Nadir Qafarzadə
Nadir Qafarzadə (11 fevral 1971, Dəvəçi rayonu) — Azərbaycan müğənnisi.
Nadir Qafarzadə | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 11 fevral 1971 (53 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktyor, müğənni |
Fəaliyyət illəri | 2000-ci ildən |
Təhsili | |
Boyu | 1.80 sm[1][2] |
Həyatı
Nadir Qafarzadə 13 fevral 1971-ci ildə Azərbaycanın Şabran rayonunda anadan olmuşdur. Tatəsillidir.[3]
Ailəlidir 2 oğlu var.
Musiqi təhsillidir, Asəf Zeynallı adına Musiqi Kollecini "Opera" müğənnisi və musiqi müəllimi ixtisası üzrə bitirmişdir.
1989-cu ildə Rusiyanın Murmansk Vilayətində həqiqi hərbi xidmətdə olmuşdur. Orta məktəbdə oxuduğu müddət ərzində musiqi ilə də məşğul olmuşdur. Belə ki, Azərbaycan Dövlət Tele-Radio Şirkətinin "Qırmızı Qərənfil" məktəblilər ansamblında solist kimi fəaliyyət göstərmişdir. Bir çox musiqi müsaqibələrinin və mahnı festivallarının qalibi olmuşdur, bunlardan: "Qızıl Buta", "Grand" (2 dəfə), "İllin mahnısı", "İlin müğənnisi" və "İlin klipi" kimi mükafatları göstərmək olar.
2006-cı ildə Yalta şəhərində keçirilən Beynəlxalq Mahnı Festivalında Azərbaycanı təmsil etmişdir. Həmin ildə Rusiya Federasiyasının Müstəqillik gününə həsr olunmuş və Rusiyanın NTV kanalı ilə yayımlanan konsertində Azərbaycanı təmsil edərək çıxış etmişdir. 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Hər şey Qarabağ üçün" devizi altında keçirdiyi marafona Könüllü qatılaraq Ağdam rayonunun cəbhə bölgələrində əsgərlər qarşısında konsert proqramı ilə çıxış etmişdir.
Videoqrafiya
Say | Klip |
---|---|
01 | Məni Belə Bilmə |
02 | Sən Yanımda Olanda |
03 | Bir Gözəli |
04 | Bəlalı Sevgilim ft. N.A.D.O |
05 | Yaşamaq İstəmişəm |
06 | Yolunu Gözləyirəm |
07 | Darıxmışam Sənin Üçün (duet Flora Kərimova) |
08 | Gülüm |
09 | Sən Mələksən |
10 | Dəli Olaram |
11 | Füzuli Kantatası |
12 | Oxu, Tar |
13 | Anam Azərbaycanım |
14 | Heydərdir Bu Dünya |
15 | Sən Mənim Xanımımsan |
16 | Demə Gedirəm |
17 | Sən Supersən |
18 | Rakkada-Çıkkada |
19 | Mübariz |
20 | Ana, Laylamı De |
21 | Gənclər |
22 | Ata, Sənə Ehtiyacım Var |
23 | Doymadım Bu Sevgidən |
24 | Eşqimə Şahid Zaman |
25 | Bu Yaş Nədir? |
26 | Сердце |
27 | Azərbaycan (duet Əziz Qafarzadə) |
28 | Dinlə Məni, Sevgilim (duet Elmira Rəhimova) |
29 | Pardon |
30 | Dözmür Ürək (duet Flora Kərimova) |
31 | Göndər |
32 | Ay Maral |
33 | Gün Keçdi |
34 | Mama |
35 | Milyon Roz |
36 | Yalan Demirəm |
37 | Kaman |
38 | Məndən Yoxdur |
39 | Ay Dəli, Dəli |
40 | Zır Dəli |
41 | Gəl Dost Olaq ft. Hayat |
42 | Sən Ürəksən, Ürək |
43 | Mavi Gözlüm |
44 | Azərbaycan Əsgəri |
45 | Yaşaya Bilirəm Sənsiz (duet Ayan Babakişiyeva) |
46 | Canım, Gözüm |
47 | Милая Моя |
48 | Retro Mashup |
49 | Saz Kimi Sevirəm |
50 | Bitməyən Roman (duet Sima Nəsirova) |
51 | Aşkım |
Filmoqrafiya
İstinadlar
- "Azərbaycanlı məşhurların boy fərqi- - 1.92, 1.50...+Fotolar". 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-19.
- "Azərbaycan müğənnilərinin boy və çəkiləri "nəhs" reytinqdə (FOTO)". 2023-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-20.
- "1". 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-26.
Xarici keçidlər