Nəsib Nəbioğlu

Nəsib Nəbioğlu (Tam adı: Nəsib Nəbi oğlu Verdiyev; d. 2 may 1954; Kəlbəcər rayonu, Çaykənd) — Rusiya və Azərbaycan Yazıçılar Birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi.[1]

Nəsib Nəbioğlu
Nəsib Nəbi oğlu Verdiyev
Doğum tarixi
Doğum yeri Kəlbəcər rayonu, Çaykənd
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Moskva M.Qorki adına Ədəbiyyat İnstitutu
Mükafatları R.Rza və Y.Dolqoruki adına beynəlxalq mükafatları laureatı

Həyat və fəaliyyəti

1954-cü il mayın 2-də Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. 1971-ci ildə Çaykənd orta məktəbini bitirib. 1973-1975-ci illərdə Baykonurda Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra 1975-1980-ci illərdə Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb. 1985-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu əla qiymətlərlə bitirib. 1985-ci ildə İnstitututu bitirdikdən sonra SSRİ Dövlət Xarici Turizm Komitəsinin Baş İdarəsində məsul vəzifələrdə çalışıb. Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibidir.

Yaradıcılığı

M.Axundovun, S.Vurğunun, R.Rzanın, M.İbrahimovun, N.Rəfibəylinin, M.Arazın, Məmməd Aslanın, T.Məliklinin, Aşıq Ələsgərin, Aşıq Şəmşirin eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş rus dilində məqalələrin müəllifi olan Nəsib Nəboiğlu V.Şukşinin, V.Rasputinin, A.Puşkinin, M.Lermontovun, S.Yeseninin, N.Rubsovun bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib. Kəlbəcər ədəbi mühitinin istedadlı nümayəndələrindən biri olan şair uzun illərdir Rusiyada ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edir. İyirmidən çox şeirinə müsiqi bəstələnən şair həm də musiqisi Ayna Sultanovanın olan dünya azərbaycanlılarının həmrəylik himninin müəllifidir.[2]

Şeir kitabları

  • Ürəyim yurd yeridir” (1988),
  • Sizə sözüm var” (1994),
  • Dua edən bulaq” rus dilində (1996),
  • Bağışlamaz dağlar məni” (2004),
  • Nəğməkar əsgər” (2007),
  • Heç belə də kənd olar” (2011),
  • Ulduz nur saçırdı qayanın üstə" rus dilində (2014)
  • Durnalara qayıdanda"

Mükafatları

  • R.Rza və Y.Dolqoruki adına beynəlxalq mükafatları laureatıdır.

Həmçinin bax

İstinadlar

  1. "Nəsib NƏBİOĞLU". 2019-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
  2. "Tanınmış şair Nəsib Nəbioğlu ilə görüş". 2019-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.