Nadir Abbasov

Nadir Xuduş oğlu AbbasovAzərbaycan Kommunist Partiyası Ağcabədi Rayon, Salyan RayonAğdam Rayon Komitəsinin birinci katibi.

Nadir Abbasov
1978 ?
ƏvvəlkiVahid İsmayılov
1970 1978
SonrakıAslan Hüseynov
1965 1970
ƏvvəlkiXosrov Ağayev
SonrakıHəsən Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1925
Doğum yeri
Partiya
Təhsili

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Həyatı

1925-ci ildə Gəncə qəzasında qulluqçu ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1948-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnsititunu və Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Sosialist Əməyi Qəhrəmanıdır (1976).

Əmək fəaliyyətinə 1942-ci ildə başlamışdır. 1944–1949-cu illərdə Sovet Ordusunda xidmət etmişdir. 1950-ci ildən rayon komsomol komitəsinin katibi, Kirovabad (indiki Gəncə) vilayət komsomol komitəsinin şöbə müdiri, şəhər komsomol komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1935–1955-ci illərdə partiya məktəbinin müdavimi, 1956-cı ildən Kirovabad toxulçuluq kombinatının, Nizami adına sovxozun partiya komitəsinin katibi, Kirovabad Şəhər Partiya Komitəsinin şöbə müdiri olmuşdur. 1962–1970-ci illərdə Gədəbəy, Qasım İsmayılov (indiki Goranboy)istehsalat idarələrinin partiya təşkilatçısı, Azərbaycan KP MK inspektoru, Azərbaycan KP Qasım İsmayılov RK-nın, Ağdam RK-nın birinci katibi vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan KP Salyan RK-nın birinci katibi, 1978-ci ildən isə Azərbaycan KP Ağcabədi RK-nın birinci katibi olmuşdur.

Azərbaycan SSR Ali Soveti mandat komissiyasının və Azərbaycan KP MK üzvü olmuşdur.

Yeddinci, səkkizinci, doqquzuncu , onuncu və on birinci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Arbatan seçki dairəsi).

Hazırda Prezident təqaüdçüsüdür (2002).

Mənbə

  • Надир Худуш оғлу Аббасов // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 10.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.