Nansi Metkalf

Nansi Metkalf — ABŞ voleybolçusu. 1978-ci ildə anadan olan voleybolçu Nansi Metkalf 186 sm boya malikdir.

Nansi Metkalf
Şəxsi məlumatlar
Tam adı Nancy Jean Metcalf
Doğum tarixi
Doğum yeri Sioux Center ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Voleybolçu məlumatları
Boyu 186 sm
Çəkisi 75 kq
Mövqeyi Diaqonal

Karyerası

2000-ci ildən ABŞ yığmasının şərəfini qoruyan Metkalf bu komanda ilə dünya çempionatının gümüş (2002), dünya Qran-Prisinin (2003, 2004) və dünya kubokunun bürünc medallarına sahib olub. Panamerika kubokunun qalibi (2003) və üçüncüsü (2010) adını qazanıb. Karyerası ərzində "İndias Mayaguez" (Puerto-Riko, 2002–2003), "Peruca" (İtaliya, 2003–2004), "Əczaçıbaşı" (Türkiyə, 2004–2005, 2007–2009), "Mursiya" (İspaniya, 2006–2007), "Minas" (Braziliya, 2009–2010) və "Kriollas de Kaguas" (Puerto-Riko, 2010) klublarında çıxış edib. Klub karyerasında Türkiyə, İspaniya çempionatının və kubokunun qalibi adını qazanıb. Onun Avropada ən böyük uğuru 2007-ci ilə təsadüf edib. Amerikalı voleybolçu "Mursiya"nın heyətində "Top-komandalar" kubokuna sahib olub. Metkalf 2010-cu ildə Bakının "Lokomotiv" komandasına transfer olunub.

2012-ci ildə Superliqanın gümüş mükafatçısı kimi Lokomotivdən böyük ümüdlərlə İqtisadçıya transfer olunmuşdu.[1] İqtisadçının da eyni uğuru qazanmasında böyük rol oynayan amerikalı voleybolçu 2013-cü ildə komandanı tərk edərək karyerasını bitirmək haqqında qərar qəbul etsə də[2] daha sonra bu qərarını dəyişərək legioner karyerasını Yaponiyada davam etdirmişdi.[3]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.