Namiq Əhmədov (mayor)
Namiq Hajan oğlu Əhmədov (8 noyabr 1984, Yuxarı Salahlı, Qazax rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Tovuz döyüşləri şəhidi.[1][2]
Namiq Əhmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 noyabr 1984 |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyul 2020 (35 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Uşağı |
Məhəmməd Əhmədov Nigar Əhmədova |
Atası | Hajan Əhmədov |
Anası | Firəngiz Əhmədova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Mayor |
Döyüşlər | |
Təltifləri |
Həyatı
Namiq Əhmədov 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub.[1] 1991-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbi bitirmişdir. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2006-cı ildə ali hərbi məktəbi artilleriya ixtisası ilə bitirmişdir. 2007-ci ildə Təlim Tədris Mərkəzində zabit kursunda təhsilini davam etdirmişdir.
Uşaqları
Əhmədov Məhəmməd ailənin ən böyük övladıdır. 2 iyul 2010-cu ildə Qazaxda anadan olub.
Əhmədova Nigar ailənin ikinci övladıdır. 9 fevral 2014-cü ildə Qazaxda anadan olub.
Hərbi xidməti
Təlim Tədris Mərkəzində təhsilini başa vurduqdan sonra "N" saylı hərbi hissədə hərbi vəzifəsinə başlamışdır.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlarda Namiq Əhmədov da yaxından iştirak edirdi. Döyüşlərdə fərqlənməsi və fəallığı yüksək qiymətləndirilmiş, fəxri fərmanla təltif edilmişdir. Həmçinin, ona vaxtından əvvəl mayor rütbəsi verilmişdir.[3]
2020-ci il iyulun 12-dən 13-nə ötən gecədən başlayaraq cəbhənin Tovuz rayonu, xüsusilə, rayonun Ağdam kəndi istiqamətində şiddətli döyüşlər başladı. Bu döyüşlər tarixə Tovuz döyüşləri olaraq yazıldı. Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Namiq Əhmədov da bu döyüşlərdə xüsusi fəallıqla vuruşurdu. O, 2020-ci il iyulun 13-dən 14-nə ötən gecə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.[4]
İyulun 14-də Namiq Əhmədov, doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn olundu.[1] Onunla vida mərasiminə Ordunun zabitləri də qatıldı.[1]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Əhmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[5]
Təltifləri
- (26. iyun 2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (15. dekabr 2020) — "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli (ölümündən sonra)[6]
İstinadlar
- "Şəhid mayor Namiq Əhmədov Qazaxda dəfn olunub". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi) ( (az.)). 14.07.2020. 2020-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.07.2020.
- "Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir". www.mod.gov.az (Müdafiə Nazirliyinin rəsmi saytı) ( (az.)). 14.07.2020. 15.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.07.2020.
- "Şəhid mayor Namiq Əhmədovun ölümündən 40 gün ötür". qazax-ih.gov.az (Qazax Rayon İcra Hakimiyyəti) (az.). 22.08.2020. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.03.2021.
- Güləmail Murad. "Tovuz döyüşləri". Bakı, "CBS PP", 2021
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (az.)). 15.12.2020. 2020-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 15.12.2020. 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.