Namiq Abbasov (siyasətçi)

Namiq Abbasov (22 fevral 1940, Ordubad27 mart 2024[1]) — Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri (1995–2004), Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri (2004–2012), general-polkovnik (2002).

Namiq Abbasov
Namiq Rəşid oğlu Abbasov
bayraq
Azərbaycan Respublikasının Özbəkistandakı Fövqəladə və Səlahiyyətli Səfiri
bayraq2
16 dekabr 2004 31 oktyabr 2012
ƏvvəlkiAydın Əzimbəyov
SonrakıHüseyn Quliyev
22 mart 1995 23 iyul 2004
ƏvvəlkiNəriman İmranov
SonrakıEldar Mahmudov
Şəxsi məlumatlar
Doğum tarixi 22 fevral 1940(1940-02-22)
Doğum yeri Ordubad, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 27 mart 2024(2024-03-27)[1] (84 yaşında)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Dini islam
Rütbəsi
General-polkovnik

Həyatı

Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan MSSR-nın Ordubad şəhərində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir.[2] 2 övladı var.

Namiq Abbasov 84 yaşında 27 mart 2024-cü ildə vəfat edib,[3] Nardəran kənd qəbiristanlığında dəfn edilib[4].

Fəaliyyəti

1962–1976-cı illərdə "Abşeron" qəzetində şöbə müdiri, məsul katib, direktor müavini və sonra direktor vəzifələrində çalışmışdır.

1970-ci ildən partiya işinə keçmiş, Abşeron Rayon Partiya Komitəsində şöbə müdiri, sonra isə ikinci katibi vəzifəsində işləmişdir.

1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlamışdır. 1979-cu ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbininin ikiillik rəhbər heyət hazırlığı kursunu bitirmişdir.

1979—1982-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin 2-ci şöbəsinin (əks-kəşfiyyat) rəis müavini vəzifəsində, 1982–1984-ci illərdə həmin 2-ci şöbənin rəisi vəzifəsində, 1984–1986-cı illərdə isə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin kadrlar üzrə müavini - kardlar şöbəsinin rəisi vəzifəsində işləmişdir.

1986–1988-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin birinci müavini vəzifəsində işləmişdir.

1988-1992-ci illər arası SSRİ xarici kəşfiyyatında fəaliyyət göstərib.

1992–1994-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini və birinci müavini olmuşdur[5][6].

15 may 1994-ci il tarixində ona general-mayor ali rütbəsi verilib[7].

1994-cü ilin oktyabr ayından 1995-ci ilin mart ayınadək Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri vəzifəsini icra etmiş, 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri vəzifəsində çalışmışdır[8].

27 dekabr 1995-ci il tarixli Fərmala ona general-leytenant ali hərbi rütbəsi, 15 yanvar 2002-ci il tarixli Fərmanı ilə general-polkovnik ali hərbi rütbəlsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 40 nömrəli Fərmanı ilə o "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib[9].

2004–2012-ci illərdə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmış,[10] sonra isə pensiyaya çıxmışdır.

İstinadlar

  1. https://oxu.az/society/853746.
  2. "Namiq Abbasov". 2019-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-13.
  3. "Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ". Oxu.Az (az.). 2024-03-27. İstifadə tarixi: 2024-03-27.
  4. https://www.youtube.com/shorts/SqTIMafs-K8 (#bare_url_missing_title).
  5. "81 - N. R. Abbasov haqqında". e-qanun.az. 2023-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-11.
  6. "80 - N. R. Abbasov haqqında". e-qanun.az. 2023-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-11.
  7. "147 - N. Ş. İmranova, N. R. Abbasova və A. R. Novruzova general-mayor rütbəsi verilməsi haqqında". e-qanun.az. 2023-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-11.
  8. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-03-29.
  9. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-03-29.
  10. "АББАСОВ Намиг Рашид Оглу". 2010-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.