Nağdəli bəy
Nağdəli bəy (v. 1627) — Səfəvilərin İngiltərəyə göndərilmiş səfiri.
Nağdəli bəy | |
---|---|
| |
1626 – 1627 | |
Əvvəlki | Robert Şirli |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1627 |
Dəfn yeri | |
Fəaliyyəti | diplomat |
Fəaliyyəti
1626-cı ildə I Abbas tərəfindən İngiltərə kralı I Çarlza səfir göndərilmişdi. Nağdəli bəyin səfir kimi tələb edilməsi əslində Ost-Hind şirkəti və Robert Şirli arasında çıxan bir anlaşmazlığa görə olmuşdu. Robert Şirli İran ipəyinin monopoliyasını İspaniyaya verməyi təklif etməsi şirkətin maraqlarına əks idi və buna görə də şirkət Şirliyə şər ataraq I Abbasdan yeni səfir tələb etmişdi. Yeni səfir Nağdəli bəy kralın hüzuruna çıxanda Robert Şirli onu saxtakar olmaqla günahlandırmış, əsl səfirin özü olduğunu demişdi. Çarlz isə hər iki səfirə öz ölkələrinə qayıtmağı və problemlərini şahın yanında həll etmələrini tapşırır.
Ailəsi
İbrahim xan adlı oğlu vardı.[1]
Ölümü
Nağdəli bəy 1627-ci ildə Qərbi Hindistan sahillərinə çatanda intihar edir. Belə ki, şahın yanına əliboş qayıtmaqdan utanan səfir 4 gün dayanmadan tiryək qəbul edərək intihar edir. Məzarı Suratdadır.
İstinadlar
- "Gerald MacLean, Nabil Matar - Britain and the Islamic World, 1558-1713". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-20.
Mənbə
- Archer, Mildred. The India Office Collection of Paintings and Sculpture. London: Britaniya Kitabxanası, 1986, səh. 28–29
- Leapman, Michael. Book of the British Library. London: Britaniya Kitabxanası, 2012, səh. 178
- Uilyam Fosterin qeydləri, 7 noyabr 1903 (IOR/L/R/6/248)