Naqqa balığı

Naqqa (lat. Silurus glanis) — naxakimilər fəsiləsinin nümayəndəsi.

Naqqa balığı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Naqqa balığı
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  164068
NCBI  94993

Yayılması

Şimal Buzlu okeanına tökülən çaylardan başqa Avropanın su hövzələrində yaşayan geniş yayılmış balıqdır. Aral hövzəsində də yaşayır. Xəzərdə Volqanın deltasında, xüsusən onun aşağı hissəsində çoxsaylıdır. Azərbaycanda Kür və Araz çaylarında, onların qollarında, su anbarlarında, Əyriçayda, Qumbaşıda, Kiçik Qızılağac və seyrək hallarda Böyük Qızılağac körfəzlərində yayılmışdır.

Morfoloji əlamətləri

Başı üstdən aşağı yastılanmışdır. Kiçik bel üzgəci ön hissədə az qala qarın üzgəclərinin üstündə yerləşir. Alt çənəsi bir qədər irəli çıxır. Rəngi tünd, qarnı bir qədər açıqdır. Naqqaların uzunluğu 70-100 sm, kütləsi 3,7-10,5 kq, bəzi fərdlərin isə uzunluğu 250 sm-ə, kütləsi 100 kq-a çatır.

Yaşayış yeri və həyat tərzi

Naqqa balığı şirin suda yaşayan balıqdır. 80 il yaşaya bilir. Naqqa yarımkeçici balıqdır. Dənizdə, əsasən sahilə yaxın ərazilərdə çayların Xəzərə tökülən hissələrində 15–20 m, bəzən 50 m-dək dərinliklərdə yayılmışdır. Kür və Araz çaylarının aşağı və orta hissələrində, Mingəçevir su anbarında, kürətrafı göllərdə yaşayan naqqa yerli populyasiyalar əmələ gətirir. Suyun temperaturu 18-20 °C olduqda yarımkeçici naqqalar kütləvi şəkildə Kür çayına girir, 5 °C-dən aşağı temperaturda isə bu balıqlar qidalanmır və qeyri-aktiv həyat tərzi sürürlər. Payız aylarında dənizdə yaşayan naqqaların bir çoxu Kürün aşağı hissələrinə daxil olaraq oradakı çökəkliklərdə qışlayırlar. Naxa tipik yırtıcıdır. Yarımaylıq körpələr onurğasızlar və çömçəquyruqlarla qidalanırlar. Yayın sonundan naxanın əsas qidasını balıq təşkil edir.

Çoxalması

Cinsi yetişkənlik hər iki cinsdə eyni vaxtda, 3-4 yaşında olur, bu zaman erkək və dişi fərdləri bir-birindən fərqləndirmək çətindir. Əvvəllər ovda 25 yaşlı naqqalara da təsadüf etmək olurdu. Hər bir dişi balığın verdiyi kürünün miqdarı 40-450 min ədədə qədər olur. Naqqalar mayın əvvəlindən başlayaraq iyula qədər, suda temperatur 18-22,5 °C olduqda kürü tökür. Kürülər iridir, diametri 3–6 mm-ə qədər olur. İnkubasiya dövrü 3-5 gün çəkir. Təzə çıxmış sürfələrin uzunluğu 7 mm-dək olur.[2]

Təsərrüfat əhəmiyyəti

Əvvəlki illərdə naqqalar Azərbaycanın balıq ovunda əhəmiyyətli yer tuturdu. Son illərdə onların ovu kəskin şəkildə azalmışdır.

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 127.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, .
  3. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh .

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003,  səh66.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.