Nanorelyef

Nanorelyef (yun. nanos – "çox xırda") — kiçik relyef formalarıdır, hündürlüyü bir neçə on santımetrdir. Bu relyef formaları mikrorelyef formalarından olduqca kiçikdir və geoloji strukturların ən xırda elementlərinə uyğun gəlir. Misal olaraq, vulkan sopkaları, salzaları, qrifonları və s. göstərmək olar. Suffoziya-karst, termokarst, donuşluq, erozion, eol və torpaq əmələgətirici proseslərin təsiri, eləcə də heyvanların (ev heyvanları, gəmiricilər, yereşənlər) və insanın fəaliyyəti ilə əmələ gəlir.[1]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.