Nadir şah Əfşarın məqbərəsi

Nadir şah Əfşarın məqbərəsi (farsca:آرامگاه نادرشاه) — Məşhəd şəhərində Nadir şah Əfşarın xatirəsi üçün ucaldılmış və Huşəng Seyhun tərəfindən dizayn edilmiş məqbərə.[3][4][5][6]

Nadir şah Əfşarın məqbərəsi
farsca:آرامگاه نادرشاه
Ölkə İran
Yerləşir Məşhəd
Material qranit[1]
Saxlanıldığı yer
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəxs haqqında

Nadir şah Əfşar Xorasanda yaşayan və türk tayfası olan Əfşarların Qırxlı tirəsindən sıravi ailədə dünyaya gəlmiş, Səfəvi imperiyasının Əfqan işğalına məruz qaldığı zaman Səfəvi şahı II Təhmasibin xidmətinə girmiş və Təhmasibqulu xan adlandırılmışdır. Bacarıqlı fəaliyyəti nəticəsində qısa müddət ərzində əfqanları, osmanlılarırusları mğlub edərək bütün Səfəvi torpağından qovmuşdur. Bu proses zamanı öz mövqesini gücləndirmiş, 1732-ci ildə II Təhmasibi taxtdan endirib yerinə azyaşlı oğlu III Abbası şah elan etmişdir. 1736-cı ildə isə Muğanda qurultay çağıraraq III Abbası da taxtdan salaraq, özünü şah elan edəərk 235 illik Səfəvi sülaləsi hakimiyyətinə son qoymuşdur.[7]

Tarixi

Nadir şah özünün Hindistana qarşı həyata keçirmiş olduğu yürüşü uğurla tamamlayıb, öz imperiya mərkəzinə böyük var-dövlətlə geri döndü. Onun Hindistandan gətirdiyi var-dövlətin siyahısına Tovuz quşu taxtıKuh-i Nur da daxil idi. Yerdə qalan qiymətli daş-qaşları daşımaq üçün 700 fil, 4 min dəvə və 12 min ata ehtiyyac olmuşdu. Hindistandan gətirilən qiymətli daş-qaşlar Kəlat yaxınlığında gizlədildikdən sonra Nadir özü ilə gətirmiş olduğu moğol memarlara onun üçün möhtəşəm bir məqbərə tikməyi əmr etdi. Bu məqbərə moğol üslubunda olmalı idi.[8]

Nadir şahın 1747-ci ildə sui-qəsd nəticəsində öldürülməsi nəticəsində məqbərə onun sağlığı dövründə tamamlanmadı. Bu dövrdə Nadir şah tərəfindən yenə Məşhəd şəhərində moğol üslubunda tikdirilmiş bir digər memarlıq nümunəsi də Günəş sarayı[lower-alpha 1] və ya Kax-e Xurşid adlandırıldı. Bu məqbərə müxtəlif qəbilə liderləri tərəfindən iqamətgah sarayına çevrildi və Nadir şahın cənazəsi 1960-cı illərdə Məşhəddə çox çirklənmiş nəqliyyat kəsişməsinin yaxınlığında onun üçün beton abidə ucaldılana qədər xatırlanmadı.[12]

Daxili görünüşü

Natamam xarici görünüşünə baxmayaraq, Xurşidin daxili hissəsi tam zərifdir: hər bir qapı miniatür rəsmlər və moğol freskaları ilə bəzədilib.[13]

Qalereya

Qeydlər

  1. 1738-1739-cu illərdə tikilmişdir. Nadir şah Əfşar dövründə tikdirilmiş azsaylı memarlıq nümunələrindən biridir.[9][10]Bu abidənin də tikintisi Nadir şahın öldürülməsinə görə yarım qalmışdır. Hal-hazırda antropologiya muzeyi kimi xidmət edir.[11]

Həmçinin bax

İstinadlar

  1. https://www.tehrantimes.com/news/421449/Visit-Nader-Shah-s-mausoleum-in-Mashhad.
  2. Wiki Loves Monuments monuments database. 2017.
  3. "Tomb of Nader Shah". Visit Nader Shah’s mausoleum in Mashhad. 7 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2019.
  4. "Tomb of Nader Shah". www.itto.org. 13 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2019.
  5. "Tomb of Nader Shah in Mashhad". www.alaedin.travel/en. 31 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2019.
  6. "Encyclopaedia of the Iranian Architectural History". Cultural Heritage, Handicrafts and Tourism Organization of Iran. 19 May 2011. 6 April 2015 tarixində orijinalından arxivləşdirilib.
  7. Mehman Süleymanov, 2010
  8. "كاخ خورشيد، نگين درخشان معماري خطه كلات". ایرنا (fars). 2016-03-02. 2021-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-26.
  9. "کاخی که نادرشاه برای نگهداری غنایم و جواهرات‌اش بنا کرد". ایسنا (fars). 2016-01-24. 2021-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-26.
  10. "Kalāt-E Nāderi". iranicaonline.org (ingilis). 2010-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-26.
  11. "Qasr-e Khorshid: once temporary home to the 'Napoleon of Iran'". Tehran Times (ingilis). 2020-03-08. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-26.
  12. Dalrymple, Sam. "Here lay Nader Shah". Conde Nast Traveller. 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
  13. Dalrymple, Sam. "Here lay Nader Shah". Conde Nast Traveller. 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.

Mənbə

Mehman Süleymanov. Nadir şah (PDF). Tehran. 2010. 740.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.