Nəsrin xanım
Nəsrin xanım (d. 1826, Poti — ö. 2 may 1853, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin on birinci xanımı.
Nəsrin xanım | |
---|---|
Osmanlı türkcəsi: نسرین خانم | |
Şəxsi məlumatlar | |
Doğum adı | عديله آسميانى |
Doğum tarixi | |
Doğum yeri | Poti |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | Validə Turhan Sultan türbəsi |
Fəaliyyəti | Əsilzadəlik |
Atası | Mənüçöhr Asemiani |
Anası | Mehrə xanım |
Həyat yoldaşı | I Əbdülməcid |
Uşaqları |
Mehmed Ziyayəddin Əfəndi Behicə Sultan Mehmed Nizaməddin Əfəndi Mehmed Bahəddin Əfəndi |
Dini | sünnilik |
Həyatı
Nəsrin xanım əslən gürcü olub, əsl adı Adilə idi. 1826-cı ildə Poti şəhərində dünyaya gəldi. Atası gürcü əsilzadələrdən Mənüçöhr Asemiani, anası isə onun xanımı Mehrə xanımdır. Bəzmialəm Validə Sultanın oğlu üçün seçdiyi gürcü gözəllərindən biri idi və bu məqsədlə uşaq yaşlarında saraya alınaraq saray təlim-tərbiyəsi aldı. Ardından 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi və həmin ilin dekabrında ilk övladı Mehmed Ziyayəddin Əfəndini dünyaya gətirdi. Ancaq uşaq hələ 3 yaşında ikən vəfat etdi. Daha sonra 1848-ci ildə qızı Behicə Sultanı, 1850-ci ildə isə əkiz uşaqları Mehmed Nizaməddin və Mehmed Bahəddin Əfəndini dünyaya gətirdi. Ancaq əkizlər çox yaşamadılar və uşaq yaşlarında vəfat etdilər.
Övladlarını ard-arda uşaq yaşlarında itirməsi Nəsrin xanımı sarsıtmışdı və bu səbəblə qısa zamanda səhhəti pisləşdi. 2 may 1853-cü ildə vəfat etdi və cənazəsi Yeni məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn edildi. Qardaşı Həsən bəy bacısının ani vəfatının ardından Potidən 50-yə yaxın kasıb ailənin uşağını İstanbula gətirərək burada təhsil vermişdir. Bunlardan Gürcü Hüseyn bəy daha sonra Sultan Əbdüləzizin yavərlərindən olmuşdur.
Övladları
- Mehmed Ziyayəddin Əfəndi (d. 10 dekabr 1842 — ö. 7 iyun 1845)
- Behicə Sultan
- Mehmed Nizaməddin Əfəndi (d. 24 iyun 1850 — ö. 28 may 1853)
- Mehmed Bahəddin Əfəndi (d. 24 iyun 1850 — ö. 9 noyabr 1852)
Mənbə
- Açba, Harun. Kadın efendiler: 1839–1924. — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1
- Sakaoğlu. Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler (тур.). — Oğlak Yayıncılık, 2015. — С. 574–575. — ISBN 978-9-753-29623-6