Naməlum adam (film, 2011)
Naməlum adam (ing. Unknown) — rejissoru Cam Kollet-Serra olan döyüş triller filmi. ABŞ-də 7 yanvar 2011-ci ildə efirə buraxılmışdır. Filmin süjet xətti Didier van Cauwelaertin Out of My Head kitabından ilhamlanıb.
Naməlum adam | |
---|---|
ing. Unknown | |
Janr | dram filmi[1], döyüş filmi, müəmma filmi, roman ekranlaşdırması[d] |
Əsas mövzu | Amneziya, terrorizm |
Baş rollarda |
|
İstehsalçılar | StudioCanal[d], Babelsberg Studio[d] |
Distribütor | Warner Bros. |
İlk baxış tarixi | 18 fevral 2011[5][1], 1 noyabr 2011, 3 mart 2011[6] |
Müddət | 113 dəq. |
Büdcə | 30.000.000 $[7] |
Gəlir | 135.710.029 $[7], 63.686.397 $[7] |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Berlin, Almaniya Federativ Respublikası, Leypsiq, Muzeylər adası |
IMDb | ID1401152 |
Film dörd günlük komadan ayılan və öz arvadı da daxil olmaqla heç kimin onu tanımadığı və başqa bir şəxs olduğu iddia ediləndən sonra öz kimliyini sübut etməyə çalışan bir professor ətrafında cərəyan edir.
18 fevral 2011-ci ildə ABŞ-də nümayiş etdirilən film tənqidçilərdən qarışıq rəylər almışdır və 30 milyon dollarlıq büdcəyə qarşı 136 milyon dollar gəlir əldə etmişdir.
Məzmun
Dr. Martin Harris (Liam Neeson) və həyat yoldaşı Liz (January Jones) biotexnoloji sammit üçün Berlinə gəlirlər. Onlar hotelə çatdıqdan dərhal sonra Harris portfelini hava limanında unutduğunu anlayır və onu götürmək üçün taksiyə minir. Taksinin sürücüsü Gina (Diane Kruger) adlı qadındır. Taksi qəzaya uğrayır və Şprey çayına düşür və Harris taksinin içində huşsuz vəziyyətdə qalır. Taksinin sürücüsü Gina onu xilas etsə də, hadisə yerindən qaçır. Harris dörd gün komada qaldıqdan sonra xəstəxanada oyanır.
Dr. Martin Harris (Liam Neeson) Berlində avtomobil qəzasından sonra özünə gəlib hotelə qayıdandan sonra birdən-birə başa düşür ki, həyat yoldaşı (January Jones) onu tanımır və onun yerinə başqa bir adam (Aidan Quinn) keçib. Polis çağırılır və Harris Rodney Cole adlı həmkarına zəng edərək kimliyini sübut etməyə çalışır, lakin heç bir nəticəsi olmur. Rəsmi olaraq heç kim ona inanmır və o, naməlum qatillər tərəfindən təqib edilir. Birdən özünü başqa ölkədə tənha, yorğun və qaçaq vəziyyətdə görür. Şəxsiyyət böhranından boğulan Harris huşunu itirir və xəstəxanada yenidən oyanır. Smit adlı terrorçu tibb bacısını öldürür, lakin Harris qaçmağı bacarır.
Harris şəxsi detektiv və keçmiş Stasi agenti Ernst Jürgendən (Bruno Qanz) kömək istəyir. Harrisin yeganə ipucu atasının botanika haqqında olan kitabı və qəzadan sonra türk restoranında qeyri-qanuni işləyən sənədsiz Bosniyalı mühacir taksi sürücüsü Ginadır.
Harris və Ginanın mənzilinə Smit və başqa bir terrorçu olan Cons hücum edirlər; Gina Smiti öldürdükdən sonra qaçırlar. Harris aşkar edir ki, Liz kitabında müəyyən səhifələrdə olan sözlərə müvafiq gələn nömrələr yazıb. Proqramından istifadə edən Harris Lizlə təkbaşına görüşür; O, portfelini hava limanında qoyub getdiyini bildirir. Bu vaxt Yurgen Kolu ofisində qarşılayır və 15-ci bölmə kimi tanınan gizli terror qruplaşması haqqında olan informasiyalarını ona açıqlayır. Yurgen tezliklə Koulun keçmiş muzdlu əsgər və qrupun üzvü olduğu qənaətinə gəlir. Koulun onu dindirmək və öldürmək üçün orada olduğunu və heç bir qaçış yolunun olmadığını bilən Yurgen Harrisi mühafizə etmək üçün intihar edir.
Harris portfelini götürdükdən sonra Gina ilə yollarını ayırır. Gina Harrisin Koul və Cons tərəfindən qaçırıldığını görəndə bir taksi oğurlayır və onların ardınca gedir. Gina Harrisi öldürməzdən əvvəl Consun üstünə maşınını sürüb onu öldürür, sonra Koulun mindiyi mikroavtobusa çırpılır və onu da öldürür. Portfelində iki Kanada pasportu olan gizli yer tapdıqdan sonra Harris xatırlayır ki, o, Lizlə üç ay əvvəl Berlində Səudiyyə Şahzadəsi Şadanın otağına bomba qoymaq üçün birlikdə olublar.
İndi sui-qəsd planında öz rolundan xəbərdar olan Harris bunun qarşısını alaraq özünü xilas etməyə çalışır. Hotelin mühafizəsi dərhal Harris və Ginanı həbs edir, lakin Harris hotelə daha əvvəllər də gəldiyini sübut edə bilir. Təhlükəsizlik əməkdaşları bombanın varlığına əmin olduqdan sonra hoteli boşaldırlar.
Harris başa düşür ki, 15-ci bölmənin hədəfi Səudiyyə şahzadəsi Şada deyil, sərt iqlimlərə dözə bilən, geni dəyişdirilmiş qarğıdalı ştammı hazırlamış professor Bresslerdir. Liz Bresslerin noutbukuna daxil olur və məlumatları oğurlayır. Bresslerin öldürülməsi və tədqiqatının oğurlanması ilə milyardlarla dollar vəsait yanlış əllərə keçəcəkdir. Sui-qəsd cəhdinin qarşısı alındığını görən Liz bombanı zərərsizləşdirməyə çalışır, lakin müvəffəqiyyətsizliyə düçar olur və bomba partlayaraq ölür. Harris Bressleri öldürməyə çalışan 15-ci bölmənin terrorçusu "Harrisi" öldürür. Harris və Gina yeni şəxsiyyət vəsiqələri ilə qatara minirlər (Kanada pasportu), Bressler isə öz layihəsini dünyaya pulsuz verdiyini elan edir.