Nəsib Əfəndiyev
Nəsib Əfəndiyev (1903, Qaraqaya, Qazax qəzası – Bakı) — azərbaycanlı yazıçı. İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru.
Nəsib Əfəndiyev | |
---|---|
Doğum tarixi | 1903 |
Doğum yeri | |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | |
Uşaqları |
|
Fəaliyyəti | yazıçı |
Janr | Roman |
Tanınmış əsəri | "Vyana Gecələri". |
Üzvlüyü |
Həyatı
Nəsib Əfəndiyev 1903-cü ildə Qaraqaya kəndində doğulub. İlk ruhani təhsilini Haqqıxlı kəndində Molla Süleymanın məktəbində alıb. Bakıda Pedoqoji İnstitutu bitirdikdən sonra İrəvan Azərbaycan Pedoqoji Texnikumunda müəllimlik etmiş, İrəvan Dram Teatrının yaradıcılarından olmuş, uzun müddət teatra rəhbərlik etmişdir. Həmin teatrda bir sıra əsərləri tamaşaya qoyulmuş. Bir neçə roman müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur.
Yazıçı Firuzə Əfəndiyevanın, türkoloq yazar Vasif Nəsiboğlunun və Bəstəkar Rəşid Nəsiboğlunun atasıdır.
Kitabları
- Od içində pyesi. İrəvan: Ermənnəşr, 1935;
- Vyana Gecələri. Bakı: Azərnəşr, 1965;
- Qızılquşa atılan güllə. Bakı: Yazıçı, 1983
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.