NEQSOL Holding
NEQSOL Holding beynəlxalq şirkətlər qrupudur. Qrupun əksər şirkətləri enerji, telekommunikasiya, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərməkdədir.[1]
NEQSOL Holding | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | holdinq |
neqsolholding.com |
Onu azərbaycanlı Nəsib Həsənov təsis edib.[2] Holdinq əvvəlcə neft-qaz sektorunda fəaliyyətə başlayıb, sonra isə əlavə fəaliyyət sahələrinə doğru genişlənib. Hazırda holdinqin tərkibinə Vodafone Ukrayna, Bakcell, Caucasus Online, Nobel Oil Group, Nobel Upstream, Norm Cement daxildir.[3]
Sənaye sahələri
Neft və qaz
NEQSOL Holding-in neft və qaz fəaliyyəti Böyük Britaniyada qeydiyyatdan keçmiş iki şirkət daxilində cəmləşmişdir: Nobel Oil E&P (Nobel Upstream kimi tanınır)[4] və Nobel Oil Services (indiki Nobel Energy).[5]
Sonuncu, 2021-ci ilin dekabrında rebrendinq çərçivəsində adını Nobel Energy olaraq dəyişdirmək qərarına gəldi.[6][7] Nobel Oil Group əsasən Azərbaycanda, ABŞ-də və Böyük Britaniyada fəaliyyət göstərən korporativ qrupdur. Şirkət neft-qaz sektorunda inteqrasiya olunmuş əməliyyat xidmətləri göstərir. Bu qrup 2005-ci ildə Nəsib Həsənov tərəfindən təsis edilib, daha sonra 2014-cü ildə Nobel Upstream və Nobel Oil Services adını aldı.[8]
Tikinti
Şirkət 2006-cı ildə fəaliyyətə başlayan tikinti şirkəti Norm Sementin sahibidir. Norm Cənubi Qafqaz regionunda ən böyük sement istehsalçısıdır.[9]
Telekommunikasiya
- Bakcell
NEQSOL Holding Bakcell-i 2005-ci ildə alıb. Şirkət telekommunikasiya (səs və mobil internet) xidmətləri göstərir. 2010-cu ildə 2 milyona yaxın müştərisi var idi.[10]
- Vodafone Ukrayna
Vodafone Ukraine (keçmiş MTS Ukrayna) holdinqin əsas törəmə şirkətlərindən biridir. Təxminən 20 milyon istifadəçisi ilə Ukraynanın ikinci ən böyük mobil operatorudur.[11] 2015-ci ilin oktyabr ayında Mobile TeleSystems və Vodafone 2008-ci ildəki strateji tərəfdaşlığını genişləndirdi. Bu, MTS Ukrayna şirkətinin Vodafone Ukraynaya rebrendinq edilməsi ilə nəticələndi.[12] 2019-cu ildə NEQSOL Holding Vodafone Ukraynanın 100%-ni alıb.[13][14][15]
Vodafone Ukraynanın bu alınması Bakcell vasitəsilə həyata keçirilib. O, əvvəllər Vladimir Yevtuşenkova məxsus MTS-ə məxsus idi.[16]
Vodafone Ukrayna Britaniyanın Vodafone brendi altında işləməyə davam edir.[17]
2021-ci ilin sentyabrında NEQSOL Vasyl Latsanych-i Telekommunikasiya Departamentinin rəhbəri, 2023-cü ildə isə Vodafone Ukrayna İdarə Heyətinin sədri təyin etdi.[18][19]
2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan bəri Vodafone Ukrayna aktivlərinin xalis dəyərində azalma və Ukraynadakı hərbi münaqişə ilə bağlı əhəmiyyətli xərclər yaşadı.[20][21]
Vodafone Ukrayna bəyan etdi ki, müharibə zamanı zədələnmiş bütün telekommunikasiya infrastrukturlarının bərpası şirkətə 50 milyon dollardan çox başa gələcək (2022-ci ilin may ayına)[22] və müştərilərinin sayında azalma olacaq.[23][24]
- Caucasus Online
2019-cu ildə Nəsib Həsənov "Caucasus Online" şirkətinin 49%-ni alıb. 2021-ci ildə NEQSOL Holding Caucasus Online-ın qalan 51%-ni keçmiş sahibi Xviça Makatsaria-dan alıb.[25] Gürcüstan Milli Rabitə Komissiyası (GNCC) sövdələşməyə qarşı çıxmağa çalışdı, lakin arbitraj tribunalı[26] Gürcüstan hakimiyyətinin tələbini rədd etdi və NEQSOL Holding tərəfindən satın alınmaya icazə verdi.[27]
Caucasus Online 2006-cı ildə üç əsas İnternet Xidməti Provayderinin (ISP) birləşməsi yolu ilə yaradılıb: Caucasus Network, Georgia Online və Sanet. Telenet 2008-ci ildə Caucasus Online ilə birləşdi.[28] Caucasus Online Qara dəniz boyunca 1200 km-lik fiber kabelə sahibdir (Qafqaz Kabel Sistemi).[29]
Rəqəmsal İpək Yolu
"Rəqəmsal İpək Yolu" telekommunikasiya dəhlizi vasitəsilə Avropa və Asiyanı birləşdirməyi hədəfləyən layihədir.[30] Onun təşəbbüsü 2018-ci ildə irəli sürülüb və holdinqin törəmə şirkətlərindən biri olan AzerTelecom tərəfindən həyata keçirilməkdədir.[31]
Layihə regionda telekommunikasiya şəbəkəsini, xüsusilə Xəzər dənizi regionunda, o cümlədən Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistanda əlaqələri genişləndirməyi planlaşdırır.
2020-ci ildə "Rəqəmsal İpək Yolu" layihəsi ABŞ-də keçirilən Qlobal Strateji İnfrastruktur Liderlik Forumu tərəfindən Asiyanın ən yaxşı beş infrastruktur layihəsindən biri seçilib.[32]
Rəqəmsal infrastruktur layihəsi 2022-ci ildə BƏƏ-də təşkil olunan Dubay Ekspo sərgisində Azərbaycan Pavillonunda təqdim olunub.[33]
2023-cü ildə "Rəqəmsal İpək Yolu" layihəsi çərçivəsində "AzerTelecom" və "Kazaktelecom" arasında Xəzər dənizinin hər iki tərəfinin Azərbaycandan Qazaxıstana sualtı kabel vasitəsilə birləşdirilməsinə dair saziş[34] imzalanıb.[35]
Mükafat
Şirkət 23 avqust 2021-ci ildə Brandon Hall Group HCM Excellence Awards mükafatını aldı.[36]
Humanitar öhdəliklər
2020-ci ildə COVID-19 böhranı
NEQSOL Holding 2020-ci ildə Ukraynada COVID-19 pandemiyasının yayılması ilə mübarizə üçün 1 milyon dollar ianə edib. Ayrılan vəsait xəstəxanalara lazım olan tibbi avadanlıq və sistemlərin alınmasına yönəldilib.[37]
2020-ci ildə Şərqi Ukraynada münaqişə
2020-ci ildə Vodafone Ukrayna və BMT QAK Ukraynanın şərqindəki ən müdafiəsiz qalan əhaliyə mobil rabitədən pulsuz çıxış təmin edib: münaqişədən təsirlənmiş 2489 şəxslə əlaqə təmin edib.[38]
2022-ci ildə Ukraynada müharibə
Digər 2 mobil operatorla (Veon-un Kyivstar-ı və Turkcell-in Lifecell-i) birlikdə Vodafone Ukrayna pulsuz milli rouminq təklif edib.[39] Bundan əlavə, Vodafone Ukrayna telekommunikasiya infrastrukturlarına dəyən ziyana baxmayaraq, əsgərləri və mülki insanları əlaqə ilə təmin edib.[40]
Müharibənin əvvəlində NEQSOL Holding və törəmə şirkətləri Norm və Bakcell Azərbaycan vətəndaşlarının Ukraynadan repatriasiyası (öz olkəsinə qayıtması) üçün yardımda iştirak edirdi.[41] Onlar Azərbaycan vətəndaşlarını Ukraynadan pulsuz reyslərlə təmin ediblər, qatarların təxliyyəsinin təşkilinə köməklik ediblər.[42]
2023-cü ildə Türkiyə-Suriya zəlzələsi
NEQSOL Holding-in törəmə şirkətlərindən biri olan Bakcell zəlzələdən sonra təbii fəlakətin yaratdığı dağıntılara baxmayaraq, onların ailələri ilə əlaqə saxlamalarına kömək etmək üçün mülki türk vətəndaşlarına avadanlıq göndərib. Yardıma ən çox zədələnmiş ərazilərə ayrılmış 13 xüsusi qurğu (qiyməti 500.000 manat) daxildir.[43]
NEQSOL Holding-in törəmə şirkətlərindən biri olan Azerconnect Türkiyədə mülki vətəndaşlara və zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakətlər və Fövqəladə Hallar Agentliyinə (AFAD) 5 milyon türk lirəsi yardım edib.[44]
İstinadlar
- Stanly, John. "This Diversified Company Has Grown Through Innovations". Entrepreneur (ingilis). 23 September 2021. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "⚡NEQSOL Holding Wins Brandon Hall Group Excellence Award". LatestLY (ingilis). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "Officially: Azerbaijani company Bakcell acquires Vodafone Ukraine for $734 million". AIN.Capital (ingilis). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "NOBEL OIL E&P (UK) LIMITED overview – Find and update company information – GOV.UK". find-and-update.company-information.service.gov.uk (ingilis). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "NOBEL ENERGY LIMITED overview – Find and update company information – GOV.UK". find-and-update.company-information.service.gov.uk (ingilis). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "Nobel Oil Announces Major Rebrand". Trend.Az (ingilis). 3 December 2021. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "У Nobel Oil ребрендинг в Nobel Energy". neftegaz.ru (rus). 2 December 2021. 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
- Stanly, John. "This Diversified Company Has Grown Through Innovations". Entrepreneur (ingilis). 2021-09-23. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-23.
- "Norm Cement organizes first International Concrete Conference in Azerbaijan (PHOTO)". Trend.Az (ingilis). 2 July 2019. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "Bakcell customers top 2 million, CEO says". Azernews.Az (ingilis). 24 September 2010. 2023-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-21.
- "Communication in Times of Crisis: Story of Vodafone Ukraine". Infopulse (ingilis). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "Vodafone купил телеком-активы донбасского магната". CNews.ru (rus). 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
- "NEQSOL Holding объявила о подписании соглашения о приобретении Vodafone Украина за $734 млн". ITC.ua. 2019-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- Wiel, Ken; 2022-09-01T16:05:00. "Vodafone Ukraine counts cost of war". TelcoTitans.com (ingilis). 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "Компания NEQSOL Holding, контролирующая азербайджанского оператора Bakcell, окончательно купила "Vodafone Украина"". gordonua.com. 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
- "Officially: Azerbaijani company Bakcell acquires Vodafone Ukraine for $734 million". AIN.Capital (ingilis). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- Query, Alexander. "Azerbaijan holding to buy Vodafone Ukraine for $734 million – Nov. 25, 2019". Kyiv Post. 25 November 2019. İstifadə tarixi: 2023-03-08.
- "Vasyl Latsanych to lead NEQSOL Holding's telecoms division". Trend.Az (ingilis). 20 September 2021. 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-21.
- "NEQSOL Holding announces the appointment of Vasyl Latsanych as the new Chairman of the Vodafone UA Board". Bloomberg.com (ingilis). 26 January 2023. İstifadə tarixi: 2023-03-21.
- "Vodafone Ukraine highlights effects of war in H1 report". www.commsupdate.com. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- Wiel, Ken; 2022-09-01T16:05:00. "Vodafone Ukraine counts cost of war". TelcoTitans.com (ingilis). 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "Ukrainian mobile operator says rebuilding will cost more than $50 million". english.nv.ua (ingilis). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "Потерять вышки и миллиарды, получить Starlink: как мобильные операторы возвращают связь". LIGA (rus). 16 May 2022. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- ""Vodafone Україна" за 9 міс. скоротив дохід на 1% та отримав 620 млн грн збитку". Інтерфакс-Україна (ukrayna). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "Azerbaijani Neqsol Holding becomes 100% owner of Georgian internet provider Caucasus Online". Agenda.ge. 2021-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- Newswire, Legal. "ARBITRATION TRIBUNAL DISMISSED GEORGIAN AUTHORITIES' OBJECTION ON CAUCASUS ONLINE LEGAL DISPUTE". Legal Newswire (ingilis). 27 July 2022. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "Nasib Hasanov v. Georgia, ICSID Case No. ARB/20/44 | italaw". www.italaw.com. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "MagtiCom in the running for Caucasus Online". www.commsupdate.com. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "Former Veon exec Latsanych to head Caucasus telecoms operation". Capacity Media (ingilis). 1 October 2021. 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "Digital Silk Way Project Comes into International Spotlight". caspiannews.com (ingilis). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "Implementation of Digital Silk Way Project in Progress". caspiannews.com (ingilis). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "Implementation of Digital Silk Way Project in Progress". caspiannews.com (ingilis). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- ""Digital Silk Way" project comes into international spotlight (PHOTO)". Trend.Az (ingilis). 8 April 2022. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "Silk Way Project". ADH. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "Two fibres across Caspian Sea to form part of Digital Silk Way". Capacity Media (ingilis). 11 January 2023. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "NEQSOL Holding удостоен наград Brandon Hall Group Excellence Awards". haqqin.az. 6 September 2022. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "Owner of Vodafone Ukraine to allocate $1 mln to fight coronavirus spread in the country". www.ukrinform.net (ingilis). 31 March 2020. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "Vodafone Ukraine and UNHCR cooperate to give free access mobile communication to the most vulnerable in East Ukraine". UNHCR. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- Mauldin, William. "Russian Strikes Sap Ukraine Mobile Network of Vital Power". Wall Street Journal (ingilis). 15 January 2023. 2023-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "Ukraine war effort sustained by unbroken internet lifeline". Nikkei Asia (ingilis). 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "NEQSOL Holding commented on its support for evacuation of Azerbaijani citizens from Ukraine". Azernews.Az (ingilis). 6 March 2022. 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "NEQSOL Holding commented on its support for evacuation of Azerbaijani citizens from Ukraine" (ingilis). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- "® Bakcell sends special telecommunication equipment to Türkiye". azertag.az (ingilis). 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
- ""Azerconnect" şirkətindən Türkiyəyə 5 milyon TL dəstək – FOTO". Apa.az (az.). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.
Əlavə keçidlər
- neqsolholding.com — NEQSOL Holding rəsmi saytı