Nadir Axundov

Nadir Ələkbər oğlu Axundov (1912, Yelizavetpol4 aprel 1959) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1955–1959), Azərbaycan SSR xalq yüngül sənaye komissarı (1942–1946) və yüngül sənaye naziri (1946–1947, 1952–1953).

Nadir Axundov
bayraq
Azərbaycan SSR ticarət naziri
bayraq2
16 fevral 1955 21 yanvar 1959
ƏvvəlkiŞəmsəddin Sultanov
SonrakıAğamirzə Əhmədov
bayraq
Azərbaycan SSR yüngül sənaye naziri
bayraq2
16 aprel 1952 18 aprel 1953
ƏvvəlkiSadıq Rəhimov
SonrakıNurulla Ağayev (yüngül və yeyinti sənayesi naziri kimi)
28 mart 1946 24 mart 1947
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıNurulla Ağayev
bayraq
Azərbaycan SSR pambıqçılıq nazirinin birinci müavini
bayraq2
1950 1952
NazirƏhməd Xəlilov
bayraq
Azərbaycan SSR xalq yüngül sənaye komissarı
bayraq2
1942 28 mart 1946
Sonrakıvəzifənin adı dəyişdirilib
bayraq
Azərbaycan SSR xalq yüngül sənaye komissarının müavini
bayraq2
1941 1942
Şəxsi məlumatlar
Doğum tarixi 1912
Doğum yeri
Vəfat tarixi 4 aprel 1959(1959-04-04)
Partiya
Təhsili
  • ÜİK(b)P MK yanında Ali Partiya Məktəbi[d] (–1949)
Rütbəsi kapitan

Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Həyatı

Nadir Ələkbər oğlu Axundov 1912-ci ildə Yelizavetpol (Gəncə) şəhərində sənətkar sərrac ailəsində anadan olmuşdur. 6 yaşında anasını, 10 yaşında isə atasını itirmiş, beş il təhsil ala bilişdir. 14 yaşında işləməyə başlamış, bağban yanında üç il muzdur-şagird olmuşdur. 1927-ci ildə komsomol təşkilatına daxil olmuşdur.[1]

Nadir Axundov təhsilini davam etdirmək və su təsərrüfatı sahəsi üzrə ixtisasa yiyələnmək üçün Bakıya gələrək Ağamalıoğlu adına texnikumda iki il təhsil alsa da, ağır xəstəlik səbəbindən təhsilini yenidən yarımçıq qoymağa məcbur olmuşdur. 1933-cü ilin mart ayında o, Azərbaycan SSR Xalq Yüngün Sənaye Komissarlığının Bakıdakı 3 nömrəli gön-dəri zavodunda fəhləliyə başlamış, il yarımdan sonra isə Moskva Dəri Ayaqqabı Texnikumunda oxumağa göndərilmiş, buranı 1937-ci ildə əla qiymətlərlə bitirmişdir. Bakıya qayıtdıqdan sonra yenidən 3 nömrəli gön-dəri zavodunda çalışmış, zavodun baş texnoloqu olmuşdur.[1] Sonralar isə Bakıda 2 nömrəli gön-dəri zavodunun baş mühəndisi və 2 nömrəli ayaqqabı fabrikinin direktoru olmuşdur.[2]

1941-ci ildə Azərbaycanın rəhbər təsərrüfat işlərinə irəli çəkilən Nadir Axundov Azərbaycan SSR xalq yüngül sənaye komissarının müavini vəzifəsində çalışmışdır. 1942-ci ildə müharibəyə yollanmış, piyada polkunun batalyon komissarı olmuşdur. Döyüşlərdə yaralanaraq ordudan tərxis edilmiş, Bakıya qayıtdıqdan sonra Azərbaycan SSR xalq yüngül sənaye komissarı vəzifəsinə irəli çəkilmişdir.[1][2]

Nadir Axundov 1949-cu ildə ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini bitirmişdir. 1950-ci ildə yüngül sənaye, toxuculuq sənayesi və yeyinti sənayesi nazirliklərinin birləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan SSR pambıqçılıq nazirinin birinci müavini təyin edilmişdir. 1952-ci ildən o, yüngül sənaye naziri, 1955-ci ilin fevral ayından 1959-cu ilin yanvar ayınadək isə Azərbaycan SSR ticarət naziri vəzifələrində işləmişdir.[2]

Nadir Axundov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1946-cı ildə SSRİ Ali Sovetinin 2-ci çağırış deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur. "Lenin" və "Qırmızı əmək bayrağı" ordenləri ilə təltif edilmişdir.[2]

Nadir Axundov uzun sürət xəstəlikdən sonra 4 aprel 1959-cu ildə 47 yaşında vəfat etmişdir.[2]

İstinadlar

  1. Надир Ахундов // Коммунист. № 14 (7196). 19 январ 1946-ҹы ил. С. 2.
  2. Н. Ә. Ахундов // Коммунист. № 81 (11028). 7 апрел 1959-ҹу ил. С. 4.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.