Namiq Məmmədov (rəssam)

Namiq Zahid oğlu Məmmədov (23 dekabr 1957, Kirovabad) — Azərbaycanın əməkdar rəssamı (2018), Azərbaycan Rəssamlar İttifaqının üzvü, peşəkar rəssam, dosent, “Humay” mükafatı laureatı.

Namiq Məmmədov
Namiq Zahid oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili
Mükafatları "Humay" mükafatı
namiq.az

Həyatı

Namiq Zahid oğlu Məmmədov 1957-ci ildə Gəncə şəhərində anadan olub.

1982-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib.

1988-ci ildə Vilnüs şəhərində Litva Dövlət Rəssamlıq İnstitutunun Rəngkarlıq şöbəsini bitirib.

Yaradıcılıq fəaliyyəti

1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

2001-2006, 2010-2013-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Rəngkarlıq” kafedrasının müdiri vəzifəsində işləmişdir, dosentdir.

Hələ yaradıcılığa başladığı ilk illərdən novatorluğa meyl göstərən rəssam bütün yaradıcılığı boyu öz ideyalarına sadiq qalmışdır.

Mükafatları

2003-cü ildə silsilə rəngkarlıq əsərlərinə görə “Humay” mükafatı laureatı olmuşdur.

27 may 2018-ci ildə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.[1]

Sərgilərdə iştirak

N.Z.Məmmədov 1983-cü ildən keçirilən regional və beynəlxalq sərgilərin iştirakçısıdır.

  1. 1993-cü ildə “7-ci mərtəbə” qrup sərgisi Səttar Bəhlulzadə adına sərgi salonu. Bakı.
  2. 1996-cı ildə – Fərdi sərgi – Bakı incəsənət Mərkəzi.
  3. 1997-ci ildə – Fərdi sərgi – Norveç, Oslo.
  4. 2000-ci ildə – Fərdi sərgi – Vəcihə Səmədova adına sərgi salonu.
  5. 2003-cü ildə – Fərdi sərgi – “Alban Oratoriyası” Art salon Bakı.
  6. 2008-ci ildə – Fərdi sərgi – Müasir incəsənət mərkəzi. İçəri şəhər.
  7. 1997-2001-ci ildə – Şəki simpoziumları.
  8. 2001-ci ildə – “Baku-Tbilisi-Ceyhan” divar rəngkarlığı simpoziumu.
  9. 2004-cü ildə – Azərbaycan rəssamlarının sərgisi, Hyuston, ABŞ, “Caspian” Art qallery.
  10. 2004-cü ildə – Fransa senatında Azərbaycan rəssamlarının sərgisi – Paris.
  11. 2004-cü ildə – Art Caucasus Ekspo – Tiflis.
  12. 2005-ci ildə – Azərbaycan rəssamların sərgisi – Moskva. Mərkəzi Rəssamlar evi.
  13. 2009-cu ildə – Beynalxalq Biennale “Aluminium”. Bakı.
  14. 2010-cu ildə – “7-ci mərtəbə” sərgisi Muzey mərkəzi. Bakı.
  15. 2010-cu ildə – Fərdi sərgi – Danimarka, Kopenhagen.
  16. 2013-cü ildə – "Ənənə və müasirlik festivalı" çərçivəsində fərdi sərgi. Mərkəzi Rəssamlar evi. Moskva.
  17. 2013-cü ildə – Kannda (Fransa) Azərbaycan Mədəniyyəti günləri.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.