Nabur müqaviləsi

Nabur müqaviləsiRusiya ilə Osmanlı imperiyası arasında sərhədləri dəqiq formada müəyyən etmək üçün bağlanmış müqavilə.[1]

Nabur müqaviləsi
Müqavilənin tipi Sərhədlərin təyin edilməsi
İmzalanma tarixi 1727-cı il
İmzalanma yeri Nabur kəndi, Şamaxı
Qüvvəyə minməsi 1726-1727
Tərəflər Rusiya Rusiya, OsmanlıTürkiyə

Arxa plan

Rusiya imperiyası yeni əldə etdiyi torpaqlardan istədiyi və planladığı gəliri götürə bilmədi. I Pyotrun sağlığında bunu dilə gətirməyə çəkinən rus məmurları onun ölümündən sonra bu fikri dilə gətirməyə başladılar. Lakin Rusiya imperiyası Xəzər sahili vilayətlərdən birbaşa olaraq da çıxa bilmirdi. Çünki onların çıxacağı halda bu yerlər Osmanlı imperiyası tərəfindən ələ keçiriləcəkdi. Bu isə Rusiyaya heç sərf etmirdi. Bu torpaqların mərkəzi Səfəvi hakimiyyətinə geri qaytarılması fikri də inandırıcı görünmürdü. Çünki paytaxtı ələ keçirən əfqan üsyançıları faktiki olaraq Səfəvi hakimiyyətinə son qoymuşdular. Məhz buna görə də Rusiya hökuməti Xəzərboyu əyalətlərdən hələlik əl çəkmirdi.[2]

Osmanlının gələcəkdə həmin yerləri zəbt etməməsi üçün Rusiya hökuməti İstanbul müqaviləsinin Ģərtlərini yerinə yetirmək qərarına gəldi və Osmanlı hökumətini sərhəd məsələlərinin həlli məqsədilə danışığa dəvət etdi.

Şərtləri

1727-ci ildə Şamaxı şəhəri yaxınlığında, Nabur kəndinə Rusiya ilə Osmanlı dövlətlərinin nümayəndələri görüşərək öz aralarındakı sərhədi müəyyən etməyi qərara aldılar.

Hər iki dövlət nümayəndələrinin qərarına əsasən 1727-ci ildən başlayaraq rus qoşunları silah işlətmədən Niyazabad, Cavad, Salyan, Lənkəran, Astara, Talış dağlarının bir hissəsini tutdular. 1728-ci ildə isə QubaTəngəaltıya sahib oldular.[3]

Əgər ilk çağlarda rus komandanlığı işğal olunmuş şəhərlərdə şah inzibati idarəsini ləğv edib, əvəzinə komendant üsuli-idarəsi yaradırdısa, 1726-cı ildən sonra həmin torpaqlarda ümumi işğal idarəsi təşkil olundu və knyaz V.V.Dolqoruki komandan təyin edildi.

Həmçinin bax

İstinadlar

  1. Süleyman Əliyarlı. Azərbaycan tarixi (PDF). Bakı. səh. 345.
  2. Yeddi cilddə. III cild, 2007. səh. 338
  3. Yeddi cilddə. III cild, 2007. səh. 339

Ədəbiyyat

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.