Namis Şirməmmədov

Namis Şirməmmədov (tam adı: Namis Xanmirzə oğlu Şirməmmədov; 3 aprel 1962, Ağsu) — Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, Sumqayıt Dövlət Dram Teatrının aktyoru.

Namis Şirməmmədov
Namis Xanmirzə oğlu Şirməmmədov
Doğum tarixi 3 aprel 1962(1962-04-03) (61 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Fəaliyyəti aktyor
Mükafatları "Tərəqqi" medalı "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

Həyatı

Namis Şirməmmədov 3 aprel 1962-ci ildə anadan olub. 1979-1983 -cü illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “dram və kino aktyorluğu” fakültəsində təhsil alib. 1983-1989-cu illər ərzində Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Böyük sənətkar Həsənağa Turabovun dəvət ilə 1997-ci ilədək Akademik Milli Dram Teatırında fəaliyyət göstərib. 1997-ci ildə yenidən Sumqayıt Dövlət Dram Teatrına gələrək 2008- ci ilə qədər aktyor vəzifəsində işləyib. Namis Şirməmmədov psixoloji-dramatik aktyordur. Daha çox dramatik xarakterli rollar oynayır. 2008-ci ildən isə teatrın quruluşçu rejissorudur. 2008-ci ildə Prezidentin sərəncamı ilə Respublikanın “Əməkdar artist”i fəxri adına və 2013-cü ildə “ Tərəqqi” medalına layiq görülüb. Respublikada ilk dəfə olaraq Namis Şirməmmədov A.Babayevin "Xilaskar” əsərində Ulu öndər Heydər Əliyev obrazını canlandırmışdır. Bundan başqa Namis Şirməmmədov Sumqayıt teatrında bir çox rolların ifaçısıdır.

Yaradıcılığı

Akademik Milli Dram Teatrında oynadığı rollar

  • Polis,Kərəm-"Tənha iydə ağacı","Ağıllılar və dəlilər" (İ.Əfəndiyev)
  • Qurban-"Anamın kitabı"(C.Məmmədquluzadə)
  • Xızır- "Qədr gecəsi" (Eldar Baxış) və s. rollar oynamışdır

Sumqayt Dövlət Dram Teatrında oynadığı rollar

  • Əliqulu-“Bayramın birinci günü”(S.S.Axundov)
  • Şadi bəy- “Bayramın birinci günü”(N.Himət)
  • Şərif- “Qarağaclar altında məhəbbət”(Y.Onil)
  • Bayram- “Xırs quldurbasan”(M.F.Axundzadə)
  • Heydər Əliyev- “Xilaskar”(A.Babayev)
  • Əlvan- “Varlı qadın”(Ə.Əmirli)
  • Rasim- “Nakam arzular”(R.Tohidoğlu)
  • Əzəmət- “Qınamayın məni”(Ş.Arif)
  • İnsan- “Öz xoşuna yaşayan pişik”(R.Kiplinq)
  • Adi adam- “Diribaş adamlar”(V.Şuşkin)
  • Səlahi- “Müvəqqəti ər”(R.N.Güntəkin)
  • Çoban- “Dəyirman”(M.Süleymanlı)
  • Şəbnəmin əri- “Uca dağ başında”(V.Səmədoğlu)
  • Keşişçi- “Əsrə bərabər gün” (Ç.Aytmatov)
  • Göy Tanrı- “Mərd körpüsü”(S.Nəzirova)
  • Dispeçer- “Qəbul təxirə salınır”(C.Yusifzadə)
  • Aydın- “Kişi”(C.Məmmədov)
  • Əkbər bəy- “Dağlarda tufan”(Ə.M.Lələdağ)
  • Müstəntiq- “Mənim ağ göyərçinim”(T.Vəliyeva)
  • Səbzəli kişi- “Ağ ölüm”(M.Haqverdiyev)
  • Bəy- “Qaraca qız”(A.Şaiq)
  • Süleyman- “Qudalar”(B.Mirzəzadə) və s.rollar

Quruluş verdiyi tamaşalardan

  • C.Məmmmədquluzadə “ Anamın kitabı”
  • İsi Məlikzadə “ Sultanqulu körpüsü”
  • H.Mirələmov ” Vicdanın hökmü”
  • R.Tofiqoğlu “ Nakam arzular”
  • Hakim “ Dərvişin ölümü”.

N.Şirməmmədov iki kitabın – "Yuxumla üz-üzə" və "Üz-üzə, göz-gözə, söz-sözə" müəllifidir. N.Şirməmmədov teatrdakı işi ilə yanaşı televiziya və bədii filmlərdə də çəkilmişdir. Onun "Fəryad" filmindəki Zabit, "Qaçaq Süleyman"-dakıxanalı,Rusiya televiziyasının sifarişi ilə çəkilmiş "Sui-qəsd" filmindəki Xasan, "Son monoloq", "At ilinin birinci ayı" və s. televiziya filmlərində oynadığı Müstəntiq və Rəşad kimi obrazlar onu tamaşaçı sevimlisinə çevirmişdir.

Mükafatları

10 may 2019-cu ildə[1], 7 may 2020-ci ildə[2] və 7 may 2021-ci ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

  1. At ilinin birinci ayı (film, 1993)
  2. Fəryad (film, 1993)
  3. Qaçaq Süleyman (film, 1994) - Xanalı
  4. Seçilən (film, 2008)
  5. Cavad xan (film, 2009)
  6. Dolu (film, 2012)
  7. Tək olanda qorxma... (teleserial, 2013)
  8. Həyat, sən nə qəribəsən (teleserial, 2013)
  9. Fədakar (film, 2015)
  10. Sui-Qəsd-Xasan (Rusiya)
  11. Son Monoloq (Rusiya)
  12. Son nəfəsədək (film, 2018)
  13. Əqrəb mövsümü (teleserial, 2022)

İstinadlar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.