Nəriman Nağıyev

Nağıyev Nəriman İsrafil oğlu (1939, Hamamlı) — Azərbaycan Tibb Universitetinin Uşaq xəstəliklərinin propedevtikası kafedrasının dosenti, tibb elmləri namizədi.

Nəriman Nağıyev
Nəriman İsrafil oğlu Nağıyev
Doğum tarixi 1939
Doğum yeri
Elmi dərəcəsi
  • tibb elmləri namizədi[d]
Elmi adı
Mükafatları "Tərəqqi" medalı
Azərbaycan Respublikasının əməkdar müəllimi

Həyatı

Nəriman Nağıyev 1939-cu ildə Qərbi Azərbaycanda — indiki Ermənistan Respublikasının Spitak rayonunda anadan olmuşdur. O, 1956-cı ildə Spitak rayonunun Saral kənd orta məktəbini bitirmişdir.

1956-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstititunun Pediatriya fakültəsinə daxil olmuş və həmin fakültəni 1962-ci ildə "Fərqlənmə" diplomu ilə bitirmişdir. Təhsil aldığı illərdə Bakı şəhərində orta tibb işçisi vəzifəsində işləmişdir.

Tibb İnstitutunu bitirdikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təyinatı ilə ZəngilanDaşkəsən rayonlarında praktiki səhiyyədə çalışmışdır. O, əvvəlcə həkim, sonra uşaq xəstəlikləri şöbəsinin müdiri və rayonun baş pediatrı vəzifəsində çalışmışdır.

Nəriman Nağıyev 1967–1969-cu illərdə müalicə profilaktika fakültəsinin uşaq xəstəlikləri kafedrasının kliniki ordinatoru olmuş və o müddətdə praktiki həkimliklə yanaşı, akademik Ə. A. Namazovanın rəhbərliyi altında elmi-tədqiqat işi aparmışdır.

Nəriman Nağıyev 1973-cü ildə "Uşaqlarda revmatizm zamanı lipid mübadiləsinin göstəriciləri və onların hormon-dərman müalicəsi təsirindən dinamikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. İlk dəfə olaraq kompleks şəkildə lipid mübadiləsi göstəricilərini sağlam və revmatizm xəstəliyi olan uşaqlarda öyrənmişdir. Alının nəticələrin böyük elmi praktiki əhəmiyyət daşıdığı aydınlaşdırılmışdır. Eyni zamanda lipid mübadiləsi göstəricilərinin sağlam uşaqlarda alınan nəticələri normativ kimi istifadə olunur.

Nəriman Nağıyev Kliniki ordinaturanı bitirdikdən sonra az müddət professor Ə. A. Qarayev adına uşaq kliniki xəstəxanasında işləmişdir.

O, 1970-ci ildə uşaq yoluxucu xəstəliklər kafedrasında assistent vəzifəsinə seçilmiş və 1982-ci ilə kimi həmin vəzifədə çalışmışdır. 1982-ci ildə uşaq xəstəliklərinin prpedevtikası kafedrasının dosenti vəzifəsinə seçilmiş və hazırkı vaxta kimi həmin kafedrada çalışır. 2-ci Moskva Tibb Akademiyası və Sankt-Peterburq Pediatriya İnistititunda təkmilləşmə kursları keçmişdir.

Pediatriyanın aktual problemlərinə həsr edilmiş 60-a yaxın çap edilmiş elmi işlərin, dərs və metodik vəsaitlərin müəllifidir.

Kafedrada pedoqoji, elmi müalicə işi ilə yanaşı, Tibb Universitetinin ictimai həyatında da aktiv iştirak edir. O, ATU-nun Böyük Elmi Şurasının, Mərkəzi Metodik Şuranın üzvüdür. Əvvəlcə pediatriya fakültəsində dekan müavini, 1996-cı ildən hazırkı vaxta kimi fakültə dekanı vəzifəsində işləyir.

Nəriman Nağıyev səmərəli elmi-pedoqoji və ictimai fəaliyyətinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülmüş, "Tərəqqi" medalı[1] və çox saylı diplom və fəxri fərmanlarla təltif olunmuşdur.

Elmi işləri

  • Xanməmmədova S. Q., Nağıyev N. İ., Hüseynov N. Q., Abasova V. N. Uşaqlarda ürək-damar sistemi xəstəlikləri strukturunda funksional kardiopatiyaların rastgəlmə tezliyi // Azərbaycanda Pediatriyanın Aktual Problemləri, Elmi əsərlər toplusu. Bakı, 2000, səh. 96
  • İsayev İ. İ., Nağıyev N. İ., Hüseynov N. Q. Uşaqlarda reaktiv artritlər zamanı xondraksidin yerli müalicə vasitəsi kimi işlədilməsi // Zülfüqar Məmmədovun 100 illik yubileyinə həsr edilmiş konfransın məcmuəsi; Bakı, 2003, səh. 131–132
  • İ. İ. İsayev, N. İ. Nağıyev, Z. İ. Məmmədova Ürək ritminin pozğunluğu olan uşaqların morfoloji xüsusiyyətləri // Ə. M. Əliyevin anadan olmasının 110-illiyinə həsr olunmuş elmi konfransın materialları, Bakı, 2007, səh.81–82.
  • A. Cafarov, N. Nagiyev, N. Huseynov The state of antioxdant activity and lipids peroxidation in children with a history of ischemic heart disease in their families // Abstract book, Eight turkish world congress of pediatrics, Nakhchivan, 2008, June 27–29, p. 51–52.
  • A. K. Cəfərov, N. İ. Nağıyev, N. Q. Hüseynov Ailəsində ürəyin işemik xəstəliyi olan uşaqlarda sol mədəcik miokardının funksional vəziyyəti ATU-nun 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları, Bakı, 2010, səh. 300

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.