Namus (film, 1925)
Namus (erm. Նամուս) — Aleksandr Şirvanzadənin 1885-ci ildə yazdığı eyniadlı romanı əsasında, 1925-ci ildə Hamo Beknazaryanın çəkdiyi ağ-qara, səssiz bədii film. Film ilk erməni bədii filmi sayılır.[1][2]
Namus | |
---|---|
erm. Նամուս | |
| |
Janr | səssiz |
Əsərin müəllifi | Aleksandr Şirvanzadə |
Ssenari müəllifləri | |
Baş rollarda |
Hovhannes Abelyan Hraçya Nersisyan |
İstehsalçılar | Armenfilm, Gürcüstanfilm |
İlk baxış tarixi |
13 aprel 1926 (İrəvan) 3 oktyabr 1926 (Moskva) |
Müddət | 62 dəq. |
Ölkə | |
Dil | rus dili |
İl | 1925 |
Rəng | ağ-qara[d] |
IMDb | ID0017195 |
Məzmun
Film XIX əsrin sonlarında Şamaxıda uşaqlıqdan qonşu və yoldaş olan nişanlı iki gəncin dramından bəhs edir. Gizli görüşən nişanlıları qızın atası görüşdə tutur. Atanın olduqca pis qarşıladığı bu görüşmə səbəbindən nişan pozulur. Daha sonra qızın atası Rüstəm adlı biri ilə öz qızını evləndirir. Bu evliliyə dözməyən qızın köhnə nişanlısı — Seyran içkinin təsiri ilə Rüstəmə onun arvadı — Süsən ilə yatdığını deyir. Sübut olaraqsa, uşaqlıqdan onda olduğunu bildiyi, döşündə xal olduğunu deyir. Rüstəm aldadıldığını düşünərək Süsəni öldürür. Danışdığı yalana görə Seyran peşman olsa da, artıq gec olur.
Rollarda
Baş rolda Hovhannes Abelyan və Hraçya Nersisyan çəkilmişdir.
Mənbə
- Golden Apricot — a new-born symbol of Armenia http://www.gaiff.am/about-us/history Arxivləşdirilib 2022-08-23 at the Wayback Machine
- "Soviet Cinema in the Silent Era, 1918–1935 Arxivləşdirilib 2023-08-04 at the Wayback Machine", Denise J. Youngblood