Naotake Sato

Naotake Sato (佐藤 尚武, Sato Naotake, 30 oktyabr 1882[1], Osaka18 dekabr 1971[1], Yaponiya)Yaponiya diplomatısiyasətçisi. 1937-ci ildə Yaponiyanın Xarici İşlər Naziri vəzifəsini yerinə yetirmişdir.

Naotake Sato
yap. 佐藤尚武
3 mart 1937 4 iyun 1937
Baş nazirSencuro Hayaşi
ƏvvəlkiSencuro Hayaşi
SonrakıKoki Hirota
Şəxsi məlumatlar
Doğum tarixi 30 oktyabr 1882(1882-10-30)[1]
Doğum yeri
Vəfat tarixi 18 dekabr 1971(1971-12-18)[1] (89 yaşında)
Vəfat yeri
Fəaliyyəti diplomat, siyasətçi

Təltifləri Order of the Rising Sun with Paulownia Flowers, 1st class 1-ci dərəcəli "Doğan günəş" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

1882-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuş, Tokio Ali Kommersiya Məktəbindən[lower-alpha 1] məzun olmuşdur.[2] 1905-ci ildə Xarici İşlər Nazirliyinə daxil olmuşdur.[2] Rusiya, Mancuriya, İsveçrəFransada konsul vəzifələri tutduqdan sonra 1923-cü ildə Polşaya göndərilmişdir.[2] Yaponiyanı bir neçə beynəlxalq konfransda, eləcə də, Millətlər Liqası tərəfindən 1932-ci ildə keçirilmiş silahsızlaşdırma konfransında təmsil etmiş, daha sonra Belçika və Fransaya səfir kimi göndərilmişdir.[2]

1937-ci ildə Sencuro Hayaşinin kabinetində xarici işlər naziri vəzifəsi tutmuşdur.[2] Sato bu vəzifəyə təyin olunanda müharibəyə qarşı olmağı, Çinə bərabər davranmağı, SSRİ ilə hərbi qarşı-durmadan yayınmağı və Böyük Britaniyaya yaxınlaşmağı hədəfləmişdi.[2] Lakin Hayaşi kabineti 4 ay sonra fəaliyyətini dayandırmış, yeni xarici işlər naziri Koki Hirota aqressiv siyasət yürütməyə başlamışdır.[2]

1942-ci ildə Sato SSRİ-yə səfir təyin olunmuşdur.[2] Yaponiyanın İkinci dünya müharibəsindəki vəziyyəti pisləşəndən sonra xarici işlər naziri Şiqenori Toqonun göstərişi ilə SSRİ-ni vasitəçi qismində Müttəfiqlərlə müzakirə aparmaq üçün razı salmağa çalışmışdır.[2] O, şəxsən Tokioya teleqram göndərərək Potsdam bəyannaməsində qeyd olunduğu kimi hökuməti təslim olmaq barədə xəbərdarlıq etmişdir.[2]

Müharibədən sonra keçirilmiş ilk parlament seçkilərində (1947) Müşavirlər palatasına seçilmişdir.[2] 1954-58-ci illərdə palatanın sədri olmuş, 1965-ci ildə siyasəti buraxmışdır.[2] 1963-cü ildə "Keçən 80 ili xatırlamaq"[lower-alpha 2] adlı memuarı nəşr olunmuşdur.[2]

Qeydlər

  1. Hazırda Hitotsubaşi Universiteti.
  2. Orijinal adı "Kayko haçicunen".

İstinadlar

  1. Bibliothèque nationale de France Naotake Satō // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Kodansha Encyclopedia of Japan

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 28. ISBN 0-87011-627-4. İstifadə tarixi: 5 avqust 2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.