Nağı bəy Əlizadə

Nağı bəy ƏlizadəAzərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Mühafizə Dəstəsinin rəisi, podpolkovnik.[1]

Nağı bəy Əlizadə
Şəxsi məlumatlar
Doğum tarixi 1897
Doğum yeri
Vəfat tarixi 1920
Vəfat yeri
Fəaliyyəti hərbi qulluqçu

Həyatı

Əlizadə Nağı bəy 1897-ci ildə Bakı şəhərində dünyaya gəlib.[1]

Fəaliyyəti

1919-cu il fevralın 18-də Azərbaycan Parlamentində "Parlamenti Mühafizə Polisinin təşkili" məsələsini müzakirə edilir. Belə bir strukturun yaradılması zəruri hesab edilir və 4 maddədən ibarət qanun layihəsi təsdiq olunur. Yeni qanuna görə 200 nəfərlik polis dəstəsinin yaradılması məqbul sayılır. Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə yeni yaradılan polis strukturu "Parlamenti Mühafizə Dəstəsi" adlandırılır(sənədlərdə "Parlamentin Qoruyucu Bölüyü" də yazılmışdır…). Yeni strukturun təşkilinə dövlət xəzinəsindən 2.200000 manat ayrılır. Parlamenti Mühafizə Dəstəsinin komanda (idarə) heyəti 6 ştat vahidi üzrə təsis olunur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Mühafizə Dəstəsinin rəisi podpolkovnik Nağı bəy Əlizadə təyin edilir. Onun aylıq məvacibi 4500 rubl idi. Parlamenti Mühafizə Dəstəsi Parlamentin Rəyasət Heyətinə tabe olub, onun tərəfindən də formalaşdırılır və vazxtaşırı ona hesabat verirdi. Lakin o bəzi məsələlərdə Azərbaycan Cümhuriyyəti DİN-ə də tabe idi və zəruri hallarda onun tədbirlərinə də cəlb olunurdu.[1]

Ölümü

Azərbaycan Cümhuriyyəti Parlamentini Mühafizə Polisinin ilk rəisi Nağı bəy Əliyev Azərbaycanda sovet hakimiyyəti elan olunduqdan sonra bolşeviklər tərəfindən həbs edilərək, elə 1920-ci ildə güllələnmişdi. Məhəmməd Əmin Rəsulzadə özünün "Azərbaycan Cümhuriyyəti" kitabında qaimməqam Nağı bəy Əlizadəni "İstiqlal şəhidi" adlandırmışdır.[1][2]

İstinadlar

  1. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 / İ. M. Əliyarlı, T. R. Behbudov; elmi red. Ş. Qasımov; red səh 288
  2. Rəsulzadə, Məhəmməd Əmin. Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1990. 79. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2023-11-07.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.