Nadterek rayonu
Nadtereç rayonu (Çeçen. Теркан кӏошт) — Rusiya Federasiyasının Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu).
Nadterek rayonu | |
---|---|
Теркан кӏошт | |
43°40′44″ şm. e. 45°07′25″ ş. u. |
|
Ölkə | |
İnzibati mərkəz | Znamenskoye[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1926 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 87132 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
İnzibati mərkəzi Znamenskoye kəndidir.
Coğrafiya
Rayon Çeçenistan Respublikasının şimal-qərbində yerləşir. Nadterek rayonu şimalda — Çeçenistanın Naurski bölgəsi ilə, cənub-şərqdə — Çeçenistanın Qroznı rayonu ilə, cənub-qərbdə — İnquşetiya Respublikası ilə, qərbdə Şimali Osetiya ilə, şimal-qərbdə Stavropol diyarı ilə həmsərhəddir.
Bölgənin əsas su mənbəyi Terek çayıdır. Terek çayı Nadterek rayonunun şimal sərhədi boyunca qərbdən şərqə, Xəzər dənizinə 160 km şərqdən axır. Rayon Qroznı şəhərindən 25 km şimal-qərbdə və Moskvadan təxminən 1400 km cənubdadır. Sahəsi 45 km (şimal-cənub) və 20 km (qərb-şərq) ölçülür. Onun inzibati mərkəzi Znamenskoye kəndidir. Terek çayı ilə Terek silsiləsi arasındakı dağ düzənliyində yerləşən ərazi çöl bitkiləri və çay düzənliyi boyunca meşə ilə xarakterizə olunur. Çay Qafqaz dağlarında qar əriməsi ilə qidalandığından, yaz daşqınları əhəmiyyətli ola bilir.[3]
Tarixi
Qədim dövrlərdən bəri bu ərazidə müxtəlif çeçen taipalarının nümayəndələri yaşayır. 18-ci əsrdə Çeçenistanda çar qoşunlarının işğalı zamanı Nadtereç çeçenləri ilə çar qoşunları arasında döyüşlər baş verdi. Çeçenlərin çıxışlarının səbəbi, Pritereçyenin torpaqlarında çeçen yaşayış məntəqələrini məhv edərək çar komandanlığının bu yerlərdə kazak kəndlərini inşa etməsi idi.[4]
Nadterek rayonu 8 mart 1926-cı ildə yaranmışdır. Nadterek rayonu kənd yaşayış məntəqələrinin statusu ilə 12 bələdiyyədənn ibarətdir.[5]
Əhali
2010-cu il Ümumrusiya Əhali Siyahısına görə əhalinin tərkibini çeçenlər 98,38 %, avarlar 0,50%, ruslar 0,20 % , digərləri 0,34 % təşkil edir.[6]
İqtisadiyyat
Kənd təsərrüfatı
Bölgənin əsas kənd təsərrüfatı sahəsi bitkiçilikdir. Heyvandarlıq və quşçuluq təsərrüfatları yalnız fərdi yardımçı sahələrdə fermerlər və sakinlər tərəfindən həyata keçirilir.[7]
İstinadlar
- http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
- https://web.archive.org/web/20200822004543/https://rosstat.gov.ru/storage/mediabank/CcG8qBhP/mun_obr2020.rar.
- "Историко-географическая и климатическая характеристики района". 2019-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
- Сулейманов А. С.Топонимия Чечни Arxivləşdirilib 2014-11-07 at the Wayback Machine— Гр.: ГУП "Книжное издательство", 2006. — С. 44. — 5000 экз.
- "Закон Чеченской Республики от 20 февраля 2009 года N 16-РЗ «Об образовании муниципального образования Надтеречный район и муниципальных образований, входящих в его состав, установлении их границ и наделении их соответствующим статусом муниципального района и сельского поселения»". 2019-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
- "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населённым пунктам, сельским населённым пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
- "ПАСПОРТ НАДТЕРЕЧНОГО МУНИЦИПАЛЬНОГО РАЙОНА ЧЕЧЕНСКОЙ РЕСПУБЛИКИ". 2019-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
- "Надтеречный район, ЭКОНОМИКА/Промышленность". 2019-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.