Nalçik şəhər dairəsi

Nalçik şəhər dairəsi (kab.-çərk. Налшык къалэ округ, qaraç.-balk. Нальчик шахар округ) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibinə daxil olan şəhər dairəsi[3][4] və inzibati ərazi vahidlərindən biri. İnzibati mərkəzi Nalçik şəhəridir.

Nalçik şəhər dairəsi

43°28′59″ şm. e. 43°37′00″ ş. u.


Ölkə
İnzibati mərkəz Nalçik[1]
Tarixi və coğrafiyası
Sahəsi
  • 133,31 km²
Əhalisi
Əhalisi
  • 265.299 nəf. (1 yanvar 2018)[2]
Nalçik şəhər dairəsi xəritədə

Coğrafiya

Nalçik şəhər dairəsi respublikanın şimal hissəsində, Nalçik çayının hər iki sahilində yerləşir. Şəhər dairəsinin iqlim rütubətli, mülayimdir. Yayı isti və sərin, qışı isə az qarlıdır. Baş Qafqaz silsiləsinə yaxınlığı şəhər dairəsinin iqliminə nəzərə çarpacaq dərəcədə təsir göstərir. İqlimin formalaşmasında soyuq havanın birbaşa müdaxiləsindən qorunmaq mühüm rol oynayır.

Havanın orta temperaturu iyulda + 25 ° ... + 28 ° C, yanvarda −3 ° ... -5 ° C arasında dəyişir. Ən yüksək tempreratur iyulun sonu - avqustun əvvəlində, ən aşağı isə yanvar ayının sonu - fevralın əvvəlində müşahidə olunur.

Orta illik yağıntının miqdarı təxminən 700 mm-dir. Ən çox qeydə alınan yağıntının miqdarı 982 mm, gündəlik maksimum rekord isə 105 mm-dir.

Nisbi rütubət qeyri-sabitdir. Orta illik rütubət 78 % -dir. Qışda maksimum 85-86 %, yayda isə minimum 68-69 % olur. İl boyu üstünlük təşkil edən külək istiqamətləri: cənub-qərb, şərq və şimal-şərq.

Tarixi

1992-ci ildə iki şəhərdaxili rayondan - Leninsky və Oktyabrski ibarət olan Nalçik Şəhər Şurası ləğv edilərək Nalçik şəhər dairəsinə çevrilir.

1995-ci ildə Belaya Reçka, Kenje və Xasanya yaşayış məntəqələri kəndlərə çevrildi və Adiyux qəsəbəsi isə Nalçik şəhər dairəsi tərkibində ayrıca yerli özünü idarəetmə qurumuna çevrilir.

Nalçik şəhər rayonu 2005-ci ildə dağılmış Nalçik şəhər şurasının bazasında təşkil olunur. Buraya Nalçik şəhəri, həmçinin ləğv edilmiş şəhər şurasına aid olan yaşayış məntəqələri - Adiyux qəsəbəsi (kənd statusu ilə) və Belaya Reçka, Kenje və Xasanya kəndləri daxil idi.

Əhali

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə dairənin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
kabardinlər 129 260 48,59 %
ruslar 69 904 26,28 %
balkarlar 44 678 16,79 %
osetinlər 4 964 1,87 %
digərləri 16 098 6,05 %
milliyyətini bildirməyənlər 1 129 0,42 %
ümumi 266 033 100,0 %
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[6]:

YaşKişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 22 015 21 230 43 245 16,25 %
15 — 59 yaş 83 431 100 635 184 066 69,20 %
60 yaşdan yuxarı 14 107 24 615 38 722 14,55 %
ümumi 119 553 146 480 266 033 100,0 %

Kişilər — 119 553 yaş. (44,9 %). Qadınlar — 146 480 nəf (55,1 %).

Əhalinin orta yaşı — 36,5 Kişilərin orta yaşı — 34,4 yaş. Qadınların orta yaşı — 38,1 yaş.

Mənbə

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.