Nadirqulu bəy
Nadirqulu bəy – Qarabağın tanınmış bəyi, Çəmənli oymağının yüzbaşısı. Hatəmxan ağanın oğlu.
Nadirqulu bəy | |
---|---|
Nadiqulu bəy Hatəmxan ağa oğlu | |
Doğum tarixi | XVIII əsr |
Doğum yeri | Çəmənli, Qarabağ |
Vəfat tarixi | XIX əsr |
Vəfat yeri | Çəmənli, Qarabağ xanlığı |
Uşaqları | Yusif bəy, Hatəmxan bəy, Kazım bəy |
Atası | Hatəmxan ağa |
Həyatı
Nadirqulu bəy XVIII əsrin 60-cı illərində Çəmənli oymağında anadan olmuşdur. Hatəmxan ağadan sonra Çəmənli oymağının yüzbaşısı olmuş, fars və rus dillərini bilmişdir.[1]
Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan 1823 ilə aid Qarabağ əyalətinin siyahıya alınması sənədində Çəmənli oymağının yüzbaşısı Nadirqulu bəyin ictimai həyatdakı mövqeyi, dövlət vergisindən azad edilməsi barədə məlumat yazılmışdır.[1]
Nadirqulu bəy təxminən 1848 ildə vəfat etmişdir.[1]
Nadirqulu bəyin Yusif bəy, Hatəmxan bəy, Kazım bəy adlı üç oğlu olmuşdur.[1]
Tanınmış maarif xadimləri Məmməd Murtuza bəy oğlu Məmmədov, Dilbər Murtuza bəy qızı Məmmədova ata tərəfdən Yusif bəyin nəticələri, Nadirqulu bəyin kötücələridirlər.
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun anası Hüsnü xanım Yusif bəyin nəticəsi, Nadirqulu bəyin kötücəsidir.[1]
Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Nadirqulu bəyin nəslindəndir.
İstinadlar
- Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26 – 30 sentyabr 2012-ci il, № 33 (165)
Mənbə
- Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26 – 30 sentyabr 2012-ci il, № 33 (165)
- Orxan Zakiroğlu (Baharlı). Hatəmxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab. Bakı, 2016