Naftalan nefti

Naftalan nefti — Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitələrdən biridir. Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılır.

Naftalan nefti
Yerləşməsi
Ölkə  Azərbaycan

Haqqında

Naftalan müalicəvi neft yatağı Kiçik Qafqazın ətəklərində, Goran dəmir yolu stansiyasından , Gəncə şəhərindən cənub-şərqdə aralıda yerləşir. Dünyada müalicəvi xassəli yeganə neft yatağıdır və özü də çoxdan məlumdur. Dəri xəstəliklərinin müalicəsində istifadə məqsədilə Naftalanda qazılmış quyudan yağ hasil edilməsi barədə hələ Marko Polo söhbət açmışdır. XIX əsrin sonlarında alman mühəndisi A.İ.Yeger Naftalanda icarəyə götürdüyü torpaq sahəsində bir neçə quyu qazdırır və pullu naftalan müalicəxanasını inşa etdirir. Tarixdən məlumdur ki, 1904–1905-ci illər rus-yapon müharibəsi zamanı yapon əsgərlərinin təcili tibbi yardım dərman qutularından naftalan mazı doldurulmuş bankalar tapılmışdır, bu da onun yüksək müalicəvi xassəyə malik olmasından xəbər verir.

Müəyyən edilmişdir ki, naftalan nefti orqanizmə yaxşı təsir göstərərək onun ümumi reaktivliyini artırır. Neftdən istifadə etməklə müalicəvi proseduraların aparılması insan orqanizminə ağrıkəsici, əks-iltihab və desensibilizasiya təsiri göstərir, orqanizmdə trofika və maddələr mübadiləsini yaxşılaşdırır, əsəb tellərinin keçiriciliyini bərpa edir, hərəkət pozğunluqlarını azaldır, ağrı hissiyyatı sərhədini artırır və i.a.

Naftalan yatağı maykop çöküntülərinə aiddir. Burada 7 neftli horizont aşkar edilmişdir ki, onların da ancaq ikisində müalicəvi neftə təsadüf edilir. O, şirəyəbənzər konsistensiyalı qatı kütlə olub zeytunçalarlı qara-qonur rənglidir, özünəməxsus ətirli iyi var, tərkibində naften turşularının böyük miqdarı (0,8–3,0%) və naften karbohidrogenlərinin polisiklikliyinin yüksək olması ilə səciyyələnir. Neftin tərkibində destillə zamanı dəyişikliyə məruz qalan sterinlər mövcuddur. O, başqa naftenlərdən öz "alışqansızlığı" ilə seçilir.

Hazırda yataqda dünya əhəmiyyətli müalicəvi sağlamlıq kompleksi fəaliyyət göstərir; müalicə praktikasında aşağıda adları çəkilən naftalan neft preparatlarından istifadə olunur: 1) nativ naftalan (yəni bilavasitə qazıma quyularından alınan); 2) saflaşdırılmış naftalan (naftalanın qatılılığını artırmaq üçün müxtəlif qatılaşdırıcılar əlavə olunan susuzlaşdırılmış naftalan); 3) qatransızlaşdırılmış naftalan; 4) naften karbohidrogenləri; 5) tərkibində naftalan, parafin, mum, serezin, kamfora olan müalicəvi naftalan mastikası.

Tarixi rəvayət

Qədim rəvayətə görə Medeya adlı cadugər qadın qədim yunan eposunun qəhrəmanı arqonaft Yasona qəribə bir məlhəm bağışlamışdır. Bu məlhəm onu oddan və yanğından qoruyur, bədəninə alov təhlükəsi olmamaq xassəsi bəxş etmişdir. Qədim dövrlərdə Asiyanın müxtəlif guşələrindən, eləcə də uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə adam müxtəlif xəstəliklərdən xilas olmaq üçün buradan naftalan nefti aparır, öz vətənlərində həmin neftin köməyi ilə müalicə olunurdu. Neft tuluqları yüklənmiş dəvə karvanları buradan Şərq ölkələrinə yollanırdı.

1887-ci ildə Yeqer familiyalı bir alman mühəndisi Almaniyada "Naftalan" məlhəmini istehsal etməyə başlamışdır. Bu məlhəm dünyanın bir sıra ölkələrinə ixrac edilirdi. Rus-Yapon müharibəsi dövründə yapon əsgərlərinin çantalarında içərisində naftalan məlhəmi olan kiçik qablar olurdu. Həmin qabların üzərində qısa, lakin çox ümidverici bir yazı vardı: "Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın".[1]

Kimyəvi tərkibi

Müalicəvi Naftalan neftinin kimyəvi tərkibinin geniş tədqiqatı keçən əsrin 40-cı illərinin əvvıllərindən indiki Neft-Kimya Prosesləri İnstitutunda akademik Y.Məmmədəliyevin rəhbərliyi ilə aparılır. Alınan nəticələr əsasında Y.Məmmədəliyev hipotez irəli sürüb və Naftalan neftinin təsir mexanizmi haqqında məqalə çap etdirib. Keçən əsrin 60-cı illərinin ikinci yarısından başlayaraq Naftalan neftinin tədqiqatı paralel olaraq Neft-Kimya Prosesləri İnstitutunda və Aşqarlar Kimyası insdtitutunda aparılıb və elmi jurnallarda məqalələr çap olunub, konfranslarda məruzələr dinlənilib.tədqiqatlar göstərmişdi ki, naftalan neftinin kerosin fraksiyasında nə normal, nə də izoparafinlər yoxdur. Həmçinin müəyyən olunmuşdur ki, kerosin fraksiyasında aşağıdakı bisiklik aromatik fraksiyalar var:

  • naftalin
  • 2-metil naftalin
  • 2-etil naftalin
  • 1-etil naftalin
  • 2,6-+2,7-dimetil
  • 1,3-+1,6-dimetil
  • 1,4-+1,5-+2,3-dimetil naftalin
  • 1,2-dimetil naftalin
  • 1,8-dimetil naftalin
  • 1,7-dimetil naftalin

Müəyyən edilmişdir ki,tədqiq olunan fraksiyada 66,9% naften-parafin, 22,52% monosiklik, 8,95% bisiklik, 1,90% tresiklik aromatik karbohidrogenlər var.

Naftalan mazı

Naftalan mazı (yun. náphtha — neft), naftalan nefti ilə (70 %) parafin (18 %) və petrolatiumun (12 %). Əsas təsiredici vasitə Naftalan neftidir. Dəriyə sürtülərkən məlhəm yumşaldıcı, dezinfeksiyaedici və ağrıkəsici təsir edir. Dəri, əzələəsəb xəstəliklərində istifadə edilir.[2]

Həmçinin bax

İstinadlar

  1. Гулиева С.А., Уникальная лечебная нафталановая нефть. Баку, Азербайджанское Государственное Издателсво, 1981, с. 5.
  2. http://slovari.yandex.ru/~книги/БСЭ/Нафталанная%20мазь/%5B%5D

Mənbə

"Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013 ''

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.