

İstinadlar

Ədəbiyyat

  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. 416 səh. ISBN 5-86874-179-X.
  • "Н. М. Мәликова". № 46 (2441). Әдәбиjjат вә инҹәсәнәт. 23 нојабр 1990-ҹы ил: сәһ. 7.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.