Nərimanlı (Goranboy)

Nərimanlı (əvvəlki adı: Leninkənd) — Azərbaycan Respublikasının Goranboy rayonunun Nərimanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Goranboy rayonunun Cinli Boluslu kənd inzibati-ərazi vahidinin tərkibindəki Leninkənd kəndi Nərimanlı kəndi adlandırılmışdır.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Nərimanlı kəndi Çinli Boluslu kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nərimanlı kənd inzibati-ərazi vahidi yaradılmışdır.[2]

Nərimanlı
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı

Toponimikası

Kənd XX əsrin əvvəllərində Cənubi Azərbaycandan gəlib rəncbərlik edənlərin və 1918-ci ildə Ermənistandan qovulmuş azərbaycan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1921—ci ildə N.Nərimanovun (1870-1925) şərəfinə Nərimanov, 1932-ci ildən sonra isə Leninkənd adlandırılmışdı. 1997-ci ildən kəndin adı Nərimanlı kimi rəsmiləşdirilmişdir.[3]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 994 nəfər əhali yaşayır.[4]

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.