Nəsir Sadıqzadə

Nəsir Müseyid oğlu Sadıqzadə (1926, Şuşa, DQMV1996, Bakı) — Azərbaycan teatr rejissoru, aktyoru, pedaqoq və müəllimi.

Nəsir Sadıqzadə
Doğum tarixi
Doğum yeri Şuşa, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Fəaliyyəti Aktyor,Rejissor,Pedaqoq
IMDb ID3081807

Həyatı

Nəsir Sadıqzadə orta təhsilini başa vurduqdan sonra, 1961-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1964-1965-ci illərdə Moskvada A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) “Rejissorluq” kursunu bitirib. Nəsir Sadıqzadə Füzuli, İrəvan, Sumqayıt, Xankəndi teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib.[1][2] Ömrünün son iyirmi ilində, əsasən, pedaqoji fəaliyyətlə məşğul olub. İstedadlı rejissor 1965–1966-cı illərdə Gəncə teatrında baş rejissor,1970–1973-cü illərdə Naxçıvan DMDT-də baş rejissor işləyib. Müxtəlif illərdə Cəfər Cabbarlının "Aydın", Mirzəİbrahimovun "Kəndçi qızı", Viktor Rozovun "Sabahın xeyir" (1962), Yusif Əzimzadənin "Nəsrəddin", Aleksandr Şirvanzadənin "Cinli", Toktobolat Əbdülmöminovun "Şikayət qəbul edilmir" (1963), Əziz Nesinin "Bura gəlin" (1965), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (27 dekabr 1972), İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" (29 aprel 1973), Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Otiya İoselianinin "Araba hələ aşmayıb" (1976), Sergey Mixalkovun "Xərçənglər" (29 may 1982) pyes və dram əsərlərinə quruluş verib. Bir sıra filmlərdə çıxış edib."Bəxt üzüyü" filmində yaddaqalan Tanrıbəy obrazını yaradıb. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlik və pedaqoji fəaliyyətlə məşğul olub.[3]

Filmoqrafiya

  1. Mən ki gözəl deyildim (film, 1968)
  2. Şeytan göz qabağında (film, 1987)
  3. Qətl günü (film, 1990)
  4. Zirzəmi (film, 1990)
  5. Bəxt üzüyü (film, 1991)
  6. Qəzəlxan (film, 1991)
  7. Qara "Volqa" (film, 1994)
  8. Həm ziyarət, həm ticarət... (film, 1995)

İstinadlar

  1. "Nəsir Sadıqzadə – 95". 2022-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
  2. ""Bəxt üzüyü"nün Tanrıbəy dayısından bilmədiklərimiz". 2022-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
  3. "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-09.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.