Nadir Eynullayev

Nadir Müzəffər oğlu Eynullayev (20 sentyabr 1942, Bakı1993, Bakı) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu.

Nadir Eynullayev
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası[* 1]
1961—1964 SSRİ Neftyanik 18 (0)
1965 SSRİ Dinamo GOHM  ? (?)
1965—1966 SSRİ Neftyanik 2 (0)
1966 SSRİ Dinamo Kirovabad 11 (5)
1966 SSRİ Lokomotiv Bakı  ? (?)
1967 SSRİ Şaxtyor Qarağandı 29 (7)
1968 SSRİ Dinamo Kirovabad 34 (6)
1969—1970 SSRİ Neftçi 25 (2)
1971 SSRİ Avtomobilist 20 (2)
1971 SSRİ Dinamo Mahaçqala  ? (6)
1972 SSRİ Avtomobilist  ? (?)
1972—1973 SSRİ Neftçi 16 (0)
Milli yığma[* 2]
1965 SSRİ SSRİ (U-21) 1 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Karyerası

Klub

Nadir Eynullayev 20 sentyabr 1942-ci ildə Bakı şəhərində 6 uşaqlı ailədə anadan olub.[1] Futbolçu karyerasını 1961-ci ildə "Neftyanik"də başlayıb.[2] 1966 mövsümündə "Neftyanik"in heyətində A qrupunda bürünc medal qazanıb.

1967-ci ili "Şaxtyor Qarağandı"da, 1968-ci ili isə "Dinamo Kirovabad"da keçirib. Peşəkar karyerasını 1972-ci ildə "Neftçi"də başa vurub.[2]

Milli

Nadir Eynullayev 9 iyun 1965-ci ildə Bakıda gənclərdən ibarət Polşa yığmasına qarşı keçirilmiş yoldaşlıq oyununda gənclərdən ibarət SSRİ yığmasının heyətində debüt edib. O, görüşün ikinci hissənin əvvəlində Viktor Zabrodinin əvəzinə meydançaya daxil olub. Oyun SSRİ yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.[3]

Şəxsi həyatı

Nadir Eynullayev futbolçu Kamil Eynullayevin qardaşı, şahmatçı Tatyana Zatulovskayanın isə bibisi oğludur.[4]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.