Nəsibə Eldarova

Nəsibə Novruz qızı Eldarova — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2014).

Nəsibə Eldarova
Doğum tarixi
Doğum yeri Bülbülə, Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti Aktrisa
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı  — 2014

Həyatı

Nəsibə Eldarova 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş və 2 il Rza Təhmasibin kursunda (sonralar Nəsir Sadıqzadənin kursunda) təhsil almışdır. Bir müddət ali məktəbdən uzaqlaşsa da, sonradan universitetə bərpa olunmuşdur. İnstitutu bitirdikdən sonra kinostudiyada fəaliyyətə başlamışdır.

1989-cu ildə Gənclər Teatrının yaranmasından sonra aktrisa həmin teatra işə düzəlir və orada 20 il müddətində 100-dən çox tamaşada çalışır. 2009-cu ildə verilən qərara əsasən, Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildikdən sonra aktrisa burada işə başlayır.

Nəsibə Eldarova Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür[1]. 1 may 2017-ci ildə[2], 9 may 2018-ci ildə[3]10 may 2019-cu ildə[4] Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Arşınmalçı (film, 1985)
  2. Bəyin oğurlanması (film, 1985)
  3. 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129)
  4. Yeni iş üsulu (film, 1989)
  5. Kommersiya (film, 1992)
  6. Qara "Volqa" (film, 1994)
  7. Yuxu (film, 2001)
  8. Bomba (film, 2005)
  9. Kişiləri qoruyun (film, 2006)
  10. Ci-Mi (film, 2008)
  11. Səhərə inan... (film, 2011)
  12. Həkimlər
  13. Döngələr (2012)
  14. Bir ovuc torpaq (2013)
  15. Oğurlanmış arzular (film, 2015)
  16. Məryəm (serial, 2016)
  17. İkinci güllə (film, 2017)
  18. Köhnə çamadanlar (film, 2022)
  19. Mən burdayam, İlahi!

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.