Nana Aleksandriya

Nana Aleksandriya (gürc. ნანა გიორგის ასული ალექსანდრია, Nana Giorgis asuli Aleksandria; 13 oktyabr 1949, Poti) — Sovet və Gürcüstan şahmatçı, qrosmeyster (1976).[3] SSRİ-nin əməkdar idman ustası (1971).[4]

Nana Aleksandriya
gürc. ნანა გიორგის ასული ალექსანდრია
1970-ci ildə çəkilmiş foto
1970-ci ildə çəkilmiş foto
Ölkə  SSRİ
 Gürcüstan
Doğum adı ნანა ალექსანდრია
Doğum tarixi 13 oktyabr 1949(1949-10-13) (74 yaş)
Doğum yeri
Titulu
  • Qadın Qrossmeyster[d][1]
  • Beynəlxalq Qadın Meyster[d]
Son reytinqi
  • 2.342 (mart 2021)[2]
Maksimal reytinqi 2415 (1988-ci il yanvar ayı)
FİDE nömrəsi 13600230
Mükafatları "Şərəf nişanı" ordeni  — 1981
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Nana Aleksandriya 1949-cu ildə Poti şəhərində anadan olmuşdur,[4] jurnalistika ixtisasını bitirmişdir.

1963-cü ildə SSRİ çempionatında debüt etmişdir, 1964-cü ildə Gürcüstan SSR çempionu oldu. Üçqat SSRİ çempionu (1966, 1968, 1969) olmuşdur. Dəfələrlə SSRİ yığma komandasında dünya olimpiadalarının (1969-1980) qalibi olmuşdur. 1967-1990-cı illərdə dünya çempionatı yarışlarında iştirak etmişdir. Dünya çempionatının final görüşlərində iki dəfə iştirak etmişdir, ancaq 1975-ci ildə Nona Qaprindaşvili (+3 =1 -8), 1981-ci ildə isə Maya Çiburdanidzeyə (+4 = 8 -4, Çiburdanidze dünya çempionu titulunu qorudu) məğıub olmuşdur. 20-dən çox beynəlxalq turnirin qalibi. Nana Aleksandriyanın məşqçisi Vaxtanq Karseladze idi.

Gürcüstanda şahmat turnirləri keçirilir, qalibləri Nana Aleksandriya Kubokuna layiq görülür.

Həyat yoldaşı Giqa Bokeriya idi. Gürcüstan xarici işlər nazirinin keçmiş müavini Giga Bokeriya onun oğludur.

İstinadlar

  1. FIDE Ratings and Statistics (ing.).
  2. FİDE FIDE Standard Ratings as of 31 March 2021. 2021.
  3. "БЭС, Нана Александрия". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-28.
  4. Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред С. Л. Кравец. Т. 1. А — Анкетирование. — М.: Большая Российская энциклопедия, 2005. — 766 с.: ил.: карт. (стр. 541)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.