Nəriman Zeynalov

Nəriman Zeynalov — "Qızıl qələm" mükafatı laureatı, görkəmli jurnalist

Nəriman Zeynalov
Doğum tarixi
Doğum yeri Göyçay
Təhsili

Həyatı

1933-cü ildə Göyçay rayonunda anadan olub[1]. 1956-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib. İstedadı, təşəbbüskarlığı və çalışqanlıq keyfiyyətləri nəzərə alınaraq universitetin mətbuat tarixi kafedrasında müəllim saxlanılıb. Paralel olaraq, “Xalq qəzeti”ində (o zamankı “Kommunist” qəzeti) ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb.

Sonrakı illərdə taleyini BDU-nun jurnalistika fakültəsi ilə bağlayan N.Zeynalov “Molla Nəsrəddin” jurnalının tarixi ilə bağlı 1967-ci ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib. Azərbaycanın mətbuat tarixi ilə bağlı 2 cildlik dərslik hazırlayıb.

Fəaliyyəti

N.Zeynalov peşəkar fəiliyyətində jurnalistikanın nəzəri və praktik sahələrinə paralel surətdə diqqət ayırıb. O, 1977-ci ildən başlayaraq 10 ilə qədər “Sovet kəndi” qəzetinə redaktorluq edib. Ömrünün son illərində doğma jurnalistika fakültəsinə qayıdan Nəriman müəllim dekan seçilib. 1989-cu ilin yazında dünyasını dəyişib.

N.Zeynalov fədakar mətbuat tarixçisi olmaqla yanaşı, həm də istedadlı publisist, gənc yazarlar üçün ustada çevrilmiş bir qələm sahibi idi. 1971-ci ildə oçerkləri “Qızıl qələm” mükafatına layiq görülüb. “Gümüş dəstəkli qılınc” romanının, “Oğul o kəsdir ki”, “Dağlar oğlu”, “Bərəkətli torpaq” oçerklər kitablarının müəllifi olub. Dövri mətbuatdakı bir çox hekayə və məqalələri hələ də yaddaşlardadır.

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.