Namiq Əliyev (20 Yanvar şəhidi)

Namiq Əliyev (tam adı: Namiq Kamil oğlu Əliyev; 19 iyul 1965, Bakı, Azərbaycan SSR, SSRİ20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]

Namiq Əliyev
Namiq Kamil oğlu Əliyev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi "20 Yanvar Şəhidi"
Dəfn yeri Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Atası Kamil
Anası Şərqiyə
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Aşpaz

Həyatı

Namiq Əliyev 1965-ci il 19 iyulda Bakıda anadan olmuşdur. 190 nömrəli orta məktəbi bitirmişdir. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almış, «Zümrüd» restoranında aşpaz işləmişdir. Subay idi.

Qanlı Yanvar faciəsi

Yanvarın 19-da səhər işə gedib. Həmin tarixdən sonra bir daha evə qayıtmayıb. Bacısı Sevdanın dedikləri:[2]

" — O gecə qardaşımı nə qədər gözlədiksə, gəlib çıxmadı. Üç bacının iki əli oldu, bir başı. Səhəri diri gözlü açdıq. Yenə gəlib çıxmadı. Başladıq axtarmağa. Şəhərdə axtarmadığımız xəstəxana qalmadı. Yanvarın 22-də qonşumuz Hüseynov Mirzə zəng edib bizə dedi ki, ona oxşar bir nəfəri Semaşko xəstəxanasından Göy məscidə aparıblar. Xalam oğlanları Bağırov Oqtay və Musayev Qabillə məscidə getdik. Həmin gün Şəhidlərin dəfn günü idi. Meyidləri yuyub maşına qoymuşdular. — Şəhidlər xiyabanına aparmağa. Maşına qoyulan meyidlərə baxdıq. Aman allah, düşmənimə də qismət eləməsin bu günü. Namiq onların içində idi. Üç bacının bir qardaşını evə gətirdik. "

Anası Şərqiyə Bağırovanın (şəhid Rüstəm Əliyevə istinadən) sözlərinə görə, Namiq işlədiyi yerdən geri dönərkən maşın tapmadığından Bəsti Bağırova küçəsinə enmiş, orada 123 nömrəli marşrutda sürücü olan dostu Rüstəmi görmüşdür. Rüstəm ona küçələrdə olan ölüləri və yaralıları daşımağı təklif etmiş, Namiq də razılaşmışdır. Onlar 1-ci dəfə 13 ölünü daşımağa müvəffəq olmuş, lakin Namiq geri qayıdanda "Olimp" mağazasının yanından yuxarı çıxmağa çalışarkən atəşə məruz qalmış, ürəyinə[3] və gicgahına dəyən 2 güllədən hadisə yerindəcə həlak olmuşdur.

23 yanvar tarixində Şəhidlər xiyabanında dəfn edilib.

Həmçinin bax

İstinadlar

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
  3. "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.