Nəzər Heydərov
Nəzər Heydər oğlu Heydərov (1896, Gürcülü, Zəngəzur qəzası – 30 dekabr 1968, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1949–1954).
Nəzər Heydərov | |
---|---|
![]() | |
18 may 1949 – 9 mart 1954 | |
Əvvəlki | Mir Bəşir Qasımov |
Sonrakı | Mirzə İbrahimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1896 |
Doğum yeri | |
Vəfat tarixi | 30 dekabr 1968 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Uşaqları | |
|
|
Təltifləri |
![]() ![]() ![]() |
![]() |
Həyatı
Nəzər Heydər oğlu Heydərov 1896-cı ildə Zəngəzur qəzasının (hazırkı Qubadlı rayonu) Gürcülü kəndində anadan olmuşdur.[1] 1913–1918-ci illərdə "Balaxanı neft" mədənlərində işləyib. Qubadlı Qəza İnqilab Komitəsinin, qəza partiya komitəsinin katibi və İcraiyyə Komitəsinin sədri, AK(b)P MK–nın məsul təlimatçısı, Ağdaş qəza və Şuşa rayon icraiyyə komitələrinin sədri, DQMV MİK–in sədr müavini olub. 1927–1928-ci illərdə Azərbaycan SSR Ali XTS-də məsul vəzifədə çalışıb. 1931-ci ildə Moskva Sənaye Akademiyasını, eyni zamanda Neft İnstitutunu bitirdikdən sonra 1949-cu ilədək Azərbaycanda neft sənayesində, o cümlədən "Əzizbəyov" trestinin müdiri, Azneft Birliyinin rəisi və s. işləyib. 1949–1954-cü illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, SSR Ali Soveti Rəyasət Heyətinin sədrinin müavini olub. "Aznefttextəhcizat" idarəsinin rəis müavini işləyib. "Zəngəzur dağlarında" kitabının müəllifidir. 1960-cı ildə təqaüdə çıxıb.
Nəzər Heydərov 30 dekabr 1968-ci ildə Bakıda dünyasını dəyişib.
Arif Heydərovun və Qaçay Heydərovun atasıdır.
İstinadlar
- Һејдәров Нәзәр Һејдәр оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 162.