Naibə Əlibəyova

Naibə Əlibəyova (15 noyabr 1963, Bakı6 mart 2024) — azərbaycanlı aktrisa.

Naibə Əlibəyova
Doğum tarixi 15 noyabr 1963(1963-11-15)
Doğum yeri
Vəfat tarixi 6 mart 2024(2024-03-06) (60 yaşında)
Vəfat səbəbi xərçəng xəstəliyi
Fəaliyyəti aktrisa
Təhsili

Həyatı

1963-cü ilin noyabr ayının 17-də Bakı şəhərində anadan olub. 9 nömrəli məktəbi bitirib 1979-cu ildə Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni - maarif işi" fakültəsinin "Kütləvi tamaşalar rejissoru" ixtisasına qəbul olunub. Universiteti bitirdikdən sonra Dəvəçi rayonuna Mədəniyyət evinin müdiri vəzifəsinə təyin olunub. Üç il təyinat müddətini başa vurandan sonra Bakıya qayıdıb və 1992-ci ilə qədər Musiqili Komediya Teatrında çalışıb.[1] N. Əlibəyova daha çox "Bəyin oğurlanması" filmindəki Gülbadam rolu ilə tanınıb. Xərçəng xəstəliyindən əziyyət çəkirdi.[2] 6 mart 2024-cü ildə vəfat edib.[3][4]

Ailəsi

Bir qızı və Rüqayyə adlı bir nəvəsi var.[1]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.