Naqif Həmzəyev

Həmzəyev Naqif Ələşrəf oğlu (24 may 1983[1], Nərimanlı, Vardenis rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V və VI çağırış deputatı (2015, 2020), YAP Gəncə şəhər təşkilatının sabiq sədri (2013–2022). YAP Təftiş komissiyasının üzvü. Tarix üzrə fəlsəfə doktoru.

Naqif Həmzəyev
Vəzifədədir
10 mart 2020-ciildən
bayraq
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini
bayraq2
19 mart 2015 1 oktyabr 2015
ƏvvəlkiMikayıl Zeynalov
SonrakıElnur Rzayev
bayraq
Gəncə Şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının müavini
bayraq2
8 fevral 2013 12 may 2014
Şəxsi məlumatlar
Doğum tarixi 24 may 1983(1983-05-24)[1] (40 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
hamzayev.az

Həyatı və təhsili

Naqif Həmzəyev 24 may 1983-cü ildə Basarkeçər rayonu Nərimanlı kəndində anadan olub.[2] Təhsilinə 1988-ci ildə Nərimanlı kənd orta məktəbində başlamış, 2000-ci ildə Gəncə şəhəri Əhməd Cavad adına 2 saylı orta məktəbdə tamamlamışdır.

2000-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. 2003–2004-cü illərdə Türkiyə Cümhuriyyəti Atatürk Universitetində "qonaq tədqiqatçı" statusu ilə "Birinci dünya müharibəsi illərində Türkiyə-Rusiya münasibətləri və erməni terroru" mövzusunda araşdırma aparıb. 2004-cü ildə eyni adlı buraxılış işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin bakalavr pilləsini bitirib.

2004-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistr pilləsinə daxil olub. 2004–2006-cı illərdə Türkiyə Cümhuriyyətinin bir neçə universiteti və arxivlərində "İraq Türkmənlərinin tarixi" mövzusunda araşdırma aparıb. 2006-cı ildə "İraq türkmənlərinin ictimai, iqtisadi və siyasi durumu" mövzusunda dissertasiya işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin "Yaxın və orta şərqin tarixi" ixtisası üzrə magistr dərəcəsini qazanıb.

2007–2008-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmət zamanı Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Ehtiyat Zabit Hazırlığı kursunu uğurla bitirərək "leytenant" hərbi rütbəsini qazanıb.

2009–2011-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən "Elektron Universitet" layihəsinə uyğun olaraq Türkiyə Respublikasının Atatürk, İstanbul və Fırat universitetlərində, həmçinin TUBİTAK ULAKBİM təşkilatında "İT meneceri" üzrə ixtisasartırma kursları keçib. 2012-ci il 24 yanvar tarixində Türkiyə Respublikası Fırat Universiteti Sosial Elmlər İnstitutunun tarix bölməsində doktorantura pilləsinə qəbul olunub. 2018-ci ildə "XIX əsrin sonundan günümüzə qədər erməni siyasi düşüncəsi və siyasi partiyaları" adlı dissertasiya işini müdafiə etmişdir.

Ailəsi

Ailəlidir, 2 övladı var. Nuhun Həmzə, Banu Həmzə

Fəaliyyəti

2000-ci ildən ictimai fəaliyyətlə məşğul olub. "Dünya Azərbaycanlıları" Gənclərin İctimai Birliyinin həmtəsisçilərindən biridir.

2009-cu ilin may ayından sentyabr ayınadək Gəncə Dövlət Universitetinin İnformasiya və kommunikasiya texnologiyaları şöbəsində mütəxəssis vəzifəsində işləyib.

2009–2012-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində Beynəlxalq əlaqələr şöbəsində mütəxəssis, İnformasiya və kommunikasiya texnologiyaları mərkəzinin direktoru və İnnovasiya şöbəsinin müdiri vəzifələrində çalışıb.

2013–2014-cü illərdə Gəncə Şəhər Kəpəz Rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində fəaliyyət göstərib.

1 avqust 2013-cü ildə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının VIII konfrasında təşkilatın sədri seçilib və 2022-ci ilin 31 yanvar tarixinədək həmin vəzifədə çalışıb.[3]

2015-ci il 19 mart tarixində Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsinə təyin edilib.

2015-ci il oktyabrın 1-də 38 saylı Nizami (Gəncə) İkinci seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Eyni zamanda parlamentlərarası əlaqələr üzrə Azərbaycan-Avstraliya və Yeni Zelandiya, Azərbaycan-Çin, Azərbaycan-Gürcüstan, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Latviya, Azərbaycan-Mavritaniya, Azərbaycan-Portuqaliya, Azərbaycan-Sloveniya, Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna və Azərbaycan-İsveç işçi qrupunun üzvüdür. Həmçinin Milli Məclisin Gənclər və İdman və İnsan hüquqları Komitəsinin və Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür.

2020-ci ildə Avropa Şurası Parlament Assambleyası Əlillik, çoxluq və diskriminasiya alt komitəsinin büro üzvü və sədr müavini seçilib.

2020-ci il fevralın 9-da 38 saylı Nizami (Gəncə) İkinci seçki dairəsindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

2021-ci iləd keçirilən YAP VII Qrultayında YAP Təftiş Komissiyasının üzvü seçilib.

Milli Məclisin (MM) Azərbaycan-Hindistan parlamenlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri, eyni zamanda Azərbaycan-Belarus, Azərbaycan-Böyük Britaniya Azərbaycan-Çexiya, Azərbaycan-Çin, Azərbaycan-Gürcüstan, Azərbaycan-İsveç, Azərbaycan-İsrail, Azərbaycan-Koreya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Macaristan, Azərbaycan-Mavritaniya, Azərbaycan-Portuqaliya, Azərbaycan-Tailand, Azərbaycan-Türkiyə və Azərbaycan-Ukrayna işçi qruplarının üzvüdür.

Həmçinin Milli Məclisin İnsan hüquqları və Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitələrinin və Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin üzvüdür.

Mükafatları

  • 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.[4]
  • Azərbaycan Respublikası Milli Məclisi Sədrinin 2018-ci il 24 dekabr tarixli 224-V saylı Sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin "Parlament" medalı ilə təltif edilmişdir.
  • 2021- ci ildə "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilmişdir.

İstinadlar

  1. Nagif HAMZAYEV // https://pace.coe.int/en/members/7920.
  2. "YAP-ın Gəncə təşkilatında sədr dəyişikliyi". 2013-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-10.
  3. "Yeni Gəncə yaşayış massivində keçirilən mitinqdə İlham Əliyevin namizədliyi dəstəklənib". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  4. Hicran Məmmədova. "Prezident Naqif Həmzəyevi təltif edib". yenigence.com. 5 iyul 2019. 4 oktyabr 2019 tarixində arxivləşdirilib.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.