Nərmin Kazımova
Nərmin Kazımova (doğ. 28 iyul 1993, Əylis, Ordubad rayonu, Naxçıvan, Azərbaycan) — azərbaycanlı şahmatçı, qadınlar arasında qrosmeyster (2015).
Nərmin Kazımova | |
---|---|
Ölkə | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Əylis, Ordubad rayonu, Naxçıvan, Azərbaycan |
Titulu | qadınlar arasında qrosmeyster (2015) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.364 (aprel 2016) |
FİDE nömrəsi | 13402951 |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən illəri
Nərmin 28 iyul 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində dünyaya gəlib.[2] 2002-ci ildən şahmatla məşğul olmağa başlayıb. O, Bakı şəhərindəki 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbininin yetirməsidir.[2] Məşqçi-müəllimi azərbaycanlı beynəlxalq qrosmeyster Rəsul İbrahimovdur.[2]
Şahmat karyerası
2008-ci ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında ikinci yeri tutub. Bundan əlavə həmin ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatının bürünc mükafatçısı olub.
2009-cu ilin noyabr ayında Türkiyənin Antalya şəhərində keçirilən gənclər arasında şahmat üzrə Dünya çempionatında üçüncü olub.[3]
2010-cu ilin aprelində Yunanıstanın Saloniki şəhərində keçirilən məktəblilərin Avropa çempionatında ikinci yerə sahib çıxıb.[4] Eyni ilin oktyabr ayında Yunanıstanın Haldiniki şəhərində keçirilən dünya birinciliyində 9 xal toplayaraq 18 yaşlı qızlar arasında dünya çempionatının qızıl medalına layiq görülüb.[5]
2011-ci ildə 18 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında üçüncü yeri tutmuşdur.[6]
2012-ci ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında üçüncü yeri tutub.[7]
2015-ci ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında Nərmin Məmmədova və Türkan Həsənova ilə 2-4-cü yerləri bölüşdürmüşdür. Əlavə göstəricilərə görə Kazımova 2-ci, Məmmədova isə 3-cü yerin sahibi olub.[8]
2016-cı ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında 9 mümkün xaldan 8 xal toplamış Nərmin Azərbaycan çempionu oldu.[9]
Azərbaycanın qadınlardan ibarət milli komandasının tərkibində 2008-ci ildə İtaliyanın Turin[10] və 2016-cı ildə Azərbaycanın Bakı[11] şəhərlərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadalarında və 2009-cu ildə Serbiyanın Novi Sad şəhərində keçirilmiş komandalar arasında Avropa çempionatında çıxış etmişdir.[12]
Nərmin, 2009-cu ildə qadınlar arasında beynəlxalq usta adına, 2015-ci ildə isə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülmüşdür.[13]
Reytinqi
FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə Nərmin 2323 xalla Azərbaycan qadın şahmatçıları arasında 3-cü,[14] "Top 100 Women February 2017" reytinq cədvəlində isə 154-cü yerdə qərarlaşıb.
Şəxsi həyatı
Azərbaycanlı şahmatçı Misrətdin İsgəndərov ilə ailə həyatı qurub.[15]
İstinadlar
- FİDE FIDE Standard Ratings as of 30 June 2022. 2022.
- "İlin ən yaxşı şahmatçısıtrivia". Muallim.edu.az. 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
- "World Youth Chess Championships 2009". Fide.com. 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
- "Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin məktəblilərdən ibarət komandası aprelin 4-dən 12-dək Yunanıstanın Saloniki şəhərində keçirilən şahmat üzrə məktəblilər arasında Avropa çempionatında iştirak edib". edu.gov.az. 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
- "Azərbaycan şahmatçıları Abdulla Qədimbəyli, Kənan İzzət və Nərmin Kazımova dünya çempionu adını qazanmışlar". Azertag.az. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
- "Şahmat üzrə Azərbaycan çempionatının bütün qalibləri müəyyənləşmişdir". Azertag.az. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
- ""20 yaşadək qızlar arasında Azərbaycan birinciliyi"". Chess-results.com. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
- "Zeynəb Məmmədyarova qadınlar arasında Azərbaycan Çempionu oldu". Chess.az. 2015-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
- "Чемпионат Азербайджана среди мужчин и женщин, 2016г.!". Azerichess.az. 2018-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
- "Kazimova, Narmin Nizami Qizi WOMEN'S CHESS OLYMPIADS". Olimpbase.org. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
- "İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib". President.az. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
- "Kazimova, Narmin Nizami Qizi EUROPEAN WOMEN'S TEAM CHESS CHAMPIONSHIP". Olimpbase.org. 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
- "Titles approved in Krakow, Poland". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
- "Federations Ranking Women Azerbaijan". Fide.com. 16 Fevral 2017 tarixində arxivləşdirilib.
- "Şahmat mühacirləri – Azərbaycanda haqqı qəsb olunan ustalar - ARAŞDIRMA". Aqreqator.az. 2021-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-23. (#apostrophe_markup)
Xarici keçidlər
- FIDE Chess profili
- Narmin Kazimova. Chess-DB.com (ing.)
- Narmin Kazimova. Chessgames.com (ing.)
- Narmin Kazimova. 365Chess.com (ing.)