Nadirkənd

NadirkəndAzərbaycan Respublikasının Goranboy rayonunun Nadirkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Nadirkənd kəndi Borsunlu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nadirkənd kənd Soveti yaradılmışdır.[2]

Nadirkənd
40°38′56″ şm. e. 46°37′49″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 214 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.555 nəf. (2009)[1]
Nadirkənd xəritədə
Nadirkənd
Nadirkənd

Toponimikası

Kəndin keçmiş adı Qarqucaq olmuşdur. Yaşayış məntəqəsi əvvəllər bir-birinin yaxınlığında yerləşən dörd para kənddən (Qarqucaq, Meşəsanlı, Dəmirçilər və Şahverdi Kürdü) ibarət olmuş, sonralar bu kəndlər böyüyərək birləşmişlər. 1975-ci ildə kənd İkinci Dünya müharibəsində (1943) həlak olmuş kənd sakini Nadir Kərimovun şərəfinə Nadirkənd adlandırılmışdır. Memorial toponimdir.[3]

Coğrafiyası və iqlimi

Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1555 nəfər əhali yaşayır.[4]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.