NKVD üçlükləri

Xalq Daxili İşlər Komissarlığı üçlükləriSSRİ Xalq Daxili İşlər Komissarlığı yanında respublika, diyar və vilayət idarələrində "antisovet elementlərinin" repressiyası üçün əməliyyatların aparılması məqsədi ilə 1937-ci ilin avqust ayından 1938-ci ilin noyabrına qədər faəliyyət göstərmiş inzibati (məhkəmədənkənar) orqandır.

Xalq Daxili İşlər Komissarlığının emblemi

Xalq Daxili İşlər Komissarlığı üçlükləri SSRİ Daxili İşlər Komissarının 30 iyul 1937-ci ildə № 00447 "Keçmiş qolçomaqların, cinayətkarların və digər antisovet elementlərin repressiyası əməliyyatı barədə" operativ əmrinə əsasən respublikalar üzrə Xalq Daxili İşlər Komissarlığı rəhbərliyinin (diyar, vilayət), partiya katiblərinin (diyar, vilayət) və respublika prokurorlarının (bölgə, əyalət) rəhbərliyi ilə qurulurdu. Onlar güllələmə, həbs düşərgəsinə sürgün etmə və türmədə 8–10 il həbs cəzası vermək hüququna malik idilər.

Tarixi

31 iyul 1937-ci ildə SSRİ Daxili İşlər üzrə xalq komissarı Nikolay Yejov "antisovet elementlərin məhvini" qarşısında məqsəd qoyan və "operativ üçlüklərin" üzvlərini müəyyən edən "Keçmiş qolçomaqların, cinayətkarların və digər antisovet elementlərin repressiyası əməliyyatı barədə" 00447 nömrəli operativ əmri imzalamışdır.

Fəaliyyətin nəticələri

1 oktyabr 1936-cı ildən 1 noyabr 1938-ci ilə qədər SSRİ XDİK orqanları tərəfindən 1 565 041 insan həbs edilmişdir. O cümlədən XDİK-nın 00447 nömrəli əmrinə əsasən 702 656 nəfər həbs edilmişdi. Bu dövr ərzində 1 336 863 nəfər məhkum olunmuşdur ki, onlardan da 668 305 nəfəri (50%) güllələnmişdir[1].

Xalq Daxili İşlər Komissarlığı üçlüklərinə qarşı repressiya

Üçlüklərin əksər üzvləri 1938-ci ildən sonra repressiya olundular. ÜKP MK və SSRİ XKS ortaq qərarında qeyd olnurdu ki, istintaqları sadələşdirilmiş şəkildə keçirmələrinin nəticəsində "XDİK işçiləri agentura-məlumat işlərini tamamilə başlı-başına buraxıblar", və bu üçlüklərin işində həm də "qanunla müəyyən edilmiş prosessual qaydaların kobud şəkildə pozulması və istintaqın gedişatına məsuliyyətsiz münasibət" öz yerini alıb. Bir sıra XDİK əməkdaşları "bilərəkdən sovet qanunlarını təhrif edərək, saxtakarlıqlar ediblər, istintaq sənədlərini saxtalaşdırırdılar, əsassız ittihamlarla məsuliyyətə cəlb edirdilər, hətta günahsız insanlara qarşı təxribat məqsədi ilə heç bir əsasları olmadan cinayət işləri tərtib edirdilər, eyni zamanda antisovet fəaliyyəti olub özləri ilə əlbir olan şəxsləri gizlətmək və cinayətlərini ört-basdır etmək üçün əllərindən gələni edirdilər"

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.