Nəsir Şibl əd-Dəvlə

Əbükamil Nəsir ibn Saleh ibn Mirdas (ərəb. نصر بن صالح آل مرداس), ləqəbi Nəsr Şibl əd-Dəvlə (ərəb. شبل الدولة،; "Sülalənin aslan balası"; v. 1038) — Hələb əmirliyinin Mirdasilər sülaləsindən olan ikinci əmiri (1029–1038). O, Mirdasilər sülaləsinin banisi Saleh ibn Mirdasın ən böyük oğludur. Nəsir Əl-Ükvanə döyüşündə atası ilə birlikdə vuruşur. Əl-Ükvanə Fatimilər ilə aparılan döyüşdə həlak olur. Nəsir daha sonra qardaşı Timəl Müizz əd-Dəvlə ilə birlikdə əmirliyə rəhbərlik edir. Gənc əmirlər çox keçmədən Bizans imperatoru III Roman tərəfindən həyata keçirilmiş hücum ilə üzləşir. Azsaylı bədəvi süvarilərinə rəhbərlik edən Nəsir Azəz döyüşündə Bizans ordusunu məğlub edir.

Əbükamil Nəsir ibn Saleh ibn Mirdas
ərəb. نصر بن صالح آل مرداس
Üzərində Nəsir ibn Salehin adı olan gümüş dirhəm. Hələb. 1033/1034-cü il.
Üzərində Nəsir ibn Salehin adı olan gümüş dirhəm. Hələb. 1033/1034-cü il.
may 1029 22 may 1038
(ləqəbi: Nəsr Şibl əd-Dəvlə)
ƏvvəlkiSaleh ibn Mirdas
SonrakıTiməl Müizz əd-Dəvlə
Şəxsi məlumatlar
Vəfat tarixi 1038
Fəaliyyəti siyasətçi
Atası Saleh ibn Mirdas
Həyat yoldaşı Əl-Səidə Ələviyyə bin Vətab
Uşağı Mahmud Rəşid əd-Dəvlə
Ailəsi Mirdasilər sülaləsi
Dini şiə islam

Nəsir bu qələbədən sonra Timəli Hələb şəhərindən qovur və ölkəni Bizans vassalına çevirir, ancaq Fatimilər ilə də münasibətləri yaxşı saxlamağa çalışır. O, 1037-ci ildə Fatimi süzerenliyini qəbul edir. Buna görə də ona Homs şəhərinin nəzarəti verilir, hansı ki, bir neçə il əvvəl itirilmişdi. Suriya qubernatoru Anuştəkin Nəsirin Homsu almasına etiraz edir. O, 1038-ci ildə Həma şəhərinə doğru yürüş edir və şəhərin yaxınlıqlarındakı döyüşdə Nəsiri öldürür. Timal Nəsirin xələfi olur, ancaq Hələb bir neçə həftə sonra Anuştakin tərəfindən fəth edilir. Buna baxmayaraq, Mirdasilər sülaləsinin hakimiyyəti bərpa edilir.

Nəsir Hələb şəhərini müasirləşdrir və dövlətin paytaxtına çevirir. Hələb şəhəri müsəlman kəndlilərin axınına uyğunlaşmaq üçün yerli xristian vəzirin köməyi ilə genişləndirilir. Nəsirin hakimiyyəti əmirliyin Şimali Suriya hissəsində idi. Dövlətin Cəzirədəki qalalrı Timəlin nəzarəti altında idi.

Həyatı

Nəsir Mirdasilər sülaləsinin banisi Saleh ibn Mirdasın ən böyük oğlu idi.[1][2] 1025-ci ildə Hələb mərkəzli Mirdasilər əmirliyi Şimali Suriya, Qərbi Cəzirə və Mərkəzi Suriyanı əhatə edirdi. O, baxmayaraq ki, əmirliyi müstəqil şəkildə idarə etdi, 1029-cu ildə Fatimilərin süzeranlığını qəbul edir. O, 1029-cu ildə Anuştəkin əl-Dizbariyə qarşı müttəfiqi Cərrahi əmiri Həsən ibn Müfərrici dəstəkləyir. 1029-cu ilin may ayında Əl-Ükvanə döyüşü baş verir. Bədəvi müttəfiqlər məğlub olur, Saleh və ən kiçik oğlu həlak olur, Mirdasilərin Mərkəzi Suriyadakı torpaqları isə itirilir.[3]

Nəsir atası ilə birlikdə vuruşur,[3] ancaq Əl-Ükvanədən qaçır və Hələb şəhərinə, kiçik qardaşı Timəl Müizz əd-Dəvlənin yanına qayıdır.[1] Saleh ölməzdən bir il əvvəl Timəli öz varisi seçir.[4] Buna baxmayaraq, Nəsir və Timəl əmirliyi birlikdə idarə edir.[5]

Mənbə

İstinadlar

  1. Zakkar 1971, p. 105.
  2. Crawford, p. 91.
  3. Zakkar 1971, pp. 100–101.
  4. Crawford, p. 92.
  5. Bianquis 1993, p. 117.

Ədəbiyyat

  • Amabe, Fukuzo. Urban Autonomy in Medieval Islam: Damascus, Aleppo, Cordoba, Toledo, Valencia and Tunis. Leiden: Brill. 2016. ISBN 9789004315983. 2020-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
  • Bianquis, Thierry. Mirdās, Banū or Mirdāsids // Bosworth, C. E.; van Donzel, E.; Heinrichs, W. P. & Pellat (redaktorlar ). The Encyclopaedia of Islam (ingilis). Volume VII: Mif–Naz (New Edition). Leiden: E. J. Brill. 1993. səh. 115–123. ISBN 90-04-09419-9. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
  • Crawford, Robert W. "Reconstruction of a Struggle within the Mirdāsid Dynasty in Ḥalab". Journal of the American Oriental Society. 73 (2). April–June 1953: 89–95. doi:10.2307/595365. JSTOR 595365.
  • Kennedy, Hugh N. The Prophet and the Age of the Caliphates: The Islamic Near East from the 6th to the 11th Century (Second). Harlow: Pearson Education Limited. 2004. ISBN 978-0-582-40525-7. 2020-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
  • Salibi, Kamal S. Syria Under Islam: Empire on Trial, 634–1097, Volume 1. Delmar: Caravan Books. 1977. ISBN 9780882060132. 2020-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
  • Smoor, Pieter. Kings and Bedouins in the Palace of Aleppo as Reflected in Maʻarrī's Works. Manchester: University of Manchester. 1985. 2020-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
  • Zakkar, Suhayl. The Emirate of Aleppo: 1004–1094. Beirut: Dar al-Amanah. 1971. 2020-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.