Naissaar
Naissaar (est. Naissaar), əvvəlki adı Nargen (alm. Nargen; isv. Nargö) — Ada Fin körfəzində, Tallin şəhərindən şimal-qərbdə yerləşir. İnzibati cəhətdən Xaryumaa qəzası Viymsi rayonu ərazisinə daxildir.
Naissaar adası | |
---|---|
est. Naissaar | |
Ümumi məlumatlar | |
Sahəsi | 18,6 km² |
Hündür nöqtəsi | 27 m |
Əhalisi | 0 nəfər (2013-cü il) |
Yerləşməsi | |
59°34′00″ şm. e. 24°31′00″ ş. u. | |
Ölkə | Estoniya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Strateji əməmiyyəti baxımından ada həmişə diqqəti cəlb etmişdir. Ada XVIII əsrdən artıq Tallinin müdafiəsini təşkilində istifadə edilirdi. 1911-ci ildə adaya nəzər salanda Drednout gəmisini xatırladırdı[1].
1917-ci ildə bir qrup rus matrosları adanı nəzarətə aralaraq bölgədə Matros və inşaatçılrın Sovet Respublikası elan edilir. Respublika Stepan Maksimoviç Petriçenkonun rəhbərliyi ilə idarə edilirdi. 1918-ci ilin fevralında Tallinin almanlar tərəfindən işğalından sonra ruslar adanı tərk etməli olurlar.
İkinci Dünya müharibəsi dönəminsə adada isveçlilərə aid kamuna yaşayırdı. Sovet işğalından sonra isə onlar İsveçə köçürülürlər. Sovet dönəmində adada hərbi baza yerləşdirilmişdir. Adaya xüsusi buraxılışı olmayanların girişi qadağan edilmişdir. Hazırda isə ada turistik mərkəz rolunu oynayır. Buranı insanlar sovet dönəmindən qalan silahları müşahidə etmək üçün gəlirlər.
Coğrfiyası
Ada uzunsov formaya malikdir. Təsadüfü deyildir ki, əvvəlki adı olan Nargen estonca dar boğaz mənasını verir. Azərbaycana məxsus olan Böyük Zirə adasının əvvəlki Nargin adı Naissara bənzədiyi üçün verilmişdir. Adanın sahəsi 18,6 km², maksimal hündürlüyü isə 27 metrdir.
İstinadlar
- "Yosif Kas. Amazonlar torpağı". 2012-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-12.