Nahid Cəfərov
Nahid Muxtar oğlu Cəfərov (20 iyul 1984-cü il, Lənkəran rayon Mamusta kəndi) - Azərbaycan diplomatı, ictimai-siyasi xadim, "Oyan" Hərəkatının liderlərindən biri. Siyasi fəaliyyətə başlamazdan öncə Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin konsulu/3-cü katib vəzifəsini icra etmişdir[1].
NAHİD CƏFƏROV | |
---|---|
Nahid Muxtar oğlu Cəfərov | |
5 noyabr 2013 – 14 sentyabr 2015 | |
1 dekabr 2012 – 5 noyabr 2013 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mamusta kəndi Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ 1984-1991 Azərbaycan1991-dən |
Partiya | Oyan Hərəkatı |
Təhsili | |
Dini | İslam |
Həyatı
Nahid Cəfərov 20 iyul 1984-cü ildə Lənkəran rayon Mamusta kəndində mühəndis ailəsində anadan olmuşdur. Milliyyətcə talışdır. Atası Cəfərov Muxtar Şahi oğlu Lənkəran rayon Şürük kəndində yerləşən "Maşın Sınaq Stansiyasında" tikintiyə texniki nəzarət üzrə mühəndis vəzifəsində çalışması Nahidin ailəsinin həmin kəndə köçməsinə səbəb olmuşdur. Nahid Cəfərov orta təhsilini Lənkəran rayon Şürük Kənd Orta Məktəbində almışdır.
Təhsili
Nahid Cəfərov 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr pilləsini bitirmiş və 2006-2007-ci illərdə Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Bərdə rayonunda yerləşən N saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur.
2008-ci ildə Azərbaycan NATO Beynəlxalq Məktəbinin (NİSA) təşkil etdiyi "Kiber Təhlükəsizliyi" adlı sessiyaya iştirakçı qismində qəbul olunmuş və daha sonra 2010-cu ilə qədər həmin təşkilatda layihələr üzrə kordinator vəzifəsində çalışmışdır.
2010-1012-ci illərdə Azərbaycan Diplomatik Akademiyasının (ADA) Beynəlxalq əlaqələr və diplomatiya proqramı üzrə magistratura dərəcəsi üzrə təhsil almış və 2012-ci ildə ADA tərəfindən təhsilini davam etdirmək üçün İsveçrənin Cenevrə şəhərində yerləşən Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzinə ezam edilmişdir.
2015-2017-ci illərdə Nahid Cəfərov Amsterdam Üniversitetində Biznesin idarə olunması (Execetive MBA) ixtisası üzrə magistraturaya qəbul olunmuş və həmin ixtisas üzrə axşam bölməsində təhsil almışdır.
Nahid Cəfərov eyni zamanda (2016-2017ci illərdə) Roterdam Erasmus Universitetinin Beynəlxalq Dövlət İdarəetmə və Dövlət Siyasəti ixtisası üzrə magistratura pilləsində təhsil almışdır.
Diplomatik karyerası
2012-ci ildə Azərbaycana qayıdan Nahid Cəfərov AR Xarici İşlər Nazirliyi (XİN) tərəfindən təşkil olunan musabiqədən uğurla keçərək, 2012-cü ilin dekabr ayından Nazirliyin İnsan hüquqları və demokratiya idarəsində attaşe vəzifəsində çalışmışdır. Çalışdığı müddət ərzində Nahid Cəfərov Azərbaycan-Avropa Şurası münasibətlərinin əlaqələndiricisi funksiyasını həyata keçirmişdir. 2012-ci ilin avqust ayında Ramil Səfərovun Azərbaycana ekstradisiyasına cavab olaraq ermənilər tərəfindən təşkil olunmuş etiraz aksiyalarını analiz etmiş və erməni lobbisinin fəaliyyətində erməni kilsəsinin oynadığı rolu müəyyən edərək bununla bağlı statistik formula əldə etmişdir. 2013-cü il prezident seçkiləri öncəsi Azərbaycanda insan hüquqları və demokratiyanın inkişafı ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən prezident üçün hazırlanmış strategiyanın müəllifidir.
2013-cü ilin noyabr ayında AR xarici işlər naziri Elmar Məmmədyarovun əmrinə əsasən, AR Niderland Krallığındakı səfirliyində konsulluq vəzifəsini icra etmək üçün ezam edilmişdir. Siyasi baxışlarına görə 2015-ci il sentyabr ayında tutduğu vəzifədən istefa vermiş və təhlükəsizlik səbəbindən Niderland Krallığının müvafiq dövlət qurumlarına siyasi sığınacaq üçün müraciət etmişdir[2].
İctimai-siyasi fəaliyyəti
Nahid Cəfərovun ictimai-siyasi fəaliyyəti 2003-cü ildən Azərbaycan Gənclər Təşkilatları Milli Şurasından başlayır. Bu təşkilata sıravi üzv kimi qoşulan Nahid Cəfərov qısa müddətdən sonra bu təşkilatın cənub regional mərkəzinin sədri olur. 2005-ci ildə Təşkilatın rəhbərliyində yaranmış böhran və təşkilatdan bir çox şəxsin İRƏLİ İctimai Birliyinə keçməsi Nahid Cəfərovun bu təşkilatlardan uzaqlaşmasına səbəb olur. İRƏLİ İctimai Birliyinə qoşulmaq təklifini alsa da, o bu təklifdən imtina edir. 2007-ci il hərbi xidməti başa vurduqdan sonra Nahid Cəfərov NATO-nun qeyri-üzv dövlətlərdə fəaliyyət göstərən Avro-Atlantik Mərkəzin Bakı ofisində əvvəl könüllü kimi qoşulur və daha sonra İdarə Heyətinə üzv təyin edilir. 2009-2010-cu illərdə o Azərbaycan NATO Beynəlxalq Məktəbində (GHT) layihələr üzrə kordinator vəzifəsinə təyin edilir.
Diplomatik böhran
2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar AR XİN-in İnsan hüquqları və demokratiya idarəsinin rəisi Arif Məmmədovun təşəbbüsü ilə Azərbaycanın beynəlxalq aləmdə imicinin yaxşılaşdırılması məqsədilə insan hüquqları və demokratiyanın inkişafı sahəsində prezident üçün plan hazırlandı. Bu planın icraçısı olan Nahid Cəfərov bu plandan irəli gələn Avropa ölkələrinin Bakıdakı səfirləri ilə təşkil olunmuş bütün gizli və açıq görüşlərdə iştirak etmişdir. Bu plan xarici İşlər naziri Elmar Məmmədyarova təqdim edilmiş, lakin XİN-də baş verən kadr dəyişikliyi səbəbindən plan prezidentə təqdim edilməmişdir[1].
2015-ci il Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvandakı binada baş verən dəhşətli yanğına açıq şəkildə kəskin etiraz edən İslam əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı Səfiri Arif Məmmədov vəzifəsindən istefa vermiş və daha sonra hökumətə qarçı açıq mübarizəyə başladığını elan etmişdir[3]. Bu səbəbdən Arif Məmmədovun təşəbbüsü ilə yazılan və Nahid Cəfərovun icraçısı olduğu plan prokurorluq orqanlarına təqdim edilmiş və Nahid Cəfərov dərhal Azərbaycana geri çağırılmışdır[1]. Vətənə geri qayıtmağın təhlükəli olduğunu anlayan Nahid Cəfərov tutduğu vəzifədən istefa vermiş və siyasi sığınacaq üçün müraciət etmişdir.
Ailəsi
Ana babası Möhübbət 1918-ci ildə Bakıya gələn türk ordusu komutanı Nuru paşanın yavəri olan Nemətullanın qardaşı Fətullanın oğludur.
İstinadlar
- "Arxivlənmiş surət". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-07.
- "Arxivlənmiş surət". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-12.
- https://www.meydan.tv/az/site/news/6176/%5B%5D