Naina İbrahimova

Naina Ağəli qızı İbrahimova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2010).

Naina İbrahimova
Doğum tarixi
Doğum yeri
Vətəndaşlığı
Atası Ağaəli İbrahimov
Fəaliyyəti aktrisa
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı  — 2010

Həyatı

Naina İbrahimova 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsində ali təhsil almışdır.

1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktrisa vəzifəsində işləyir.[1]

20 dekabr 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.[2]

Teatrda işlədiyi müddətdə bir neçə rollar oynamışdır. Onların arasında: Nisə xanım (M.F.Axundov "Lənkəran xanlığın vəziri"), Züleyxa (Elçin "Poçt şöbəsində möcüzələr"), Katya Volkova (A.Qalin "Konkurs"), Marion Dübua (M.İbrahimbəyov "Neft bumu"), Şirin (S.Vurğun "Fərhad və Şirin") kimi rolları qeyd etmək olar. N.İbrahimova bir çox kliplərdə çəkilib, fotomodel kimi tanınır.[3]

Şəxsi həyatı

Aktrisa Naina İbrahimova rəssamlar Ağəli İbrahimovunNadejda İbrahimovanın qızıdır.

2013-cü ilin oktyabr ayında Fərid adlı fotomodellə ailə qurub.[4] Bu cütlüyün 2015-ci ilin fevralın 23-də oğul övladı olub.[5]

Filmoqrafiya

İstinadlar

  1. "Arxivlənmiş surət". 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-23.
  2. "Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 20 dekabr 2010. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2021.
  3. "Arxivlənmiş surət". 2016-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-23.
  4. "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-23.
  5. Day.Az. "Əməkdar artist övladını göstərdi: "Mediadan gizlədirdim..." - FOTO" (az.). Day.az. 17.07.2015. 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-11.

Kliplər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.