Nadir Seyidov

Nadir Miribrahim oğlu Seyidov (d. 28 aprel 1932, Naxçıvan şəhəri — ö. 5 oktyabr 2015, Bakı, Azərbaycan) — Azərbaycan alimi, kimya elmləri doktoru (1968), professor (1969), AMEA-nın müxbir üzvü (1989), AMEA-nın həqiqi üzvü (akademik) (2001).

Nadir Seyidov
Nadir Miribrahim oğlu Seyidov
Doğum tarixi
Doğum yeri Naxçıvan, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi kimya
Elmi dərəcələri kimya elmləri doktoru, professor
Elmi adı akademik
Təhsili Azərbaycan Dövlət Universiteti-Kimya fakültəsi
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı
"Şərəf nişanı" ordeni "Şöhrət" ordeni  — 2004 "Şərəf" ordeni

Həyatı

Nadir Seyidov 28 aprel 1932-ci ildə Azərbaycan SSR Naxçıvan MSSR Naxçıvan şəhərində anadan olmuşdur. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1960-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının Neft İnstitutunun aspiranturasını bitirib. Baş elmi işçi (1960), elastomerler laboratoriyasının (1962-1978), şöbə rəhbəri (1979-1993), EA Olefinlər İnstitutu direktorunun elmi işlər üzrə müavini (1993-1997) vəzifələrində işləyib. 1997-ci ildən — baş elmi işçi, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri işləyir.

300 çapdan çıxmış elmi əsərləri vardır. 250 xaricdə çıxmış elmi əsəri, 102 patenti (xaricdə buraxılmış 16 patent daxil olmaqla) vardır.

1960-cı ildə namizədlik, 1968-ci ildə isə «Aşağı molekul çəkili olefinlərin əsasında yeni elastomerlərin alınması» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Polimer kimyası sahəsində görkəmli alimdir. Əsas tədqiqat obyekti yüksək molekullu birləşmələr (YMB) kimyası və neft-kimya sintezidir. Onun tərəfindən monomer mühitdə yeni üsulla, SSRİ-də ilk dəfə olaraq etilen-propilen kauçukun müxtəlif markalarının alınması işlənib-hazırlanmış və iqtisadi cəhətdən səmərəli, sadə texnologiyası yaradılmışdır. «AS» və onun təkmilləşdirilmiş forması olan «VNİİOLEFIN-18» katalizatoru «Üzvi sintez» zavodunda poliizobutilenin, Sintetik kauçuk zavodunda butilkauçukun istehsalında, Nijnekamskda və Tolyattidə butilkauçuk istehsalının sənaye miqyasında sınaqdan keçirilmiş və müəyyən edilmişdir ki, həmin katalizatorlar öz aktivliyinə və sabitliyinə görə əldə olunması çətin olan alüminium-xloridi bütünlüklə əvəz edir[1]. Onun rəhbərliyi ilə yüksək aktivliyə və sabitliyə malik olan yeni növ katalizatorlar alınmış, bunların aktivləşmə, oliqommerləşmə, polimerləşmə reaksiyalarında işlədilən katalizatorlardan 2-3 dəfə səmərli olduğu müəyyən edilmiş, Sumqayıt Sintetik Kauçuk zavodunda, Tolyatti İstehsalat Birliyində, Nijni-Kams Kimya Kombinatında sınaqdan çıxarılaraq sənayedə tətbiq olunmuşdur. Etilen-propilen birgə polimerinin parçalanması nəticəsində bir sıra qiymətli məhsulların, o cümlədən effektli özlülük aşkarlarının, xüsusən aşağı temperaturda (-70 °C) donan yüksək özlülüyə malik olan yağların alınması sahəsində də səmərəli tədqiqatlar aparılmışdır. 4 monoqrafiyanın, 250 elmi əsərin müəllifidir. 100 müəlliflik şəhadətnaməsi və 20 xarici ölkənin(ABŞ, Almaniya, İtaliya, Yaponiya və s.) patentini almışdır. Pedoqoji fəaliyyətlədə məşğul olur. İtaliya, Çexoslovakiya, Macarıstan, Bolqarıstan, Polşa, Türkiyə, Rusiya, Finlandiya və s. ölkələrdə beynəlxalq elmi simpozium və konfranslarda Azərbaycan elmini təmsil etmiş və elmi kadrların hazırlanmasında xidmətləri olmuşdur. [2]

Mükafatları

Alimin fəaliyyəti Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. O, "Əməkdar Elm Xadimi" adına layiq görülüb, "Şərəf" və "Şöhrət" ordenləri ilə, həmçinin "Amerika Şərəf medalı" ilə təltif edilib. Alim elmə verdiyi böyük töhfələrinə görə ona Prezident təqaüdü təyin edilmişdi.

Elmi fəaliyyət

  • maye prosesində Etilen-propilen kauçuklar alınması prossesini texnologiyası;
  • katalizatorların iştirakı ilə etilen və propilen və sopolimerləşmə üzrə öyrənilməsi;
  • diyen karbohidrogenlərin (vinil və etilendenpobornyh daxil olmaqla) alınması prosesi inkişaf etdirilməsi;
  • genişlənmiş pilot qurğusunda Etilen-propilen və etilen-propilen-diyen kauçuklar müxtəlif siniflər alınması prosesini öyrənmək. Bu məhsulları almaq üçün sənaye prosesi yaradılması;
  • olefinlərin və oligalirizatsii və polimerləşmə üçün yeni yüksək aktivliyə katalizatorların işlənib hazırlanması, eləcə də aromatik olefinlərin və alkilləşmə üçün.

Vəfatı

Nadir Seyidov 5 oktyabr 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir.[3]

Seçilmiş elmi məqalələri

  • N.M Seyidov. Etilen və a-olefinlərin əsasında yeni sintetik kauçuk — Bakı: Elm, 1981. — 1
  • Н.М.Сеидов, Н.Я. Ищенко, А.М. Кулиев, Н.И. Курбанова Новые полимерные композиционные материалы на основе модифицированного полиизопрена (рус.) // Пластические массы. — Закрытое акционерное общество Научно-производственное предприятие "Пластические массы", 2008. — С. 27—30. — ISSN 0544-2901.
  • N.M. Seidov, A.I. Abasov, B.A. Mel’nikov, V. A. Bairamov, L. T. Kopteva Pour-depressant properties of additives based on ethylene-propylene copolymers in domestic furnace fuel (англ.) // Chemistry and Technology of Fuels and Oils. — Springer New York Consultants Bureau, 1983. — Т. 19. — С. 142—145. — ISSN 0009-3092.
  • N.M. Seidov, R.Sh. Kuliev, A.I. Abasov, T.M. Abasova, A. M. Mustafaev, V. A. Bairamov Production of high-v.i. oils by thermal decomposition of ethylene_propylene copolymer (англ.) // Chemistry and Technology of Fuels and Oils. — Springer New York Consultants Bureau, 1982. — Т. 18. — С. 10—13. — ISSN 0009-3092.
  • N.M. Seidov, R.S. Kuliev, A.I. Abasov High — V.I. motor oils with polymeric additives (англ.) // Chemistry and Technology of Fuels and Oils. — Springer New York Consultants Bureau. — Т. 30. — С. 281—283. — ISSN 0009-3092.
  • N.M. Seidov, S.D. Mekhtiev, A.A. Bakhshi-Zadye, Y. G. Kambarov The separation of a mixture of m- and p-xylenes by selective alkylation and subsequent dealkylation (англ.) // Petroleum Chemistry U.S.S.R.. — Elsevier Science Publishing Company, Inc., 1962. — Т. 1. — С. 44-51. — ISSN 0031-6458.
  • N.M. Seidov and N. I. Kurbanova Study of properties of vulcanizates for binary mixtures of polar caoutchouck with polyisoprene (англ.) // Russian Journal of Applied Chemistry. — Springer. — Т. 83. — С. 1305-1308.
  • N.M. Seidov, A.L. Shabanov, U.A. Gasanova, Z.O. Kakhramanova and M.M. Gasanova Metalation of toluene and cumene with alkali metal-crown ether complexes (англ.) // Russian Journal of Organic Chemistry. — Springer. — Т. 45. — С. 26—29.
  • N.M. Seidov, M.I. Rustamov, Kh.D. Ibragimov and E. G. Mamedbeili Dimerization of ?-methylstyrene in the presence of mordenite, aimed at preparation of transformer oils (англ.) // Russian Journal of Applied Chemistry. — Springer. — Т. 82. — С. 317—322.

İstinadlar

  1. "Görkəmli kimyaçılar". 2013-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.
  2. NE, I cild,, 2005. səh. 250-251
  3. "Prezident Nadir Seyidovun vəfatı ilə bağlı başsağlığı verdi". 2015-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-08.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.