NZS (qəsəbə)

NZS qəsəbəsi — Xətai rayonunda yerləşən və qəsəbə kimi tanınan, amma əslində yaxınlıqda yerləşən UPD qəsəbəsinə tabe olan ərazi[1].

NZS
Ölkə
Rayon Xətai rayonu

Tarix

Qəsəbə SSRİ-nin vaxtından vardır. Qəsəbənin adı rus dilində olan neft doldurma stansiyası mənasına gələn "нефтезаправочная станция" sözlərinin baş hərflərinin birləşməsindən əmələ gəlib. Hazır ki dövrdə də qəsəbə ərazisində neft doldurma məntəqələri və sternləri vardır. Hazırda qəsəbə əsasən "NZS pivə zavodu"na görə çox məşhurdur. Qəsəbədə çoxlu köhnə binalar, həyət evləri vardır.

İqtisadiyyat

Sosial cəhətdən SSRİ-nin vaxtında pis şəraitdə olsa da, hazırda xeyli inkişaf etmiş və şəraitli bir qəsəbəyə çevrilmişdir.

Mədəniyyət

Qəsəbədə 166 saylı bağça (O.Vəliyev küç. 37) və E.Məmmədov adına uşaq bağçası (Abbas Səhhət küç. 48) fəaliyyət göstərir.[2]

Səid Rüstəmovun adına 13 nömrəli Uşaq İncəsənət Məktəbi (Marat Əmirxanov küç. 19) də qəsəbədə yerləşir.[3]

İstinadlar

  1. "Bakının "əndrabadi" qəsəbəsi: nə vaxt normal adı olacaq?". Axar.Az (az.). 2019-09-25. 2023-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-17.
  2. "Uşaq bağçaları-körpələr evi". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-01.
  3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi: UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI. "Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbi". Məktəblər ( (az.)). music.mctgov.az. 2019-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-21.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.