Nəvvab (film, 2014)
Nəvvab (2014) | |
---|---|
Janr | tarixi |
Rejissor | Miri Rzayev |
Ssenari müəllifləri | Ənvər Çingizoğlu |
Operator | Adil Abbasov |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 30 iyul 2014, AzTV |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 35 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2014 |
Texniki məlumatlar | lent |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Məzmun
Filmdə ədəbiyyat tariximizdə dərin iz qoymuş şair, xəttat, tarixçi, təzkirəçi, pedaqoqlardann olan Mir Möhsün Nəvvab haqqında danışılır. Qarabağ ədəbi mühitinin formalaşmasına, inkişafına mühüm təsir göstərən Nəvvab xalqımızın milli-mədəni irsinin zəhginləşməsinə də böyük töhfələr vermişdir. Qeyd edilir ki, Nəvvabın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir. O, rəssamlıqla, xəttatlıq sənəti ilə də məşğul olmuşdur. Nəvvabın şəxsiyyət kimi özünü təsdiqləməsində, vətənə, doğulduğu torpağa bağlı olmasında həm də mənsub olduğu soyun, kökün, nəslin böyük təsiri vardır.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Ənvər Çingizoğlu
- Rejissor: Miri Rzayev
- Operator: Adil Abbasov
- Montaj: Yaqub Həsənov
- Mətni oxuyan: Sevil Hüseynli
- Məsləhətçilər: Zemfira Səfərova
- Redaktor: Yaqub Əlioğlu
- Direktor: Sahib Heybətov
Arxiv kadrlarda iştirak edənlər
- Mir Möhsün Nəvvab (şəkil) (titrlərdə yoxdur)
- Hacı Hüsü (titrlərdə yoxdur)
- Cəlil bəy Bağdadbəyov (titrlərdə yoxdur)
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.