Naftalan sanatoriyası
İqlimi və coğrafi mövqeyi
Naftalan kurortu Bakıdan 338 kilometr qərbdə yerləşir. Naftalan kurortu Qafqaz sıra dağlarının ətəyində, dəniz səviyyəsindən 220 – 250 metr yüksəklikdə qərar tutmuşdur. Kurortun iqlimi mülayim – tropikdir. Orta illik temperatur müsbət +14 dərəcə Selsidir. Yağıntılar az miqdarda olub, ildə 100 – 250 millimetr təşkil edir. Az küləklidir. Küləklər əsasən musson xarakterli şimal – qərb küləkləridir. Kurort insan əli ilə salınmış, əsasən şam ağaclarından ibarət meşə parkda yerləşmişdir. Bunun nəticəsində kurortun havası təmizdir. "Naftalan Sanatoriyası" – nın tərkibində 3050 yerlik sanatoriya kompleksi tikilsə də , bunun 2000 – dən çox yerində məcburi köçkünlər yerləşmişdir
Şəfa mənbəyi kimi Naftalan nefti
Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir. Ta qədimdən indiyə kimi saysız-hesabsız xəstə bu neftin şəfaverici keyfiyyətindən bəhrələnmişdir. Müalicəvi xassələrə malik olan Naftalan nefti sümük – oynaq, dəri, qadın xəstəliklərindən və uroloji xəstəliklər, əsəb, genikoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq hərəkət aparatına aid olan oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitə kimi bütün dünyada məşhurdur. Elə buna görə respublikamızın şəhər və rayonlarından hər il çoxlu sayda xəstə bura pənah gətirir. Həmçinin Naftalan nefti güclü iltihabəleyhi, ağrıkəsici, allergiyaəleyhi və hormonabənzər.təsirlərə malikdir. Trofik və mubadilə proseslərini stimulə edir, ovogenezi və spermatogenezi surətləndirir. Bu mualicəvi xususiyyətlərinə gorə naftalan nefti ilə 70-dən artıq xəstəliyin muvəffəqiyyətli mualicəsi mumkundur.
Təsadüfi deyildir ki, qədim rəvayətə görə Medeya adlı cadügar qadın qədim yunan eposunun qəhrəmanı arqonaft Yasona qəribə bir məlhəm bağışlamışdır. Bu məlhəm onu oddan və yanğından qoruyur, bədəninə alov təklükəsi olmamaq xassəsi bəxş etmişdir. Hələ qədim zamanlardan Asiyanın müxtəlif güşələrindən, eləcə də uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə adam müxtəlif xəstəliklərdən xilas olmaq üçün buradan Naftalan nefti aparır, öz vətənlərində həmin neftin köməyi ilə müalicə olunurdu. Neft tuluqları yüklənmiş dəvə karvanları buradan Şərq ölkələrinə yollanırdı. Naftalan nefti dünyada yeganə neft olub öz müalicəvi əhəmiyyətinə görə əfsanəvi xarakter daşımaqla fiziki-kimyəvi xassəsinə görə başqa neftlərdən fərqlənir. Bu neft üçün əsas xarakter yüksək xüsusi çəkiyə (d420=0,9395 q) malik olması, tərkibində yüngül fraksiyanın və bərk parafin karbohidrogenlərin olmamasıdır. Tərkibində kifayət miqdarda qatran (14%) olması su ilə möhkəm emulsiya əmələ gətirməsi naftalan neftini başqa neftlərdən fərqləndirir. Müalicəvi xassəsinə görə dünyada yeganə neft olan Naftalan nefti Azərbaycan Respublikasında Gəncə şəhərindən 50 km aralı Murov dağ silsiləsinin ətəyində yerləşir.
Azərbaycan Elmi Tətqiqat Aşqarlar Kimyası İnstitutunun direktoru, mərhum akademik Ə. M. Quliyev, mərhum akademik Yusif Məmməd Əliyevin Naftalan nefti haqqında söylədiyi nəzəriyyəni əsas götürərək bu ecazkar neftin kimyəvi tərkibinin hər tərəfli tədqiq olunmasını qarşısına məqsəd qoymuşdur.
Bioloji tədqiqat və həkimlərin müxtəlif xəstəlikləri müalicə etməklə müəyyənləşdirdilər ki, Naftalan neftindən ayrılan naften karbohidrogen qrupu bu neftin ən aktiv bioloji komponenti olub müalicə üçün tətbiqində ilk müalicəvi təsir edən naften karbohidrogenləridir. Naften karbohidrogen qrupu orqanizmin bütün-fizoloji funksiyasına müsbət təsir etməklə toksiki xassə göstərmir.
Gəncə şəhərində "Naftalan Sağlamlıq Mərkəzində" (2006-cı ildən fəaliyyət göstərir) dünya şöhrətli naftalan nefti ilə eləcə də Naftalan neftindən otaq temperaturunda ayrılmış bioaktiv maddə olan müalicəvi naften yağı ilə müxtəlif xəstəliklər o cümlədən:
Sümük əzələ sistemi xəstəlikləri – revmatik, artrit, poliartritlər, osteoartrit, osteoartrozlar, travmatik artritlər, spondilyoz, spondiloartroz, osteoxondroz, angiloziriyuşiy spondiloartrit, (bexterev xəstəliyi) spondilit, miozit, tendovaginit, epikondilit, sümük sınaqlarının fəsadlarının müalicəsi, yanıqların fəsadlarında, xroniki osteomielit, oynaqların kontrakturasında və dyupyuitren sindromunda, trofiki yaralarda.
Dəri xəstəlikləri – psoriaz, heyrodermit, dəmirov, ixtioz, keratodermiya, ekzema, seboreya, allergik dermatitlər,
Qadın cinsiyyət organlarının xəstəlikləri – xroniki salpingit, oforit (salpingo-oforit), parametrit, çanaq organlarının spaykasında, endometrit, infantilizim, uşaglığın hipoplaziyasında, uşaqlığın düzgün olmayan vəziyyətində, yumurtalıgların funksional pozğunluğunda, menstrual siklin pozulmasında, amenozeya, qadın sonsuzluğu, uşaqlıq boynunun eroziyası.
Kişi cinsiyyət organlarının xəstəlikləri – kişi sonsuzluğu, xroniki prostatit, uretritlər, xroniki sistit.
Mədə bağırsaq sistemi xəstəlikləri – xroniki qəbzlik, metiorizm, həzmin pozulması;
Damar xəstəlikləri – aşağı ətraf arterial damarların aterosklrozu, oblitirasiyaedici endarterit gan dövranı pozğunluğunun I–II dərəcəsi, aşağı ətraf vena damarlarının varikoz genişlənməsi, flebiti, tromboflebiti.
Dayaq – hərəkət aparatının və sümük əzələ sisteminin xəstəlikləri – Revmatik artrit və poliartrit – Podaqra poliartriti – Bruselyoz poliartriti -Posttravmatik poliartrit – Deformasiyaedici osteoartroz – Onurğa sutununun osteoartrozu – Onurğa sutununun spondillyozu -Bexterev xəstəliyi – Miozit və mialgiyalar – Bursit və tendovaginitlər – Miofassitlər
Periferik sinirlərin xəstəlikləri – Nevrit və nevralgiyalar -Radikulit və pleksitlər
Periferik damar xəstəlikləri. – Aşağı ətrafların bliterasiyaedici endarteriti və obliterasiyaedici aterosklerozu – Aşağı ətrafların varikoz damar genişlənməsi -Aşağı ətrafların səthi və dərin venalarının tromboflebiti -Reyno xəstəliyi
Dəri xəstəlikləri – Psoriaz – Ekzema – Neyrodermit – Allergik dermatitlər
Ginekoloji xəstəliklər – Qadın cinsi sferasının iltihabi xəstəlikləri (adneksit, salpinqooforit, parametrit, perimetrit, metrit və s.) – Yumurtalıqların disfunksiyası – Birincili və ikincili sonsuzluq – Çanaq peritonial bitişmələr
Androloji xəstəliklər – Xroniki prostatitlər – Uretrit – Sonsuzluq
O cümlədən
Gəncə Naftalan Sağlamlıq Mərkəzində yuxarıda qeyd olunan xəstəliklərin müalicəsi Naftalan vannaları, işıq müalicəsi, Yod-bromvannaları, masaj və s. proseduraların köməyilə yüksək səviyyədə aparılır.
Ağ naftalanla müalicə — müalicəvi naften yağı ilə tromboflebitin, radikulitin, qızıl yelin, burun – qulaq və boğaz xəstəliklərinin müalicəsi, ağız boşluğunda əmələ gələn səpkilər və qızartıların müalicəsi, dişlərin dibinin iltihablaşmasında müalicə aparılır. Ən maraqlı hadisələrdən biridə Gəncə şəhərində fəaliyyət göstərən naftalan sağlamlıq mərkəzində müalicəvi naften yağı ilə zob və mədəaltı vəzilərin funksiyası pozulduqda ona qarşı effektli müalicələr aparılır.
Bu bioaktiv maddə zədələnmiş sinirin rengenerasiyasını tezləşdirir, sinir liflərinin keçiricilik xassəsini bərpa edir, hərəkət pozulmalarını aradan qaldırır, vegetativ sinir sisteminin (parasimpatik şöbə) ağrı hissiyyatı həddini və oyanma xassəsini yüksəldir, liflərin regenerasiyasına köməklik edir, bakteriostatik xassəyə malikdir. Damarları geniləşdirməklə yaranın ətrafında qan dövranını yaxşılaşdırır. Mədə və onikibarmaq bağırsaq yaraları olan xəstələr 18–20 gün ərzində müalicəvi naften yağı qəbul etdikdə yarası tam sağalır. Müalicəvi naften yağı kimi yanıq xəstəliyini çox yüksək səviyyədə müalicə edir;
Geniş naften karbohidrogen qrupunun 420–500, 500–5250 °C temperatu-runda qaynayan fraksiyalarında müəyyən edilmiş bioloji aktiv və optiki xassəyə malik olan birləşmələrdən birinin quruluşu.
Gəncə "Naftalan Sağlamlıq Mərkəzində" dünya şöhrətli Naftalan nefti və ondan alınmış müalicəvi naften yağı ilə kompleks müalicə olunmaq istəyənlər ilin istənilən fəslində bu sağlamlıq mərkəzinə müalicə üçün gələ bilər.
Həmçinin Naftalan nefti yaraların, dəri, sinir, uroloji və ginekoloji xəstəliklərin, həmçinin qaraciyər, oynaqların və oynaq ətrafındakı yumşaq toxumaların, dayaq – hərəkət aparatının müalicəsi üçün çox səmərəli vasitədir. Naftalan şəhəri eyniadlı kiçik kəndin yerində salınmışdır. Bu adın əsasını təşkil edən "Nafta" sözü isə Azərbaycan ərazisindəki qədim dövlət qurumlarından biri olmuş Midiya dilində "axan, süzülən" deməkdir. Azərbaycanda hələ bir neçə min il bundan əvvəl müxtəlif məqsədlər üçün neftlə bərabər, Naftalandan da istifadə etməyi bacarırdılar. Naftalan neftindən yaraların müalicəsi üçün istifadə edən təkcə yerli sakinlər olmamışdır. Vaxtilə Azərbaycana hücum etmiş Makedoniyalı İsgəndərin əsgərləri Roma legionerləri və vikinqlər, Həmçinin alanlar, xəzərlər və digər qəbilələrin nümayəndələri Naftalan neftindən yaraların müalicəsi və qanaxmanın dayandırılması məqsədilə istifadə etmişlər.
Naftalan həm də ixrac məhsulu olmuşdur. Onu karvan yolları ilə başqa ölkələrə – Kiyev Rus dövlətinə, Mərkəzi Asiyaya, Əfqanıstana, Hindistana, Fars körfəzi ölkələrinə daşıyırdılar. Orta əsrlərin məşhur səyyahı Marko Polo Naftalan neftini " Dəri xəstəliklərinin çarəsi olan sehrli məlhəm " kimi təsvir etmişdir.
19.cu əsrdə Bakıda neft sənayesi sürətlə inkişaf etməyə başlayanda Azərbaycanda Avropadan gəlmiş mühəndislərin, sənayeçilərin və bankirlərin sayı xeyli artmışdır.1874-cü ildə alman mühəndisi Yager yerli sakinlərin Naftalan nefti barədə söylədikləri ilə maraqlanmış və Almaniyada "Naftalan" mazının istehsalını tənzimləmişdi. O həmin məlhəmi dünyanın müxtəlif ölkələrinə ixrac edirdi.
Aydındır ki, Azərbaycan Naftalanı əsasında məlhəmlər istehsal edən almanlar yaxşı menecerlər olmuşdur, çünki bu məlhəmdən təkcə Avropa ölkəlirində istifadə etmirdilər.1904-cü ildə Rus – Yapon müharibəsi zamanı yapon əsgərlərinin aptek dəstinə içərisində "Natalan mazı" olan bankalar da daxil idi. Bu maz ilk tibbi yardım vasitəsi kimi istifadə edilirdi. Həmin bankaların üzərinə belə yazılmışdı "Kimin əlində bu məlhəm varsa, o, heç bir yaradan qorxmasın"
Naftalan nefti 1868–1914-cü illər ərzində əl ilə qazılıb 20-yə qədər quyudan çıxarılmışdır. Bu quyulardan 1905–1914-cü illərdə cəmi 1000 tona yaxın Naftalan nefti çıxarılmışdır. XIX əsrin axırlarında alman mühəndisi Eger Naftalan neft yatağını istismar etmək hüququ əldə etmişdir. O, bu neftin müalicəvi əhəmiyyətini bilərək iki növ məhsul istehsalını qaydaya salmışdı: "Naftalan" və "Kojelan". Bu məhsullara böyük tələbat vardı və əsasən də onlardan dəri xəstəliklərinin müalicəsi üçün geniş istifadə olunurdu.
O vaxtlar Eger kiçik bir zavod tikdirmiş və bu müəssisədə Naftalanın hazırlanma texnologiyasını gizli saxlayaraq sürtgü yağı adı ilə istehsal etmişdir. Bu məhsul dünyada çox geniş yayıldı və şöhrət qazandı. O vaxtlar Naftalana aid heç bir ədəbiyyat və oxu məlumatı yox idi. İlk yazılı ədəbiyyat Egerin reklam nəşri oldu. Bu məcmuəyə Eger Naftalan neftinin reklam xarakterli təbliği materialından başqa görkəmli həkimlərin 600-dən artıq müsbət mülahizələri və fikirləri də daxil edilmişdi. Naftalan neftinə aid ilk mülahizələr 1896–1897-ci illərdə rus dilində Rozenbaum, ondan sonra Malışev, Mendeleyev, Boruzoviçə aiddir. Beləliklə, Birinci Dünya müharibəsi başlandıqdan sonra Eger öz işlərini dayandırmış, onun kiçik zavodu dağılmış, məhsul istehsalının resepti yoxa çıxmışdır.
Naftalan neftindən istifadənin yeni mərhələsi 1927-ci ildən başlanır. Həmin ildə 10 quyu bərpa olunur. 1928-ci ildə qazıntı işlərinin aparılması Azərdağkimya Trestinə tapşırılır. Bununla da müalicə yeri yaradılır, axtarışlar davam etdirilir. 1929–30-cu illərdə 14, 15, 16 saylı quyular qazılır və Naftalan mədənləri Azneftin tabeliyinə keçir. Qazma işləri yenidən həyata keçirilir, burada qəsəbə salınır, yaşıllaşdırılır, asfalt yol çəkilir və abadlıq işlərinə başlanılır.
1929-cu ildə Azərbaycanda yarxo resepti üzrə naftalan sürtgü yağı hazırlanmağa başlanılır. Bu illərdə professor Çlenov naftalanı dəri xəstəliklərinin müalicəsi üçün təklif edir. Bununla da Naftalanda müalicə olunanların sayı sürətlə artmağa başlayır. 1929–32-ci illərdə burada müalicə olunanların sayı 920-dən 3000 nəfərə çatır.
1935-ci ildə qəsəbə ətrafında 14 dərin kəşfiyyat quyusu qazılır. Ərazinin geoloji strukturu müəyyənləşdirilir və planlı şəkildə neftli layların yeri, quyuların iş rejimi haqqında məlumat toplanılır və naftalan hasilatı ilbəil artırılır.
1931-ci ildə Azərbaycan Xalq Səhiyyə Komitəsinin sərəncamı ilə Xalq Səhiyyə Komitəsinin Kliniki Tədqiqat İnstitutunda 18 çarpayılıq stasionar şöbəyə malik Naftalan şöbəsi açılır və professor K. Yeqorov həmin şöbəyə müdir təyin olunur. Bu illərdə dəri və zöhrəvi xəstəliklər klinikası, ginekoloji klinika, cərrahiyyə klinikası, baktereoloji, fizioterapiya və kurortologiya kafedraları da Naftalan neftinin müalicəvi keyfiyyətlərini öyrənmək sahəsində geniş təşviqat işləri aparmışdır. Naftalan neftinin müalicəvi əhəmiyyətinin öyrənilməsində əvəzsiz xidmətləri olan professor T. Paşayev Azərbaycan dilində ilk əsəri 1959-cu ildə çapdan buraxdırmışdır. Bu monoqrafiyada Naftalan nefti, onun xassələri və müalicə təsirinə, habelə Naftalan neftinin tədqiqinə və istifadəsinə aid məlumatlar da geniş şəkildə öz əksini tapmışdır.
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasında da Naftalan neftinin fiziki-kimyəvi və digər xassələrinin öyrənilməsi sahəsində akademiklər Y. Məmmədəliyev və Ə. Quliyev uğurlu tədqiqat işləri aparmışlar.
1982-ci ildə "Naftalan" Kurort Birliyi yaradılmışdır. Bu birliyə daxil olan "Mil", "Goran", "Qarabağ", "Azərbaycan" sanatoriyaları 1982-ci ilin fevralından, "Çinar" sanatoriyası həmin ilin oktyabr ayından, "Şirvan" sanatoriyası isə 1987-ci ilin fevralından fəaliyyət göstərir. Hazırda bu sanatoriyaların çoxunda məcburi qaçqın və köçkünlər yerləşdirilmişdir.
Naftalan nefti özünün fiziki-kimyəvi xassələrinə görə digər növ neftlərdən kəskin fərqlənir. Onun tərkibində parafin karbohidrogenləri yoxdur. Başlanğıc qaynama temperaturu yüksək olduğundan (190–220 °C) bu neftdə benzin fraksiyası da olmur.
Professor Aleksandrov qeyd etmişdir ki, Naftalan nefti dəriyə möhkəm yapışır və onu dəri səthində yumaqla yox, silməklə təmizləmək mümkündür. Dəri üzərində qalan hissə dəri tərəfindən sorulur. K. Krasuski göstərir ki, Naftalan neftinin müalicəvi təsiri onun tərkibində sterinlərin olması ilə bağladır.
Hələ 1946-cı ildə akademik Y. Məmmədəliyev Naftalan neftinin öyrənilməsi sahəsində apardığı nəticələri ümumiləşdirərək qeyd etmişdir ki, müxtəlif laylardan və horizontlardan çıxarılan neftlər bir-birindən kəskin fərqlənir. Hətta eyni quyudan müxtəlif vaxtlarda çıxarılan neftlər biri digərindən qismən də olsa fərqlənir.
Müalicəvi Naftalan nefti vanna üsulu ilə bir neçə dəfə istifadə olunur və istifadədən əvvəl 38 dərəcəyə qədər qızdırılır. Belə olan halda istifadə olunan neftin fiziki-kimyəvi xassələri dəyişməyə bilməz.
Hələ Böyük Vətən müharibəsi illərində Naftalan neftindən yaralı xəstələrin müalicəsində geniş istifadə edilmişdir. Naftalan əsgər hospitallarında hərbi-döyüş yaralılarının, daxili xəstəliklərin, periferik sinir sistemi zədələnmələrinin və s. müalicəsində istifadə edilmişdir.
Naftalan nefti Tanrının xalqımıza bəxş etdiyi daha bir əvəzsiz nemətdir. Hesab edirəm ki, bu gün oraya sərmayə qoyub çox işlər görmək olar. Bundan həm xalq, həm dövlət, həm də sərmayədar qazana bilər.
Şəfa ocağı kimi "Naftalan Sanatoriyası"
Naftalan kurortu rəsmən 1935-ci ildən fəaliyyət göstərir. 1957-ci ilədək mövsümi işləsə də 1957-ci ildən etibarən kurort il boyu fəaliyyət göstərməyə başlamışdır. Çarpayı sayı ildən – ilə artan kurortda 1982-ci ildə Naftalan Sanatoriya birliyi yaradılmışdır. 6 sanatoriya, kurort poliklinikasınddan ibarət kurort birliyində 3200 çarpayı var idi. Kurort birliyi il ərzində Keçmiş Sovetlər İttifaqının Respublikalarından 50 – 70 min xəstə qəbul edilirdi. Kurortda sümük – əzələ, periferik sinir, .periferik damar xəstəlikləri, dəri xəstəlikləri, ginekoloji xəstəliklər müvəffəqiyyətlə müalicə olunurdu. 1992-ci ildən 2005-ci ilədək yalnız "Çinar Sanatoriyası" mövsümi olaraq xəstə qəbulu ilə məşğul olurdu. 2005-ci ilin may ayında Naftalan Kurortunda ilk özəl sanatoriya olan "Naftalan" açıldı.
Mərkəz 100 nəfərlik yataq korpusundan, müalicəxana və yeməkxanadan ibarətdir. Mərkəzə müraciət edənlər ilk növbədə hərtərəfli laborator və instrumental müayinədən keçirlər. Xəstəliklərinə müvafiq olaraq Naftalan müalicəsi və müasir fizioterapiya müalicə üsulları qəbul edirlər. Mərkəzdə xəstələrin istarahəti, qidalanması, və uğurlu müalicə üçün lazım olan hər bir şərait mövcuddur. Həmçinin yuxarıda sadaladığımız müalicələrdən başqa Naftalan Sanatoriyasında digər müalicə prosedurları keçirilir. Bunlar aşağıdakılardan ibarətdir:
- Sümük əzələ sisteminin müalicəsi
- Dəri xəstəlikləri müalicəsi
- Qadın cinsiyyət organlarının xəstəliklərinin müalicəsi
- Kişi cinsiyyət organlarının xəstəliklərinin müalicəsi
- Mədə bağırsaq sistemi xəstəliklərinin müalicəsi
- Damar xəstəliklərinin müalicəsi
- Dayaq-hərəkət aparatının və sumuk əzələ sisteminin xəstəliklərinin müalicəsi
- Periferik sinirlərin xəstəliklərinin müalicəsi
- Periferik damar xəstəliklərinin müalicəsi
- Reyno xəstəliklərinin müalicəsi
- Ginekoloji xəstəliklərinin müalicəsi
- Androloji xəstəliklərinin müalicəsi
- Ağ naftalanla müalicə
- Uroloji xəstəliklərin müalicəsi
- Qaraciyər
- Oynaqların və oynaq ətrafındakı yumşaq toxuma xəstəliklərin müalicəsi
- Dayaq – hərəkət aparatının müalicəsi üçün çox səmərəli vasitədir xəstəliklərin müalicəsi
- Trigeminal nevralji, oksipital sinir, siyatik sinir, interkostal nevralji;
- Neuritises yüz,,, femoral tibial, ulnar ve peroneal radyal sinirleri;
- Siyatik;
- Iriyarı plexitis ve servikal-kol radikülit.
- Qulaq, burun və boğaz xəstəlikləri
- Tonsillit
- Farenjit
- Larenjit
- Rinit;
- Sinüzit
- Front
- Raynaud xəstəliyinin müalicəsi
- Flebit
- Tromboflebit
- Kronik osteomiyelit
- Romatoid poliartrit İnfeksiyon xəstəliklər olan artrit, poliartrit (Bruseloz, dizanterik, viral);
deforme spondiloz, spondylarthritis; Artrit, artrit diğer hastalıkları ile ilişkili: gut artrit, iyi huylu, profesyonel poliartrit, titreşim hastalığı; yumuşak doku ve opordvigatelnogo cihazları f. ekstraartiküler hastalığı: busity, kiriş iltihabı; periartrit, miyozit, kas ağrısı, miofastsity; g. Bechterew. Sinir xəstəlikləri : a. trigeminal nevralji, oksipital sinir, siyatik sinir, interkostal nevralji; b. Neuritises üz, radyal, ulnar, femoral, tibial ve peroneal sinirlər; c. lomber krestsovy radikülit; d. Omuz plexitis ve servikal-kol radikülit. Periferik damarların 3. Hastalıkları: ekstremitelerde a. Endoarterity 1 ve 2 etap (obliteriyuschy ateroskleroz); b. Raynaud hastalığı; c. flebit; d. tromboflebit; e. Kronik osteomiyelit (dış atak); f. Posleozhogovye keloid yara izi. Ginekoloji xəstəliklər: a. adnexitises, salpingo-osfority; b. parametreleri; c. endometrium d. cervicitis colpites kronik ve tekrarlayan; e. amenore, uterus hipoplazisi; f. disfonksiyon g. İnfertilite birincil ve ikincil; h. menapoz sendromu; i. Pelvik peritoneal yapışıklıklar. Dəri xəstəlikləri : a. Psoriasis; b. Nevrodermatozy gergin değil; c. Kronik egzama (kuru) tekrarlayan; d. Skleroderma; e. Seborrhea. Üroloji xəstəliklər: a. prostatit, üretrit; b. erkek kısırlığı. Çocuk hastalık: çocuk a. Romatoid artrit, etkin olmayan sahne, Still sendromu; b. kore; c. Consequences Serebral palsi; d. Alerjik cilt hastalıkları.
Ozhogovye – dən sonrakı yara izi
"Naftalan sanatoriya" – sının xidmətləri
Mərkəz 2005-ci ildən fəaliyyət göstərir. Sanatoriyada yerləşən 3 müalicə korpus bir vaxtda 200 nəfəri qəbul edə bilir. Həmçinin mərkəz yerləşən korpus buraya gələnlərin komfortluğunu təmin etmək üçün yaradılmışdır Necə gəlməli? Buraya gələnlər ilk öncə Gəncə Aeroportuna oradan isə dəmir yolu ilə Goran stansiyasına gəlirlər. Yerləşdirmə 2 nəfərlik 1 otaqlı sadə otaqlar , 4 nəfərlik 3 otaqlı otaqlar (ailəlilər üçün), 2 nəfərlik 2 otaqlı lüks otaqlar. İnfrastruktur Milli və Avropa mətbəxindən ibarət olan restoran, bar , stolüstü tennis , bilyard , stolüstü oyunlar (şahmat , dama) , avtomobil dayanacağı Qida Gündə 3 dəfə olmaqla səliqəli yeməkxana Burada gələn böyüklərdən şəxsiyyət vəsiqəsi , uşaqlar üçün isə doğum haqqında şəhadəətnamə tələb olunur. Diaqnostiq otaqlar
Buraya gələnlər müalicəvi – diaqnostiq otaqlar da qəbul edə bilərlər
– Naftalan vannası
– Yodlu – bromlu vanna
– Naphthalan uygulama
– Naftalan tamponu
– Parafinlə müalicə
– Əl ilə massaj
– Vibro massaj
– Fizioterapiya
– Sualtı uzatma (qol və ya ayaqları mexaniki üsulla çəkib uzatmaqdan ibarət cərrahiyə üsulu)
– Fizioterapiya aparatları
– Funksional dioqnastika kabineti
– Klinik dioqnostika laboratoriyası
– Biokimya laboratoriyası və sairə
Burada 3 müalicə və sağlamlıq mərkəzi tikilib istifadəyə verilmişdirdir. Bundan başqa , hazırda öğzəl müalicə ocağının tikintisi sürətlə davam etdirilir. Naftalan sanatoriyası yüksək zövq və səliqə ilə tikilib , müasir standartlara tam cavab verir. 3 yaşayış və müalicə korpusu , poliklinika , yeməkxana, idman zalı var. Həyətdə əkilmişş müxtəlif ağaclar , güllər adama xoş duyöular yaradır. Bura qədəm basan hər kəsdə unudulmasz təəssürat doğurur.burada 70 nəfər daimi işlə təmin olunmuşdur, amma mövsöömi işlərlə əlaqədar olaraq isə onların sayı buraya gələn turistlərin və pasientlərin sayından asılı olaraq xeyli artır. Bunun da səbəbi buraya gələn turist və pasientlərə gözəl və keyfiyyətli xidmət göstərməkdən ibarətdir.
Bundan başqa mərkəzin həyətində müxtəlif stolüstü oyunlar olan stolüstü tenis, bilyard , üzgüçülük hovuzu , çayxana , rəqs meydançası xəstələrin istirahətini məzmunlu etməyə imkan verir.
Bu özəll sanatoriya və sağlamlıq mərkəzi 2007-ci ildə tikilib istifadəyə verilmişdir. Əvəəllər bura lazımsız bir əraziyə çevrilmişdir. Camaat bura əllərinə keçdiyi zir – zibili tökürdü. İndi isə bura cənnəti xatırladır. Müasir və yaraşıqlı korpus 94 çarpayılıdır. Yeməkxana, müalicə və idman zalı , neft vannaları da binanım içərisində yerləşdirilmişdir.
Naftalanda son illər yaradılmış sağlamlıq mərkəzlərindən biri də "Şəfa vannaları " sanatoriyasıdır. Hələlilk 60 çarpayıdan ibarətdir. Burada istirahətə gələnlərə və müalicəyə ehtiyacı olan xəstələrə hər cür diqqət və qatğı göstərilir. Bu sanatoriyanı gələcəkdə dövlətimiz daha da yeniləşdirəcək. Bunun da əsas səbəbi buraya gəlmək istəyənlərin sayının çoxluğu ilə izah etmək olar.
İldən – ilə "Naftalan Sanatoriya" – sına gələn pasientlərin sayı dumadan artmışdır. Bunu biz aşağıdakı cədvəldən də görəcəyik. Bunun da əsas səbəbi burada istifadə olunan Naftalan neftinin həqiqətən də insanlara şəfa verməsi və insanların bu sanatoriyaya etimad göstərməsindən irəli gəlir.
İllər Gələn pasientlərin sayı 1929-cu il 920 nəfər 1932-ci il 3000 nəfər 1965-ci il 4000 – 5000 nəfər 1991-ci il 590 nəfər 2006-cı il 1350 nəfər
Cədvəldən göründüyü kimi 1929 – 1991-ci illər ərzində "Naftalan Sanatoriyası" – na müraciət edən xəstələr durmadan artmışdır. 1991-ci ildə isə bu pasientlərin aşağı düşməsinin əsas səbəbi Azərbaycan ərazisində gedən müharibələr olmuşdur. Məhz bunun səbəbində Azərbaycan turizmi zəifləmiş və H. Ə. Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda turizm sektoru get – gedə sürətlə inkişaf etməyə və müasir mərhələyə qədər yüksəlmişdir.
Naftalanda muzey
Naftalanda dünyada yeganə və qeyri – adi olan bir muzey var. Bu muzeyin eksponatları qəribə də olsa atılmış qoltuq ağaclarıdır (əsa). Burada müxtəlif növ və ölçüçə qoltuq ağacları vardır. Bunun da səbəbi ondadır ki, buraya gələn pasientlər müalicədən əvvəl qoltuq ağacları ilə bu müalicə müəssisəsinə gəlirdilərsə, artıq bu sanatoriyada müalicə prosedurlarını başa çatdırdıqdan sonra bu qoltuq ağacları onlara lazım olmurdu. Məhz bu səbəbdən onlar həmin qoltuq ağaclarını Naftalanda qoyub gedirdilər.