Naomi Uotts

Naomi Uotts (ing. Naomi Ellen Watts, 28 sentyabr 1968, Kent, Böyük Britaniya) — İngilis-Avstraliya aktrisasıdır.

Naomi Uotts
ing. Naomi Watts
Naomi Watts in New York City on April 18, 2018
Naomi Watts in New York City on April 18, 2018
Doğum adı Naomi Ellen Watts
Doğum tarixi
Doğum yeri Shoreham, Kent, İngiltərə
Milliyyəti ingilis, uels
Vətəndaşlığı
Uşağı 2
Partnyorları
Atası Peter Watts
Anası Myfanwy Edwards
Fəaliyyəti Aktrisa
Fəaliyyət illəri 1986-cı ildən
Boyu 165 sm[1]
Mükafatları Saturn Award for Best Actress
Medal of the Circle of Cinematographic Writers for the best actress
Saturn Award for Best Actress
IMDb ID0915208
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Naomi Uotts Peter Uotts və Mifannavi Roberts ailəsində 28 sentyabr 1968-ci ildə anadan olmuşdur.Onun anası əntiq satıcısı, atası isə məşhur rok qrupu Pink Floydun səs mühəndisi idi. Naomi dörd yaşı olanda olanda valideynləri boşanır və üç il sonra atası vəfat edir. İki övladı (Benjamin adlı qardaşı, ABŞ-də artıq məşhur fotoqrafdı,2 yaş Uottsdan böyükdü) ilə rahatlıq axtarışında İngiltərəni səyahət edən xanım Uotts nəhayət ana evi yurdu Avstraliyanın Sidney şəhərinə köçür.O vaxt Naominin 14 yaşı var idi. Uşaq vaxtı yerli teatrların birində aktrisalıq edən anasının sayəsində Naomidə də aktrisalığa maraq yarandı. Aktyor məktəbini bitirdikdən sonra isə kastinqlərdə iştirak etməyə başlayır. Elə məhz bu kastinqlərin birində o sonralar ən yaxın rəfiqəsinə çevrilən Nikol Kidmanla tanış olur. Aktrisanın ilk rolu "Məhəbbət naminə" (1986) filmində olur.On səkkiz yaşında Naomi modelliklə məşğul olmağa başlayır və Yaponiyada işləmək üçün bir təşkilat vasitəsilə işə qəbul olunur.Bir il mübarizə aparsada anlayır ki, bu iş onluq deyil və geriyə - evə qayıdır. İndi o özünü model biznesinin digər tərəfində yoxlamaq qərarı vermişdi - moda jurnalında müxbir vəzifəsində. Bir çox peşələr arasında qərarsız olsa da, ürəyinin dərinliyində hiss edirdi ki, o aktrisa olmalıdı. Onun alnına bu yazılıb. Tezliklə Naomi daha bir filmdə- "Əyləncə" də (1991) kiçik bir rol alır.Daha sonra isə Avstraliya mini serialında gələcəyin daha bir ulduz aktyoru- Rassel Krou ilə tərəf müqabili olur. "Əyləncə"-nin rejissoru Con Duiqan aktrisanın özünün növbəti filminə dəvət edir- "Geniş Sarqasso dənizi" (1992).Bundan sonra gənc aktrisa Los-Ancelesə gəlir. İlk Hollivud təcrübəsi Naomi Uotts üçün - "Gecə sessiyası" (1993) filmi olur. Amma nə bu, nə də 90-cı illərin əvvəlləri çəkildiyi filmlər ("Tankistka", "Qarğıdalı uşaqları-4", "Vicdanlı xanım", "Yad planet" və s.) Naomini ulduz etmədi.Kino karyera Uotsa şöhrət gətirən film Devid Linçin "Malholland sürücüsü" (2001) oldu. Bu filmə görə o özünün ilk mükafatlarını qazandı. 230 milyon gəlir gətirən "Zəng" filmi aktrisaya ulduz möhürü vurdu. Bununla da onun yüksəliş dövrü başladı.Aktrisanın daha bir uğurlu rolu İnarritunun çəkdiyi "21 qram" (2002) filmində oldu ki, həmin rol aktrisanı "Oskar"a namizəd etdi.

Aktrisa rejissorlar - Daniel Kerbi və Stiven Hoppkinslə, ssenarist Cef Sminqi və aktyor Hit Ledcerlə görüşüb. Amma onun həyat yoldaşı aktyor Liv Şrayberdi. Onların indi iki oğlu var: Aleksandr və Samuel. Aktrisa ailəsi ilə bərabər Nyu-Yorkda yaşayır. Aktrisa bir neçə aktyor və aktrisalarla dostluq edir. Onların içində Benissio Del Toro, Nikol Kidman, Seymon Beyker də var. Nikol Kidman hələ Tom Kruza evli olduğu vaxt Naomi onların Stella adlı uşaqlarına dayəlik edirdi. Təsadüfü deyil ki, Stellanın xaç anası da elə Naomi Uottsdu.

Maraqlı faktlar

  • Naomi deyir ki, ilk dəfə beş yaşında anasını səhnədə görəndə aktrisa olmağa qərar vermişdi.
  • İlk film təcrübəsində aktrisanın 18 yaşı var idi.
  • Naomi Uotts vegetariandır,
  • Devid Linç "Malholland sürücüsü" filminə aktrisanı kastinqsiz dəvət edib.
  • Həvəslə izlədiyi idman növləri futbol, bokstennisdir.
  • O 2002-ci ildə "People Magazine" jurnalının tərtib etdiyi dünyanın ən məşhur 50 insanı arasında yer alıb.
  • O "Saturn" film mükafatına iki dəfə - "Malholland sürücüsü" və "Üzük" filmindəki rollarına görə namizəd olub.

Filmoqrafiya

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.