Nail Əliyev

Əliyev Nail Arif oğlu (7 iyun 1965, Naxçıvan) — şərqşünas, tarix üzrə fəlsəfə doktoru.

Nail Əliyev
Nail Arif oğlu Əliyev
Doğum tarixi
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi

Həyatı

Nail Əliyev 7 iyun 1965-ci ildə Naxçıvan şəhərində ziyallı ailəsində anadan olub. Atası Əliyev Arif Əli oğlu filalogiya üzrə fəlsəfə doktoru,dosent, Azərbaycan Respublikası əməkdar müəllimi, Naxçıvan Dövlət Universitetinin tarix-ədəbiyyat fakültəsinin dekanı, ADİA- kafedra müdiri vəzifəsində çalışıb. Anası Əhmədova Zemfira Əsgər qızı 1967-2020-ci il (53 il) Naxçıvan Dövlət Universitetinin baş müəlliməsi vəzifəsində çalışıb.

İlk təhsilini Naxçıvan şəhəri 3 saylı orta məktəbində bitirdikdən sonra 1983-1989 cu illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili bölməsində təhsili alıb. 1983-1985 ci illərdə Groznı şəhərində Sovet ordusunda hərbi xidmətdə olub. 1993-1997 ci illərdə Bakı Dövlət Universitetinin hüquq, Azərbaycan Dövlət İqtisad Universitetinin xarici iqtisadi əlaqələr fakultəsini bitirib. Nail Əliyev daha gənc yaşlarından tarixçi babası,pedaqoq,ictimai-siyasi xadim, Naxçıvan Dövlət Universitetinin yaradıcısı və ilk rektoru Əli ibrahim oğlu Əliyevdən hər zaman həvəslənmiş və tarixə maraq göstərmişdir.[1] AMEA-nın Milli Munasibətlər İnstitunda elmi işci, Naxcıvan MR Nazirlər Kabinetinin Xarici İqtisadi əlaqələr şöbəsində, Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyinin valyuta-maliyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan jurnalistlər birliyinin üzvüdür.

İctimai və elmi fəaliyyətindən əlavə olaraq, Nail Əliyevin Azərbaycan futbolundada öz xüsusi yeri vardır.[2] 2004-cü ildə təsis olunmuş Bakı futbol klubunun ilk yaradıcılarından biri olub,birinci vitse-prezident vəzifəsində çalışıb.Rəhbərlik etdiyi dövrdə Bakı FK 2 dəfə Azərbaycan Çempionu(2006,2009), 3 dəfə Azerbaycan kubokunun qalibi titullarını qazanıb[3]

Dövri mətbuatda 50 dən çox elmi məqalənin müəllifidir. Elmi fəaliiyətində,Azərbaycan xalqının həyatında baş vermiş soyqırımlar və deportasiya dövrlərində soydaşlarımızın həyatında baş vermiş faciələrindən, düçar olduqları müsibətlərdən, AXC-nin təşkil etdiyi FİK-nin təhqiqatlarından, Azərvaycan diplomatlarının bu sahədəki çoxsahəli fəaliyyətləri öz əksini tapır. Uydurulmuş "erməni genosidi" təbliğatı ilə məşğul olan erməni lobbisinin təbliğatını beynəlxalq miqyasda zərərsizləşdirmək məqsədilə faydalı vəsaitlərin müəllifidir. Televiziyada bir neçə tarixi-elmi proqram layihələrinin müəlliflərindən biri olub.

Əsərləri

Elmi məqalələri

Ailəsi

Nəsil şəcərəsi

Ailələdir, 3 övladı var

Həyat yoldaşı:

  • Əliyeva İlahə Malikəjdər qızı, Azərbaycan Dövlət Pedaqoji Universiteti.

Oğlu:

  • Əliyev Əli Nail oğlu, Rotterdam, Niderland
  • Əliyev Arif Nail oğlu,

Qızı:

  • Əliyeva Nuray Nail qızı. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbəsi

Bacısı:

  • Əliyeva Aytən Arif qızı, filalogiya üzrı fəlsəfə doktoru,dosent, ADBTİA.

İstinadlar

  1. "Əli Əliyev,Əlincə yaddaşı,kitab1-2 səh.160,Bakl.,1997-2004 "Elm və Həyat"". 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-28.
  2. "Arxivlənmiş surət". 2013-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-27.
  3. "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-27.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.